Braziliyada dövlət çevrilişinə cəhd, prezident şəhərdən çıxarıldı
Dünya 09 Yan 2023 07:00:00 385 0
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub və ölkənin paytaxtında Milli Konqresin (parlament) binasına basqın ediblər.
Bu xəbəri də oxu: Paşinyanın koronavirus testi yenidən müsbət çıxdı
Trend-in məlumatına görə, bu barədə "Globo" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bolsonaro tərəfdarları çubuqlarla silahlanıb hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atıblar.
Etirazçılar yanvarın 1-də prezident vəzifəsinə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər.
Braziliyanın paytaxt Federal dairəsinin hərbi polisinin helikopteri Braziliyada etirazçılara səs və işıqlı qumbaralar, eləcə də gözyaşardıcı qaz qumbaraları atıb.
Trend-in məlumatına görə, bu barədə "Agencia Brasil" agentliyi xəbər verib.
Məlumata əsasən, Milli Qvardiyanın prezident mühafizə batalyonu və ordu hissələri artıq prezident sarayına gəlib. Daha əvvəl buraya keçmiş ölkə başçısı Jair Bolsonaronun tərəfdarları prezident seçkilərinin nəticələrinə yenidən baxılmasını tələb edərək basqın ediblər. Tədricən hüquq-mühafizə orqanlarının əməkdaşları da Federal Ali Məhkəmənin və Parlamentin vandal edilmiş binalarına nəzarəti bərpa edirlər.
Braziliya prezidenti paytaxtdan uzaq əraziyə təxliyə edilib.
Bazar günü Braziliada polis bölmələri etirazçıları ələ keçirdikləri hökumət binalarından qovublar.
Trend-in məlumatına görə, bu barədə "O Globo" qəzeti yazıb.
Məlumata əsasən, polis hakimiyyətin üç qolunun binalarına nəzarəti bərpa edib. Keçmiş prezident Jair Bolsonaronun tərəfdarları arasından olan nümayişçilər daha əvvəl Milli Konqresə (Parlamentə), Federal Ali Məhkəməyə və dövlət başçısının işçi iqamətgahı olan Planaltu Sarayına basqın ediblər.
Braziliya prezidenti Luiz İnasio Lula da Silva bazar günü keçmiş ölkə başçısı Jair Bolsonaronun tərəfdarları tərəfindən törədilən iğtişaşlardan sonra Braziliyada fövqəladə vəziyyət elan edib.
Bu barədə ölkə prezidenti jurnalistlərə açıqlamasında müvafiq fərmanı oxuyub.
O bildirib ki, kütləvi ictimai asayişin pozulmasının qarşısını almaq üçün paytaxt Federal Dairəsinə Federal Müdaxilə haqqında Fərman 31 yanvar 2023-cü il tarixinədək qüvvədə olacaq.
Onun sözlərinə görə, bu müddət ərzində federal hakimiyyət orqanları ictimai təhlükəsizlik orqanlarının idarə edilməsi funksiyalarını öz üzərinə götürəcək.
Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adam həbs edilib.
Bu barədə öz "Twitter" səhifəsində Federal dairəsinin qubernatoru İbaneys Roşa yazıb.
"Nəzərinizə çatdırıram ki, artıq 400-dən çox insan həbs edilib və törətdikləri cinayətlərin əvəzini ödəyəcəklər", - deyə İ.Roşa bildirib.
O qeyd edib ki, Braziliada terror aktları adlandırdığı iğtişaşların bütün iştirakçılarının müəyyən edilməsi istiqamətində iş davam edir.
Smartfon bazarında bəzi şirkətlər xüsusiyyət və dizayn baxımından keyf
"Forbes" 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi m
İkinci dəfə ana olmağa hazırlaşan aktrisa Hazal Kaya sosial media hesabın
Son.az lent.az-a istinadən xəbər verir ki, "Göz önündə" layih�
Tamamilə əzilmiş avtomobili təmir etdirən şəxsin videosu Tiktok-da ən ç
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: "Ey müminlər! O müşrikl
Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsu
Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:
Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.
Ukrayna ordusunun Makeyevka şəhərində müvəqqəti olaraq əsgərlərin yerl
Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversantların
Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yard�
Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallar