Ləyaqətini, abrını, mənliyini qoruyub saxlamağı bacaran sənətkar
Kriminal 09 Yan 2023 07:07:00 410 0
Artıq bir neçə ildir ki, hər ilin əvvəli, daha dəqiq desək, yanvar ayının 9-da yaxın dostum, görkəmli sənətkar, Xalq artisti İlham Namiq Kamalın doğum günü münasibəti ilə məqalə yazıram. Bu bir növ ənənə halını alıb. Bu dəfə də ənənəyə sadiq qaldım. İlham Namiq Kamal 73 yaşını adlayıb, 74 yaşına-müdrikliyin daha yüksək mərhələsinə qədəm qoyub. Məqalə ilə bağlı İlhama zəng edib, fikrimi ona bildirdim. Əvvəl etiraz etsə də, sonra razılaşıb, məni teatra dəvət etdi. Teatra yollandım. Teatrın inzibati qapısında gözətçilər mənim İlham müəllimin yanına gəldiyimi biləndə, dedilər ki, bilirik. Deməli, sənətkar mənim gələcəyimi onlara deyib. İkinci mərtəbəyə qalxdım. Sənətkarın qrim otağının qapısı açıq idi. Mənim addım səslərimi eşidən kimi, İlham qapıya çıxıb, məni gülərüzlə qarşılayaraq, içəri dəvət etdi, salamlaşıb, görüşdük. Dostumun qrim otağı səliqə-səhmanı ilə göz oxşayır, masanın üzərində isə, Moskva şəhərinin Babayev fabrikinin müxtəlif şokolad konfetləri və çərəzlər var idi. Mən məqalə haqqında nəsə demək istəyirdim ki, sənətkar sözümü kəsib: -Tələsmə, yazı, müsahibə, məqalədən qabaq çərəzlərdən ye. Nə içirsən, çay, qəhvə. De, bufetə zəng vurum, gətirsinlər. Mən çay içəcəyimi dedim. İlham teatrın bufetinə zəng vurub, çay sifariş etdi. Sənətkar bir daha mənə çay gətirilincə, çərəz yeməyi məsləhət gördü. Bufetdən bir çaynik çay, iki armudu stəkan gətirdilər. Sənətkar çay gətirən xanıma minnətdarlır edib, onu hörmətlə yola saldı və gəlib, çayın necə dəmləndiyinə baxandan sonra, stakanlara çay süzdü. Mən düşündüm ki, elə sənətkarla çay içərək, söhbət etsək yaxşı olar. Sənətkarı söhbətə tutub, telefonun səsyazanını işə saldım. Mən danışır, o qulaq asırdı. Amma hiss edirdim ki, fikri ayrı yerdədir. Mən çaydan bir qurtum içib: -İlham, sənin necə insan, necə bir sənətkar olduğunu ölkədə bilməyən yoxdur. Sən gözütox, qismətinlə razılaşan, birinci növbədə özünə, daha sonra ətrafına qarşı tələbkar olan, düşündüklərini deyən və yeri gələndə yazan insansan. Mən bilirəm ki, sən teatr və kino haqqında dərin bilik və bacarığını gənclərə öyrətməyə həmişə hazırsan. Onu da bilirəm ki, sən də çoxları kimi, son dövrlərdə teatr, kino və ümumən mədəniyyət sahəsində baş verənlərdən narahatsan... İlham, adəti üzrə konfet yemədən bir-iki qurtum çay içəndən sonra, mənim başladığım mövzunu davam etdirməyə başladı: - Çingiz, sən, yaxşı bilirsən ki, mən təbiət etibarı ilə narahat adamam. Təbii ki, mədəniyyət sahəsində baş verənlərdən narahat olmaya bilmərəm. Bilirsən ki, mən bir neçə ay bundan əvvəl teatr sahəsinin inkişafı ilə bağlı fikirlərimi yazıb, mətbuatda çap etdirmişdim. Məqalə "Teatrı niyə sevmirik? " adlanırdı. Yazımda sənətdə struktur dəyişikliklərin və islahatların aparılmasının, gənclərə dəstək verməyin vacibliyini qeyd etməklə yanaşı, yaşlı sənətkarları da unutmamağı tövsiyə edirdim. Biz dünya təcrübəsindən istifadə etməliyik. Səhnəyə çıxıb, rolunu canlandırmağı bacaran, sağlamlığı buna imkan verən, hər bir yaşlı sənətkar teatra və kinoya lazımdır. Mən qəti bilirəm ki, gənclər yaşlı sənət nümayəndələri ilə birlikdə səhnəyə çıxanda, onlardan əyani "dərs" ala bilərlər. Səhnədə ekranda illərin təcrübəsini qazanmış sənətkarları sənətdən uzaqlaşdırmaq olmaz... Mən onun sözlərini təsdiq etdim:-Əlbəttə, yaşlı sənət nümayəndələrini teatrdan və kinodan uzaqlaşdırmaq düz