FHN də hava ilə bağlı


Digərləri 06 Yan 2023 17:10:00 212 0

FHN də hava ilə bağlı

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 7-si axşamdan başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.

FHN Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, xüsusilə bunlar uşaqlara həvalə edilməməli, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.

Bununla yanaşı, səfərə çıxan insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bir sıra ərazilərdə, o cümlədən Bakıda və Abşeron yarımadasında arabir güclənəcək küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, bu zaman yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!​

FransaErmənistan tandemi Bakıya MANE OLDU like
  • 06 Yan 17:08  
Siyasət FransaErmənistan tandemi Bakıya MANE OLDU

"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişm

arrow Ətraflı
Azərbaycanda 70 min manata gəmi satıldı  FOTO like
  • 06 Yan 17:07  
Digərləri Azərbaycanda 70 min manata gəmi satıldı FOTO

Azərbaycanda 70 min manata gəmi satılıb.

arrow Ətraflı
“CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa” like
  • 06 Yan 17:06  
Digərləri “CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa”

"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən

arrow Ətraflı
Bakıda şadlıq sarayında ölüm like
  • 06 Yan 17:05  
Digərləri Bakıda şadlıq sarayında ölüm

Bakıda şadlıq sarayında ölüm hadisəsi olub.

arrow Ətraflı
Bu dərmandan alanların nəzərinə  Belə forması saxtadır  FOTO like
  • 06 Yan 17:04  
Digərləri Bu dərmandan alanların nəzərinə Belə forması saxtadır FOTO

Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə

arrow Ətraflı
MN: 1042 nəfərə "Müharibə veteranı" adı verilmədi like
  • 06 Yan 16:54  
Digərləri MN: 1042 nəfərə "Müharibə veteranı" adı verilmədi

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran

arrow Ətraflı
"Hər gün ağlayırdım" like
  • 06 Yan 16:46  
Şou-biznes "Hər gün ağlayırdım"

"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar ekran

arrow Ətraflı
Yeni tikilən binalarda səsimizi qonşu niyə eşidir?  VİDEO like
  • 06 Yan 16:44  
Digərləri Yeni tikilən binalarda səsimizi qonşu niyə eşidir? VİDEO

Yeni tikililərdə ev bizim sirr özgənindi desək yanılmarıq. Yəni, belə

arrow Ətraflı
Sertifikasiya imtahanları bərpa edilir  Səhiyyə Nazirliyi like
  • 06 Yan 16:40  
Digərləri Sertifikasiya imtahanları bərpa edilir Səhiyyə Nazirliyi

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin

arrow Ətraflı
Amerikaya köçən Elmirin ailəsi ilə FOTOsu like
  • 06 Yan 16:38  
Şou-biznes Amerikaya köçən Elmirin ailəsi ilə FOTOsu

Keçmiş "Dəyirman" qrupunun üzvlərindən olan müğənni Elmir Tey

arrow Ətraflı
Serialdan 50 min manat qazanacaqlar like
  • 06 Yan 16:14  
Şou-biznes Serialdan 50 min manat qazanacaqlar

Çəkilişlərinə start verilən "Ailə" serialında rol alan aktrisa

arrow Ətraflı