10 yaşlı uşaq dördüncü mərtəbədən tullandı
Dünya 06 Yan 2023 17:54:00 355 0
Bu xəbəri də oxu: İsrailin "ElAl" aviaşirkəti Moskvaya bütün reysləri ləğv etdi
Rusiyada, Novosibirskdə evdə tək qalan 10 yaşlı uşaq yanğından xilas olmaq üçün dördüncü mərtəbənin pəncərəsindən özünü atıb.
Son.az bildirir ki, bu barədə "Komsomolskaya Pravda-Novosibirsk" məlumat yayıb.
Yanğın Boris Boqatkov küçəsi, 177 ünvanında yerləşən evdə baş verib. Uşağın qaldığı mənzil yanıb. Hadisə şahidlərindən birinin sözlərinə görə, oğlan valideynlərinin bir neçə gündür evdə olmadığını deyib, onlar dincəlməyə gediblər. Hadisə şahidləri əlavə edib ki, uşağın yanında ondan bir-iki yaş böyük olan qardaş və 27 yaşlı bacısı qalıb. Onlar da hadisə zamanı evdə olmayıblar. Yanğına sobada yeməyin bişirilməsi səbəb olub.
Uşağın xilas edilməsində ümumilikdə 10 nəfər iştirak edib - onlar yorğanı uzadıblar ki, uşaq tullanıb xilas ola bilsin. "Oğlan qorxmadı, pəncərədən atladı. Atlayandan sonra heç ağlamadı. Dedi ki, hər şey qaydasındadır. Yalnız yanan mənzildə birlikdə olduğu itdən narahat idi. İti xilas edə bilmədik", - deyə hadisənin şahidlərindən biri nəşrə bildirib.
Uşaq təcili yardım maşını ilə xəstəxanaya aparılıb, böyük bacısı da onunla gedib - həkimlər ora gələndə qız hadisə yerində olub.
Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsi yanğının məişət əşyalarının alışdığı mətbəxdə başladığını təsdiqləyib, lakin onun dəqiq səbəbləri hələlik məlum deyil. İdarədən əlavə ediblər ki, 10 nəfər özbaşına evdən təxliyə olunub. Şöbə aydınlaşdırıb ki, oğlan dəm qazından zəhərlənə bilərdi, o, hazırda xəstəxanadadır.
İrfan Vəliyev Son.az
Əlilliyi olan şəxslərin işlə təmin edilməsi prosesi elektronlaşdırıl�
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar nəticəsində birb
Bütün dünya bir daha bilməlidir ki, Laçın yolunda keçirilən etiraz aksiy
Xalq artisti Ağasəlim Abdullayev xəstəxanadan evə buraxılıb.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 121 yeni yolu
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
Bakıda meyiti tapılan şəxslərin hamısının adları və ölüm səbəbi a�
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 7-si axşamd
"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişm
"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə