Sızanaqlar niyə əmələ gəlir?
Digərləri 08 Yan 2023 20:45:00 287 0
Üz nahiyəsi də daxil olmaqla, praktiki olaraq, insanın bütün bədəni tüklərlə örtülmüşdür. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir.
Bu xəbəri də oxu: İşlənmiş avtomobil alarkən nəyə fikir vermək lazımdır?
Tük follikulunun soğanağının yanında dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsi ilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artıq olur. Buna görə də, adətən, yağlı dərisi olan insanlarda sızanaqlar daha tez-tez təsadüf edilir. Dərisi quru olan insanlarda sızanaqlara, demək olar, rast gəlinmir. Qadınların üz, çənə, bel və sinə-döş nahiyəsində çoxlu sayda kiçik tükcüklər (tük follikulları) mövcuddur. Sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır.
Akne - tük follikullarının və onunla yanaşı yerləşən piy vəzilərinin iltihablaşmasıdır. Bu zaman follikulun ağızcığı dəri pulcuqlarından və dəri piyindən əmələ gələn sıx "tıxac" ilə qapanmış olur. Aknelər müxtəlif olur. Follikullar açıq olduqda tıxaclar üz dərisində qara nöqtə kimi görünür və açıq kamedonlar adlanır. Kamedonlar bağlı da olur (dəri səthi ilə əlaqəsi olmur). Belə kamedonlar ağ zivcələr (ağ nöqtələr və ya miliumlar) adlanır. Bu zaman dəri piyi ifraz olunsa da, onun axarı bağlı olduğu üçün piy dərinin səthinə çıxa bilmir. Nəticədə kiçik hündürlük (təpəcik) - piy şişi ("jirovik") əmələ gəlir.
Kamedon və ya dərialtı civzələr iltihablaşdıqda, yəni onlara mikroblar düşdükdə, üz dərisində irinli civzələr əmələ gəlir. Beləliklə, üz nahiyəsində civzələr şəklində olan səpgilər, açıq və bağlı kamedonlar - bunların hamısı aknenin müxtəlif formalarıdır.
Bəs aknenin əmələ gəlmə səbəbləri nədir? Aknenin əmələ gəlmə səbəbləri çoxdur. Cinsi yetkinlik dövründə həm qız, həm də oğlan uşaqlarının orqanizmi xeyli miqdarda kişi cinsi hormonu hazırlamağa başlayır. Bu hormon piy vəzisini daha çox piy ifraz etməyə məcbur edir. Məhz bu piyin içərisində bakteriyalar inkişaf etməyə başlayır; çünki piy onlar üçün qidalı mühitdir. Adətən, yeniyetmələrdə olan bu sızanaqlar cinsi inkişaf dövrü başa çatanadək (20-25 yaşadək) keçib gedir.
Hormonal problemlər yuxarı yaşlarda olan insanlarda da baş verdiyi hallarda, onların da dərisində sızanaqlar əmələ gələ bilər. Məsələn, qadınların dərisində sızanaqların əmələ gəlməsi səbəbi əksər hallarda hormonal tarazlığın pozulması olur. Qadın xəstəliyini müalicə etdikdən sonra onun dərisindəki sızanaqlar da keçib gedir.
Orqanizmdə hormonal tarazlığın pozulmasından savayı, dəridə sızanaqların əmələ gəlməsinin bir çox digər səbəbləri də ola bilər: dəriyə düzgün və kifayət qədər qulluq edilməməsi, mikroblar tərəfindən törədilən iltihabi proseslər, daxili orqanların bəzi xəstəlikləri, streslər və s. səbəblərdən immunitetin zəifləməsi, qeyri-düzgün qidalanma (yağlı və şirin qidalardan artıq dərəcədə qəbul edilməsi və s.), dekorativ kosmetik vasitələrin bəzi növləri (bu barədə aşağıda oxuya bilərsiniz) və digərləri.
İrsiyyət də sızanaqların əmələ gəlməsinin səbəblərindən biridir. Sızanaqlar, adətən, dərisi yağlı olan insanlarda daha çox təsadüf edilir. Bu əlamət isə, adətən, irsi şəkildə verilir.
Bəzi dərman preparatlarının (antibiotiklər, hormonlar, steroidlər) qəbul edilməsi də sızanaqların əmələ gəlməsinə təkan verə bilər.
Təsəttürlü qadınların dənizə girmələrini qadağan edən hər hansı bi
İmişli rayon Aranlı (yaxın keçmişdə adı Semyonovka olub) kənd məktəbi
Yelisey və Harvard Universitetlərinin alimləri hesab edir ki, oxumaq insan ö
Amerikalı həkimlər iddia edirlər ki, oxuma insan orqanizminə çox yaxşı t
Britaniya və amerikan alimləri birgə elmi tədqiqatlarında sübut ediblər k
Əlbəttə, bu sayt öz qazancının bir qismini öz müştərilərinə verərə
London şəhərinin neyrobioloqları aşkar ediblər ki, tanınmış rəssamlar�
Möminun sürəsinin 100-cü ayəsini, bir əvvəlki ayəsi ilə birlikdə oxuya
Azərbaycanda bu qış qripə və soyuqdəyməyə yoluxanların sayı daha da ç
Boğaz uru ("zob" xəstəliyi) ilk mərhələdə özünü büruzə ver
Xankəndidəki separatçı rejimin "dövlət naziri" Ruben Vardanyan Q
"2023-cü ildə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzala
Məşhur futbolçu Jerar Pikenin keçmiş sevgilisi, müğənni Şakiranı ofisi
Təqlid (تَقْليد) kəlməsi, "təqib etmək, bir şeyi boynuna taxma
Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayı