Ukrayna Gürcüstandan Saakaşvilinin müalicəyə verilməsini xahiş edir
Dünya 09 Yan 2023 07:28:00 426 0
Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, rəsmi Kiyev öz vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini Ukraynaya və ya hər hansı digər Avropa ölkəsinə qaytarmaq xahişi ilə Tbilisiyə rəsmi müraciət edib.
Bu xəbəri də oxu: Dünyada ən çox təyyarə qəzalarının baş verdiyi 5 ölkə
Son.az "report"a istinadən bildirir ki, Podolyak qeyd edib ki, Saakaşvilinin Ukraynaya göndərilməsi Rusiya tərəfindən heç bir hərbi-aqressiv nəticə verməyəcək.
"Ukrayna Prezidenti Volodimir Zelenskinin aydın mövqeyi var - Rusiyadan fərqli olaraq biz başqa ölkələrin suveren işlərinə qarışmırıq. Biz heç bir məsləhət vermirik. Bu, çox vacib parametrdir. Rəsmi səviyyədə Gürcüstan hökumətinə təklif edirik ki, Saakaşvilini bizə verin. Mən Mixeilə çox rəğbət bəsləyirəm. Ona hörmət edirəm, çünki tarixi miqyasa malik şəxsiyyətdir".
Prezident Ofisi rəhbərinin müşaviri onu da qeyd edib ki, Ukraynanın rəsmi mövqeyi Saakaşvilini müalicə üçün bu ölkəyə göndərməkdən ibarətdir. Lakin Gürcüstan keçmiş prezidenti birbaşa Ukraynaya köçürməkdən imtina edərsə, onda, "təəssüf ki, Gürcüstanda göstərilə bilməyən tibbi yardımın göstərilməsi mümkün olan" istənilən üçüncü Avropa ölkəsinə göndərilməlidir.
Podolyakın sözlərinə görə, onun mövqeyi rəsmi mövqedən daha radikaldır, çünki hesab edir ki, Gürcüstan hökuməti bilərəkdən öz prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi tarixə salmaq istəyir.
"Düşünürəm ki, Gürcüstan hökuməti qəsdən ölkəni tarixə qara ləkə kimi, prezidentinə həbsxanada qəsdən işgəncə verən dövlət kimi tanıtmaq istəyir. Mənə belə görünür. Mən sadə məsləhətlər verirəm, müdaxilə etmədən, birbaşa deyirəm - indiki iqtidarın, bütövlükdə dövlətin nümayəndələri, hakim partiyanın, nədənsə Rusiyanı bu qədər sevən partiyanın deputatları, elə davranmayın ki, özünüzü Gürcüstan tarixinə qara hərflərlə yazasınız", - Podolyak bildirib.
Podolyak hətta bəyan edib ki, rəsmi Tbilisinin xahişi ilə şəxsən Gürcüstana gəlib Saakaşvilini apara bilər.
"Bu heç də problem deyil. Mən sadəcə onların motivasiyasını başa düşmək istəyirəm", - o əlavə edib.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi Mixail Saakaşvilinin səhhətinin pisləşməsindən narahat olduğunu bildirib.
Ölkədən qaçan və onun məhvini arzulayan ruslar haqqında yalnız müharib�
Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev aktyor Artur Smolyaninov
Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha dəqiq desək, yanvar ay�
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü
Smartfon bazarında bəzi şirkətlər xüsusiyyət və dizayn baxımından keyf
"Forbes" 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi m
İkinci dəfə ana olmağa hazırlaşan aktrisa Hazal Kaya sosial media hesabın
Son.az lent.az-a istinadən xəbər verir ki, "Göz önündə" layih�
Tamamilə əzilmiş avtomobili təmir etdirən şəxsin videosu Tiktok-da ən ç
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: "Ey müminlər! O müşrikl
Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsu
Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:
Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.