Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhliz


Siyasət 12 Yan 2023 08:42:00 202 0

Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhliz

Türkiyə Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasını istəyir

Bu barədə Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç bildirib.

"Rusiyalı və Ukraynalı həmkarlarımızla görüşlərimiz qeyri-adi dərəcədə yaxşı keçdi. Ümid edirəm ki, yanvarın 12-də ortaq "yol xəritəsi" əldə olunacaq və bu nəticə bizi məmnun edəcək", - Şərəf Malkoç vurğulayıb.

Ankarada təşkil olunan "XXI əsrdə insan hüquqlarının gələcəyi" adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə keçirilən üçtərəfli görüşdən sonra mətbuata açıqlama verən Şərəf Malkoç bildirib ki, beynəlxalq konfransda aparılan müzakirələrin Rusiya və Ukrayna xalqları üçün faydalı olacağına ümid edir.

Müharibə qurbanlarının ən çox mülki əhali olduğunu təəssüflə vurğulayan Baş Ombudsman deyib ki, hərbi əməliyyatlar zamanı hər gün tonlarla bombanın partlamasına, çox sayda insanın həyatını itirməsinə, yaralanmasına, hər iki tərəfin də xeyli maddi-mənəvi zərərə məruz qalmasına hər kəsdən öncə insan hüquqları təşkilatları laqeyd qalmamalıdır:

"Hazırda bütün dünyanın diqqət mərkəzində olan Ukrayna Rusiya savaşının dayandırılması üçün lazım olan dəstəyi verməyə cəhd edirik. Zərərə məruz qalan mülki əhali arasında uşaqlar, qadınlar və qocalar da var. Rusiyadakı ukraynalılar və Ukraynadakı rusların dəyişdirilməsi üçün hər iki ölkənin ombudsmanları ilə məsləhətləşdik, yaralıların, uşaq və qadınların qarşılıqlı təxliyəsi və ya qarşılıqlı mübadiləsi haqqında, danışdıq. Bizim vasitəçiliyimizlə çox əhəmiyyətli görüş baş tutdu".

Şərəf Malkoç Türkiyə Prezidentinin Rusiya-Ukrayna savaşı prosesinin əvvəlindən indiyədək tərəflər arasında sülh yaratma cəhdlərini vurğulayaraq, münaqişədə aydın və demokratik mövqe nümayiş etdirdiyini qeyd edib: "Cənab Prezidentimiz Rusiya və Ukrayna liderləri ilə sülh mövzusunda danışıqlar aparan nadir dünya liderlərindən biridir. Bildiyiniz kimi, onun bu səyləri nəticəsində əsir mübadiləsi oldu, sonra taxıl dəhlizi açıldı. Bu dəhlizin açılması çox vacib idi. Əks təqdirdə Ukrayna anbarlarındakı taxıl çürüyəcəkdi. Halbuki Afrika və Asiyada milyonlarla insanın bu taxıla necə ehtiyacı var və bu dəhlizin açılması nəticəsində həmin insanlara 17 milyon ton taxıl çatdırıldı.

Biz də buna əsaslanaraq insan hüquqları baxımından humanitar dəhliz açmaq istəyirik. Ümid edirəm ki, bu cəhdlərimizdən yaxşı nəticə hasil olacaq".

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop yanvarın 11-də Rusiya, Ukrayna və Türkiyə ombudsmanlarının üçtərəfli görüşündən öncə tərəfləri qəbul edib.

Türkiyənin Ombdsmanlıq Təsisiatı TBMM-nin nəzdində fəaliyyət göstərir.

Yüksək təzyiq zamanı xalq təbabəti like
  • 12 Yan 08:41  
Digərləri Yüksək təzyiq zamanı xalq təbabəti

Yüksək təzyiq son illərin ən çox geniş yayılan xəstəliklərindən say�

arrow Ətraflı
Əzələ ağrılarına, revmatoid artritə, skleroza, dəri xəstəliklərinə yardım edən çay like
  • 12 Yan 08:25  
Digərləri Əzələ ağrılarına, revmatoid artritə, skleroza, dəri xəstəliklərinə yardım edən çay

Kəklikotundan qida sənayesində bir-çox yeməkləri dadlandırmaq məqsədil�

arrow Ətraflı
Bakıda yol qəzasında 2 nəfər xəsarət alıb  FOTO like
  • 12 Yan 08:24  
Digərləri Bakıda yol qəzasında 2 nəfər xəsarət alıb FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Nazarbayev bu tituldan like
  • 12 Yan 07:55  
Siyasət Nazarbayev bu tituldan

Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi xalqın lideri (e

arrow Ətraflı
Qara yemişan çayı və onun faydaları like
  • 12 Yan 07:51  
Digərləri Qara yemişan çayı və onun faydaları

Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuş

arrow Ətraflı
Braziliyadakı etirazlara görə 1200dən çox insan like
  • 12 Yan 07:45  
Dünya Braziliyadakı etirazlara görə 1200dən çox insan

Braziliyadakı etirazlarla bağlı 1200-dən çox adam həbs edilib.

arrow Ətraflı
Almanlar tərəfindən 3 sadə məhsuldan hazırlanan dərman... like
  • 12 Yan 07:41  
Digərləri Almanlar tərəfindən 3 sadə məhsuldan hazırlanan dərman...

Bu dərmanın tərkibi 3 sadə məhsulun qarışımından hazırlanıb, amma, on

arrow Ətraflı
Ermənilər içəri girməyi bacarır! like
  • 12 Yan 07:36  
Siyasət Ermənilər içəri girməyi bacarır!

Günün sualı budur: Ermənistanın yeni yaradılmış Xarici Kəşfiyyat Xidm�

arrow Ətraflı
Çində maşını piyadaların üstünə sürdü like
  • 12 Yan 07:35  
Dünya Çində maşını piyadaların üstünə sürdü

Çinin cənubundakı Quançjou şəhərində bir nəfərin maşını piyadaları

arrow Ətraflı
Behçet xəstəliyi like
  • 12 Yan 07:31  
Digərləri Behçet xəstəliyi

Bu xəstəlik Türk həkimi Hulusi Behçet tərəfindən 1937 ildə tibb elminə

arrow Ətraflı
Yevlaxda həkimi qətlə yetirən şəxslər like
  • 12 Yan 07:25  
Digərləri Yevlaxda həkimi qətlə yetirən şəxslər

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keç

arrow Ətraflı
Meyvə çayları və onun faydaları like
  • 12 Yan 07:21  
Digərləri Meyvə çayları və onun faydaları

Meyvə çayı meyvə, gilmeyvə və onların yarpaqlarından dəmlənən çaydı

arrow Ətraflı
Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verdi  FOTO like
  • 12 Yan 07:15  
Siyasət Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verdi FOTO

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxça

arrow Ətraflı
Hiperlordoz nədir? like
  • 12 Yan 07:11  
Digərləri Hiperlordoz nədir?

Lordoz onurğa sütununun önə doğru əyilməsi səbəbindən meydana çıxan

arrow Ətraflı
Vahid Əhmədov: Müavinətlər minimum pensiya məbləğinə yaxın olarsa... like
  • 12 Yan 07:05  
Digərləri Vahid Əhmədov: Müavinətlər minimum pensiya məbləğinə yaxın olarsa...

Teleqraf.com Milli Məclisin deputatı Vahid Əhmədovla müsahibəni təqdim ed

arrow Ətraflı