deyil. Sənətkar adəti üzrə çayını konfetsiz içə-içə, söhbətini davam etdirir: -Mən bu yazıdan sonra sabiq mədəniyyət naziri ilə görüşüb, düşüncələrimi ona da çatdırmağı vacib hesab etdim. Ona bildirdim ki, mən sənətdə sözümü demişəm və dövlətimiz tərəfindən heç vaxt diqqətdən kənarda qalmamışam. Çalışdığım, teatr və kino sənətinin inkişafı və yetişməkdə olan gənclərin gələcəyidir. Mən sənətdə ilk addımlarını atan hər bir gəncə dəstək olmağa hazıram. Vaxtı ilə sənətdə yaşlı sənətkarlar mənə dəstək olublar. Mən də bu estafeti davam və inkişaf etdirmək istəyirəm. Gənclərimiz müasir texnologiyaları, xarici dilləri gözəl bilirlər. Mən bir ağsaqqal sənət nümayəndəsi kimi bunu alqışlayıram. Dövr dəyişib, müasirliyi və yeniliyi qəbul etməliyik. Amma biz keçmişi də unutmamalıyıq. Azərbaycan teatr və kinosunun mürəkkəb inkişaf tarixi olub. Saysız-hesabsız sənətkarlar ordusu milli teatr və kino sənətinin inkişafı naminə, artıq tarixə çevrilmiş sənət nümunələri yaradıblar. Müasir texnologiyalar əsrində onların bir qismi bəzilərimizə köhnəlmiş kimi görünə bilər. Amma bu günə qədər biz həmin nümunələri hələ də maraqla izləyiriksə, deməli, bu barədə düşünməyə dəyər. Əvvəllər teatr üçün ilkin olaraq, yüksək peşəkar səviyyəli dram əsəri, kino üçün isə, peşəkar ssenari seçilirdi. Bütün bunlardan sonra sənətdə sözünü demiş sənətkarlar, istedadlarına inandıqları yaradıcı qruplarla sənət nümunələri yaradırdılar. Mən söhbətə qoşulmaq istəyirdim ki, İlham mənə konfetləri göstərib, dedi ki, xahiş edirəm, bax, bu dadlı "Əyri pəncəli ayı" konfetini yeyib, çayını iç, mən fikrimi davam etdirim: -Sabiq nazirə dedim ki, keçmişin sənətkarları tanışa, dayıya, xalaya yox, istedada qiymət verirdilər. O zamanlar istedadı olana yaşıl işıq yandırıldığı üçün yüksək peşəkar səviyyəli sənət nümunələri yaradılırdı. Mən İlhamın dediyi dadlı " Əyri pəncəli ayı " konfetini yeyib, çay içə-içə maraqla ona baxırdım. O isə, söhbətini davam etdirir: -Mən allahın qismətinə inanan adamam. Qismətdən artıq yemək olmaz. Mən qismətindən artıq yemək istəyənlərə, düzü əhəmiyyət vermirəm. Bəzən görürsən ki, həyatda hər şeyi əldə etmiş biri, sağlamlığı və həyatı hesabına daha nələri isə əldə etməyə can atır. Mən belə sənət adamlarını anlaya bilmirəm. Axı heç kim bu dünyada əbədi deyil. Heç kim bu dünyadan istəsə belə, heç nə apara bilməyəcək. Məsələn, mən heç vaxt, heç nəyə can atmamışam. Sadəcə olaraq, başımı aşağı salıb, sənətimlə məşğul olmuşam. Səhnədə və ekranda mənə tapşırılan obrazı ürəklə, peşəkarlıqla canlandırmağa çalışmışam. Xalq
Bu xəbəri də oxu: Paylaşdığı videolara görə saxlanıldı
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü
Smartfon bazarında bəzi şirkətlər xüsusiyyət və dizayn baxımından keyf
"Forbes" 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi m
İkinci dəfə ana olmağa hazırlaşan aktrisa Hazal Kaya sosial media hesabın
Son.az lent.az-a istinadən xəbər verir ki, "Göz önündə" layih�
Tamamilə əzilmiş avtomobili təmir etdirən şəxsin videosu Tiktok-da ən ç
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: "Ey müminlər! O müşrikl
Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsu
Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:
Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.
Ukrayna ordusunun Makeyevka şəhərində müvəqqəti olaraq əsgərlərin yerl
Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversantların
Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yard