FransaErmənistan tandemi Bakıya MANE OLDU
Siyasət 06 Yan 2023 17:08:00 369 0
"Yeni ilə qədəm qoysaq da Azərbaycan üçün əsas hədəflər dəyişməz olaraq qalır. Sülh danışılqarının aparılması, sülh müqaviləsinin imzalanması, delimitasiya-demarkasiya prosesinin aparılması və kommunikasiyaların açılması Azərbaycanın Ermənistanla münasibətlərində prioritet təşkil edən əsas məsələlərdir və bunlar olduğu kimi də qalacaq".
Bu xəbəri də oxu: Prezident 2025ci il üçün yaşayış minimumunu təsdiqlədi
"Ermənistan bizim üçün tərəfdaş deyil. Biz çox çalışmışıq ki, Ermənistanı bu layihələrin həyata keçirlməsi üçün özümüzə tərəfdaş edək, amma təəssüflər olsun ki, Ermənistanın siyasi rəhbərliyi yenə də Makron və digər havadarlarının arxasında gizlənərək Azərbaycanla münasibətlərin birbaşa faydalı şəkildə qurulmasından imtina edib. Ona görə də bizim müharibədən qabaq da olduğu kimi bu məsələlərdə əsas tərəfdaşlarımız ABŞ-dır, Rusiyadır, Avropa istəsə Avropa da olacaq. Amma Qərb Emanuel Makronun təsiri altında olan siyasi bir gücdür.
Hadisələr göstərir ki, Azərbaycan nə qədər də çalışsa da ki, Brüssel formatında müəyyən irəliləyiş əldə olunsun, buna nail olmadı. Çünki Fransa-Ermənistan tandemi buna imkan vermədi. Ona görə də Avropa meydançası hələ də itirilmiş bir meydançadır. Yeri gəlmişkən, Avropa rəsmiləri də gündəliyi dəyişməkdə acizdirlər. Çünki belə deyək: Makrondan qorxurlar, ondan çəkinirlər, onunla üz-üzə gəlmək istəmirlər, Cənubi Qafqaz görə Fransa diplomatiyası ilə çəkişmələrdə bulunmaq istəmirlər.
Bu da aydındır niyə, ona görə ki, Fransa Avropa İttifaqında böyük gücə malikdir. Avropa diplomatiyasının passivliyi ondan ibarətdir ki, onlar Fransa ilə üz-üzə gəlmək istəmirlər. Bu yaranmış vəziyyətdə digər meydançalar - Moskva və Vaşinqton meydançaları bizim üçün aktual olaraq qalır. Amerikanın səyləri keçən il kifayət qədər faydalı olub. Düşünmək olar ki, bu il də bu aktivlik davam edəcək. Amma bizə sadəcə aktivlik lazım deyil, bizə görüş sadəcə görüş xatirinə lazım deyil. Bizə məhsuldar görüşlər lazımdır, işlənmiş gündəlik əsasında olan gündəlik lazımdır. Yəni çiy gündəlik bizə lazım deyil.
Vaxtı ilə vasitəçilər çalışırdılar ki, tərəfləri bir masa ətrafına toplasınlar. Hər hansı bir çiy sənəd də olsa və yaxud da çiy gündəlik olsa da onlar üçün məqbul idi. Bizə belə görüşlər lazım deyil. Daha düşünülmüş, üzərində daha böyük səylər olan bişmiş gündəlik bizə lazımdır və düşünürəm ki, biz bunun üzərində işləməliyik".
Təhməz Əsədov Son.az
"CinemaPlus" kinoteatrlar şəbəkəsində yanvarın 5-dən etibarən
Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azə
Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran
Yeni tikililərdə ev bizim sirr özgənindi desək yanılmarıq. Yəni, belə
Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin
Keçmiş "Dəyirman" qrupunun üzvlərindən olan müğənni Elmir Tey
Çəkilişlərinə start verilən "Ailə" serialında rol alan aktrisa
Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan ev
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və i