Bu dərmandan alanların nəzərinə Belə forması saxtadır FOTO


Digərləri 06 Yan 2023 17:04:00 278 0

Bu dərmandan alanların nəzərinə  Belə forması saxtadır  FOTO

Danimarka dərman istehsalçısı "Novo Nordisk A/S" şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilir: "Ozempik preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma hallarının meydana çıxması müşahidə olunur. Nümayəndəlikdən bildirilib ki, bütün kontrafakt (saxtalaşdırılma) halları Novo Nordisk şirkəti tərəfindən izlənilir və qeydə alınır. Hazırda Qazaxıstan, Rusiya, Azərbaycan və Özbəkistanda saxtalaşdırılma halları qeydə alınıb".

Müraciətdə şirkətin saxta Ozempik 0,5 mq və 1,0 mq preparatını necə fərqləndirmək barədə verdiyi tövsiyələr də əksini tapıb:

İnsulin istehsalçısı tərəfindən istifadə edilən, insulinlə müalicə üçün nəzərdə tutulmuş şpris-qələm

Maksimum 80 vahid bölgüyə malik doza sayğacının olması (orijinal Ozempik şpris-qələmində cəmi 3 bölgü şkalası mövcuddur: 0,25 mq, 0,5 mq və 1,0 mq)

Sıxdıqda iynədən kəskin insulin qoxusuna malik olan maye axır.

"Novo Nordisk A/S" şirkəti həm səhiyyə mütəxəssislərinə, həm də pasiyentlərə preparatı aptekdən əldə edərkən Ozempik şpris-qələminə xüsusilə diqqət yetirmələrini israrla tövsiyə edir.

Preparatın saxta olduğuna dair hər hansı şübhələr olduqda, insan orqanizminə gözlənilməz təsirlərin qarşısını almaq üçün bu halda preparatın istifadəsi qəti qadağandır. Saxta preparatın istifadəsi pasiyentin həyatı üçün təhlükəli ola bilər!

"Novo Nordisk A/S" şirkəti səhiyyə mütəxəssislərinə preparat istifadə edilənə qədər saxta məhsulun müəyyən edilməsi üçün Ozempik preparatının qablaşmasının içindəkiləri pasiyentlə birlikdə nəzərdən keçirmək imkanından istifadə etməyi tövsiyə edir və saxta məhsullar aşkar edildikdə bu cür hallar barədə şirkətin elektron poçt ünvanına ([email protected]) məlumat verməyi israrla xahiş edir.

Novo Nordisk şirkəti bu vəziyyəti yaxından izləyir və Ozempik preparatının saxtalaşdırılması ilə bağlı məlum olan istənilən informasiyanın təqdim edilməsinə görə əvvəlcədən minnətdarlığını bildirir.

MN: 1042 nəfərə "Müharibə veteranı" adı verilmədi like
  • 06 Yan 16:54  
Digərləri MN: 1042 nəfərə "Müharibə veteranı" adı verilmədi

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən "Veteran

arrow Ətraflı
"Hər gün ağlayırdım" like
  • 06 Yan 16:46  
Şou-biznes "Hər gün ağlayırdım"

"Masumlar apartmanı" serialında rol alan aktrisa Merve Dizdar ekran

arrow Ətraflı
Yeni tikilən binalarda səsimizi qonşu niyə eşidir?  VİDEO like
  • 06 Yan 16:44  
Digərləri Yeni tikilən binalarda səsimizi qonşu niyə eşidir? VİDEO

Yeni tikililərdə ev bizim sirr özgənindi desək yanılmarıq. Yəni, belə

arrow Ətraflı
Sertifikasiya imtahanları bərpa edilir  Səhiyyə Nazirliyi like
  • 06 Yan 16:40  
Digərləri Sertifikasiya imtahanları bərpa edilir Səhiyyə Nazirliyi

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin

arrow Ətraflı
Amerikaya köçən Elmirin ailəsi ilə FOTOsu like
  • 06 Yan 16:38  
Şou-biznes Amerikaya köçən Elmirin ailəsi ilə FOTOsu

Keçmiş "Dəyirman" qrupunun üzvlərindən olan müğənni Elmir Tey

arrow Ətraflı
Serialdan 50 min manat qazanacaqlar like
  • 06 Yan 16:14  
Şou-biznes Serialdan 50 min manat qazanacaqlar

Çəkilişlərinə start verilən "Ailə" serialında rol alan aktrisa

arrow Ətraflı
Sabunçuda film kimi oğurluq  VİDEO like
  • 06 Yan 15:58  
Kriminal Sabunçuda film kimi oğurluq VİDEO

Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən yeni tikilməkdə olan ev

arrow Ətraflı
Prokuror ana və iki övladını öldürən keçmiş direktora ömürlük cəza istədi like
  • 06 Yan 15:56  
Kriminal Prokuror ana və iki övladını öldürən keçmiş direktora ömürlük cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda ana və i

arrow Ətraflı
Zamiq toydakı rəqsi ilə gündəmdə  VİDEO like
  • 06 Yan 15:50  
Şou-biznes Zamiq toydakı rəqsi ilə gündəmdə VİDEO

Müğənni Zamiq Hüseynov rəqsi ilə adından söz etdirib.

arrow Ətraflı
Səudiyyəli qadınlar ilk dəfə olaraq Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər like
  • 06 Yan 15:42  
Dünya Səudiyyəli qadınlar ilk dəfə olaraq Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhr

arrow Ətraflı