Onu iki qadın oğurladı, alkoqol komasına düşdü "Arabeskin babası" Orhan Gencebay
Şou-biznes 09 Yan 2023 01:22:00 424 0
Son.az lent.az-a istinadən xəbər verir ki, "Göz önündə" layihəsinin növbəti hədəfi tanınmış müğənni Orhan Gencebaydır.
Bu xəbəri də oxu: Dilarə Əliyevanın sabahkı konserti təxirə düşdü
70-80-ci illərə türk musiqisinə damğasını vurmuş Orhan Gencebay yaşayan əfsanə, türk musiqisinin və arabeskin babası adı ilə də tanınır. 78 yaşı olsa da, yenə fit görünüşünü, yaraşığını, xarizmasını, ədəb-ərkanını qoruyub saxlamağı bacarmış ustad sənətkar öz dediyinə görə bunu şəxsi həyatını mediadan gizlədə bilməsinə borcludur. Bu gün Orhan Gencebay deyəndə onun dilindən hər daim təşəkkür əvəzinə işlətdiyi "berhudar ol" ifadəsi yada düşür.
"Hatasız kul olmaz", "Batsın bu dünya", "Bir teselli ver" və "Beni böyle sev", "Firuze" mahnıları dillər əzbəri olsa da, bu onun böyük yaradıcılığının yalnız bir hissəidir.
O, 67 milyon ədəd val və kaset satışı ilə rekordlar siyahısında öndə gedənlərdən olub. Həm bəstəkar, həm bağlama (türk sazı) sənətkarı, həm müğənni, həm də aktyor kimi fəaliyyət göstərib. Fəaliyyətinə görə Türkiyə Mədəniyyət Nazirliyinin "Dövlət sənətçisi" fəxri adını verdiyi az saylı sənətkarlardandır.
Orhan Gencebay 1944-cü ildə Samsunda doğulub. İlk musiqi təhsilini 6 yaşı olanda Krım köçkünü, rus təhsilli qonşusundan alıb. Musiqi sevgisi caz, rok tutkusu ilə başlayıb. 16 yaşında ən məşhur musiqiçiləri bağlamada müşaiyət eməyə başlayan Gencebay özü də yavaş-yavaş oxumağa başlayır.
20 yaşı olanda TRT Ankara və TRT İstanbul Radio imtahanlarını uğurla verdikdən sonra səsi bütün Türkiyədə əks-səda verməyə başladı. Gənc və yaraşıqlı oğlana ard-arda film dəvətləri gəlir. Təkcə "Bir təsəlli ver" adlı albomunun satışları 3 milyon nüsxəni keçir. Həmin ərəfələrdə şöhrətin gətirdiyi eyforiya ilə siqar və alkoqol asılılığına düşür, hətta öz dediyi kimi narkotikin də dadına baxır. Bir dəfə alkoqol komasına düşüb, ölümdən döndükdən sonra tövbə edir, bu yoldan dönməyə özündə güc tapır.
O qədər gözəl mahnılar yazırdı ki, mahnıları üstə müğənnilər bir-birlərindən küsürdülər. O hər kəsə öz mahnılarını oxumağa razılıq vermirdi. Bu şərəfə Sibel Can, Ebru Gündeş, Zeki Müren və Tarkan layiq olmuşdu.
Onu 2 gözəl qadın bir birinin əlindən aldı.
İlk evliliyi 1970-ci ildə "Beyaz kelebekler" ansamblının solisti Aziza xanımla oldu. Çox keçmədən cütlük ayrıldı və Orhan Gencebay Sevim Emre ilə ailə qurdu.
Tamamilə əzilmiş avtomobili təmir etdirən şəxsin videosu Tiktok-da ən ç
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Uca Allah, Tövbə surəsinin 28-ci ayəsində: "Ey müminlər! O müşrikl
Uca Allahın bizə buyurduğu əmr və qadağalarının bəzilərinin hikmətini
Bu metod bədii tatuirovkadan gəlmişdir və ona çox oxşayır. Bu zaman xüsu
Uca Allah, Ali İmran surəsi 97-ci ayəsində belə buyurmaqdadır:
Qəbizlik ürək-damar xəstəlikləri əlaməti ola bilər.
Ukrayna ordusunun Makeyevka şəhərində müvəqqəti olaraq əsgərlərin yerl
Ukrayna Təhlükəsizlik Xidməti Xarkov rayonlarından birində diversantların
Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yard�
Uşaqlarda kifayət qədət tez-tez burun qanaxmaları olur. Hətta bəzi hallar
Ankarada Azərbaycan, Türkiyə və İran arasında üçtərəfli görüş keçi
İsrailin yeni hökuməti bir neçə gün əvvəl elan etdiyi fələstinlilərə
Qaraciyər unikal orqandır və orqanizmdə 500-dən artıq müxtəlif funksiyal
Bu kimi saxtakarlara aldanmamaları üçün insanlar ilk əvvəl öz dinlərini