“43 min diploma, 55 min də direktor olmağa vermişdim” saxta diplom işi


Kriminal 23 Dek 2024 22:57:00 64 0

“43 min diploma, 55 min də direktor olmağa vermişdim” saxta diplom işi

Abşeron rayon Xırdalan şəhər 10 saylı tam orta məktəbin keçmiş direktor müavini Əzizə Abdıyevaya qarşı dələduzluq hərəkətlərinin detalları məlum olub. Bu dələduzluq işində bir çox vəzifəli şəxslərin adları çəkilib.

Ə. Abdıyevaya qarşı dələduzluq edənlər onun həm saxta diplomunu təsdiqlədəcəklərini, həm də çalışdığı məktəbə direktor təyin etdirəcəklərini vəd ediblər.

2004-2008-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında "İbtidai təhsilin pedaqogikası və metodikası" ixtisası üzrə bakalavr təhsili alan Ə.Abdıyeva ifadəsində hadisənin təfərrüatını danışıb.

Bildirib ki, atası Elbəyi Abdıyevin mənzilində təmir briqadasının rəhbəri olmuş Elsevər Usubov onun 10 nömrəli məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işlədiyindən xəbərdar olduğu üçün ona direktor imtahanından keçməyi təklif edib.

Qeyd edək ki, bu söhbətlər gedən ərəfədə Ə.Abdıyevanın diplomunun saxta olduğu məlum deyilmiş. Direktor olmaq istəyən Ə.Abdıyeva diplomunun saxta olduğundan xəbər tutub. Bu haqda sosial şəbəkələrdə də məlumat yayılıb. 

Ə.Abıyeva ifadəsində başına gələnləri belə danışıb: "Əvvəlcə Elsevər Usubov Hicran adlı tanışının diplomu yoxlatdırdığını, diplomun Təhsil Nazirliyinin portalından çıxarıldığını dedi. Diplomun portala daxil edilməsi və həqiqiliyinin tanınması üçün əvvəlcə 15 min manat pul istədi. Elsevər həmin pulu diplomun əsli ilə birlikdə Höküməyə, Hökümənin isə Hicrana, Hicranın da Təhsil Nazirliyində məsul vəzifələrdə işləyən tanışlarına verəcəyini bildirdi. Elsevər bir müddət sonra əlavə 28 min manat pul istədi".

İşin həlli ilə bağlı Ə.Abdıyevanı Anar Axundov adlı şəxslə də görüşdürüblər. O, Anar Axundov adlı şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb. Anar Axundov ona imtahanda iştirak etmək üçün toplamalı olduğu sənədlərin siyahısını təqdim edib. Həmçinin imtahana hazırlaşmağı da məsləhət görüb. Sonra Ə.Abdıyevaya imtahan sualları da verilib ki, hazırlaşsın.

"Hicranın təşəbbüsü ilə Anar və Qismət adlı şəxslə Sumqayıt Regional Təhsil İdarəsinin binasında da görüşmüşük. Orada məlum oldu ki, diplom təsdiqlənməyib. Hicrandan soruşanda həll etməyə çalışdıqlarını dedi.

Məni Faiq adlı şəxslə də görüşdürdülər. Faiqin Təhsil Nazirliyində regional təhsil idarələrinə nəzarət edən şöbənin rəisi Arzu Səlimovun köməkçisi kimi təqdim etdilər. Faiq müəyyən sənədləri hazırlamaqla bağlı siyahı verdi.

Mənə imtahanın vaxtı və yeri barədə məlumat verdilər. Hətta sualları verəcəklərini dedilər. Bir neçə gün sonra Anar mənimlə görüşüb test imtahan suallarını təqdim etdi. Sualları Qismətin əldə etdiyini söylədi",- deyə Ə.Abıyeva fikirlərinə əlavə edib.

İmtahan vaxtı çatanda isə ona hələ sənədlərin hazır olmadığını bildiriblər: "Sonra mənə dedilər ki, işi "möhtərəm müəllim" nəzarətə götürüb. Amma kim olduğunu bilmirdim. Hicran və Elsevərlə birlikdə Sumqayıt Regional Təhsil İdarəsinə getdik. Orada Aydınla birlikdə Sumqayıt Regional Təhsil İdarəsinin rəisi İlhamə xanımın qəbuluna girdik. İlhamə xanım bildirdi ki, diplomun təsdiq olunması üçün məhkəməyə müraciət etmək lazımdır".

O, 98 min manatdan 43 min manatını diplomun təsdiqi, 55 min manatı isə direktor vəzifəsinə təyin olunmaq üçün verdiyini söyləyib.

Ə.Abdıyeva ifadəsində göstərib ki, təqsirləndirilən şəxslərdən Hicranın əvvəlcə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova olduğunu düşünüb. Çünki Elsevər Usubov Hicranı o cür təqdim edibmiş: "Hicranı şəxsən gördüm. Elsevər həmin xanımın Hicran Hüseynova olmadığını və səhv başa düşdüyünü bildirdi".

Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər Ə.Abdıyevadan aldıqları diplomu sonradan ona yeni diplom kimi də qaytarıblar. Bununla da yenidən vaxt qazanıblar.

Ona imtahana buraxılış vərəqəsi də verilib. Lakin buraxılış vərəqəsində onun adı yazılsa da, başqa bir şəxs tərəfindən imzalanıb. Ə.Abdıyeva başa düşüb ki, ona verilən buraxılış vərəqəsi saxtadır.

2021-ci ildə tutduğu vəzifədən azad edilən Ə.Abdıyeva qeyd edib ki, 98 min manatdan cəmi 27 min manatını geri ala bilib.

Qeyd edək ki, istintaq müddətində Elsevər Usubov vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hökumə Əliyeva 5 il 6 ay, Aydın Cəfərov isə 7 il həbs cəzası alıb. Digər iki nəfərə isə şərti cəza verilib. /Musavat.com Son.az

Polis əxlaqsızlığı təbliğ edən TikTokləri saxladı like
  • 23 Dek 22:55  
Digərləri Polis əxlaqsızlığı təbliğ edən TikTokləri saxladı

"TikTok" sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə

arrow Ətraflı
Nazpərinin oğlu uzun müddət sonra ilk dəfə efirdə like
  • 23 Dek 22:48  
Şou-biznes Nazpərinin oğlu uzun müddət sonra ilk dəfə efirdə

Xalq artisti Nazpəri Dostəliyeva ad gününü "Qonaqcanlı" veriliş

arrow Ətraflı
Makron hökumətin yeni tərkibini təsdiqlədi like
  • 23 Dek 22:38  
Dünya Makron hökumətin yeni tərkibini təsdiqlədi

Fransa Prezidenti Emmanuel Makron bazar ertəsi axşam yeni hökumətini açıql

arrow Ətraflı
QAİ ABŞnin Azərbaycandakı Səfirliyinin bəyanatını qınadı like
  • 23 Dek 22:25  
Siyasət QAİ ABŞnin Azərbaycandakı Səfirliyinin bəyanatını qınadı

"ABŞ-nin Azərbaycandakı Səfirliyinin insan hüquqlarını müdafiəsi a

arrow Ətraflı
Almaniya Gürcüstanı 237 milyon avrodan məhrum etdi like
  • 23 Dek 22:20  
Digərləri Almaniya Gürcüstanı 237 milyon avrodan məhrum etdi

Almaniya Gürcüstanla 237 milyon avro dəyərində layihələrin icrasını day

arrow Ətraflı
Qalib olarsa yeddinci dəfə prezident olacaq like
  • 23 Dek 22:12  
Dünya Qalib olarsa yeddinci dəfə prezident olacaq

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkədə keçiriləcək nö

arrow Ətraflı
Moskvaya səfəri etirazlarla nəticələndi  FOTO like
  • 23 Dek 22:01  
Dünya Moskvaya səfəri etirazlarla nəticələndi FOTO

Slovakiya müxalifəti Baş nazir Robert Fitsonun Moskvaya səfəri və Rusiya 

arrow Ətraflı
Qaradağda yarımtikilidə uçqun  Ölən var like
  • 23 Dek 21:52  
Digərləri Qaradağda yarımtikilidə uçqun Ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

arrow Ətraflı
Zurabişvili hökuməti hədələdi  dekabrın 29dan sonra... like
  • 23 Dek 21:43  
Digərləri Zurabişvili hökuməti hədələdi dekabrın 29dan sonra...

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə rəsmilərini 29 dekabradək n

arrow Ətraflı
Bu şəxslərin maaşı artırılacaq like
  • 23 Dek 21:21  
Digərləri Bu şəxslərin maaşı artırılacaq

Xəbər verdiyimiz kimi, əməkhaqqı, pensiya, müavinət və təqaüdlərdə y

arrow Ətraflı
Kəlbəcərdə faciəli şəkildə ölən Şahların like
  • 23 Dek 21:06  
Digərləri Kəlbəcərdə faciəli şəkildə ölən Şahların

Xəbər verildiyi kimi, dekabrın 21-də Kəlbəcər rayonunda ölümlə nətic�

arrow Ətraflı
Balıqçılardan tarixi nailiyyət  Mövsümi dünya rekordu like
  • 23 Dek 21:03  
Digərləri Balıqçılardan tarixi nailiyyət Mövsümi dünya rekordu

Rusiyalı balıqçılar yeni dünya rekordu müəyyən ediblər.

arrow Ətraflı
"Yeni il"i restoranda qarşılamaq neçiyə başa gəlir ? like
  • 23 Dek 20:52  
Digərləri "Yeni il"i restoranda qarşılamaq neçiyə başa gəlir ?

2024-cü ilin Yeni ilində restoranlarda qiymətlər artmağa davam edir. Hər i

arrow Ətraflı
2024 bu 3 bürc üçün uğursuzluqla başa çatacaq like
  • 23 Dek 20:44  
Digərləri 2024 bu 3 bürc üçün uğursuzluqla başa çatacaq

Bu siyahıda olub-olmadığınızı yoxlayın.

arrow Ətraflı
Bakıda vəzifəli şəxsin MEYİTİ TAPILDI like
  • 23 Dek 20:41  
Digərləri Bakıda vəzifəli şəxsin MEYİTİ TAPILDI

Bakıda vəzifəli şəxs hamamda yıxılaraq vəfat edib.

arrow Ətraflı