Digərləri
2023-01-29 08:11:00
Mayalanmış yumurta hüceyrənin uşaqlıq boşluğundan kənarda implantasiya olunaraq inkişaf etməsi ektopik (uşaqlıqdankənar) hamiləlik adlanır. Ektopik hamiləlik ginekalofiyanın ciddi problemlərindən biri sayılır. Ektopik hamiləlik abortların, qadın cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla müqayisədə 7-13 dəfə yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən 23-40 yaşlı qadınlarda əksərən sağ boruda rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, döl yumurtasının lokalıizasiyasına görə ektopik hamiləliyin aşağıdakı formaları ayırd edilir: 1. Boru hamiləliyi. 2. Yumurtalıq hamiləliyi. 3. Dəqiqləşdirilməmiş hamiləlik. Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.
2023-01-29 08:05:00
Ağır bronxospazm tutması kəskin tənəffüs çatmamazlığı ilə müşayət olunan bir vəziyyətdir. Xəstəlik orta ağır və ağır formalı bronxial astmalı xəstəlrində, qıcıqlandırıcı və hərbi qazlarla nəfəs aldıqda rast gəlinir. Xəstəliyin əsas əlaməti təngnəfəslikdir. Təngnəfəslik tutması baş verdikdə nəfəsvermə çətinləşir, xəstə məcburi vəziyyət alaraq sinəsini stola söykəyir, onun nəfəs verməyə havası çatmır. Xəstənin üzü qorxu, təlaş və tənəffüs panikası ifadəli bir görünüş alır. Xəstənin venoz qan dövranı pozulur, alında, gicgahlarda venalar şişir. Xəstənin fiziki aktivliyi məhdudlaşır, nitqi fasiləli olur, sözünü deyə bilmir, ölüm qorxusu yaşayır. DİAQNOZU: Anamnez xəstə və xəstənin yaxınlarından toplanılır. Diaqnoz anamnezə və xəstənin ağciyərlərinə qulaq asan həkim tərəfindən qoyulur. Müalicə: Təcili yardım gec gəlsə və ya xəstəyə vaxtında yardım edilməsə xəstə ölə bilər. Tutma aradan gec qalxdıqda xəstə halsız olur, şüurunda ləngimə müşahidə olunur. Xəstənin huşu alaqaranlıq olur. Tutma baş verilən zaman xəstə, təcili xəstəxanaya çatdırılmalı, vəziyyətdən çıxana qədər stasionarda qalmlıdır. Tutma keçdikdən sonra təngnəfəsliyin səbəbi araşdırılmalı və aradan qaldırılmalıdır.
2023-01-29 08:01:00
Hamiləlik dövrü qadın orqanizminin bütün orqanları normal fəaliyyət göstərir. Ancaq yüklənmiş vəziyyətdə, bu inkişaf edən dölün tələblərinə uyğun olaraq baş verir. Hamilə qadının həyat tərzi normal olduqda bu adi sayılır. Qida rejiminin pozulması, yorğunluq, başqa faktorların hamilə qadına təsiri, bədənin gigiyena qaydalarının pozulması hallarında, hamiləliyin gedişində dəyişiklik baş verir və müxtəlif ağırlaşmalar meydana çıxır. Bu ağırlaşmaların baş verməməsi üçün hamiləlik zamanı gigiyena qaydalarına ciddi riayət eləmək lazımdır. Bunun üçün aşağıdakı tədbirlərə əməl olunmalıdır: * qadının sağlamlığının saxlanılması və möhkəmləndirilməsi * dölün düzgün inkişafı * doğuş və zahılıq dövrünün normal keçməsi * qadın orqanizminin uşağın döşlə əmizdirilməsinə hazırlanması. Qadının həyat tərzi hormal keçərsə, hamiləlik zamanı heç bir xüsusi dəyişiklik baş vermir. Normal hamiləlik vaxtı qadın adi işləri yerinə yetirə bilir və yüngül idmanla məşğul ola bilər. Normal fiziki və zehni iş hamilə qadın üçün faydalıdır. Bu qadına müsbət təsir göstərir və qadının sinir, ürək-damar, tənəffüs, qan dövranı, maddələr mübadiləsinə yaxşı təsir göstərir. Hərəkətsizlik, uzun müddət oturaq və yataq həyat şəraiti qadında piylənməyə, qəbizliyə, əzələ sisteminin zəiflməsinə səbəb olur. Hamiləlik zamanı ağırlıq qaldırmaq və həddindən artıq yorulmaq olmaz. Əgər hamilə qadın işləyirsə, o fasilə zamanı təmiz havada gəzməlidir. Bu hamilıə qadının yorğunluğunu aradan qaldırır və psixi vəziyyətinə yaxşı təsir edir. Hamilə qadın gün ərzində ən az 8 saat yatmalıdır. Hamiləlik zamanı spirtli içki qəbulu, siqaret çəkmək qəti qadağandır.
2023-01-29 07:51:00
Pnevmoskleroz ağciyər toxumasının müxtəlif patoloji proseslər nəticəsində birləşdirici toxuma ilə tutulmasıdır. Birləşdirici toxumanın yayılma dərəcəsindən asılı olaraq ağciyərlərin fibrozu, sklerozu və sirrozu ayırd edilir. Pnevmafibrozda ağ ciyərlərdə çapıq dəyişikliklər mülayim ifadə olunur. Pnevmosklerozda ağciyərlərin birləşdirici toxuma ilə əvəz olunması bir qədər kobudlaşır. Sirrozda alviolların tam, bronx və damarların isə hissəvi olaraq birləşdirici toxuma ilə dezorqanizasiyası qeyd edilir. Pnevmoskleroz bir çox xəstəliklərin simptomu və nəticəsi hesab edilir. Xəstəliyin əmələ gəlməsinə səbəb olanlar: 1. Tam sorulmamış kəskin pnevmoniya, xroniki pnevmoniya, bronxhektaziya xəstəliyi. 2. Peribronxitlə müşayət olunan və peribronxial sklerozun inkişafına gətirib çıxaran xroniki bronxit. 3. Müxtəlif genizli pnevmokoniozlar. 4. Bir sıra ürək xəstəliklərində və ən çox mitral qapaq qüsurlarında ağciyərələrdə baş verən durğunluq. 5. Ağ ciyərlərin ateleltazı. 6. Ağır keçən eksudativ plevritlər. 7. Döş qəfəsini və ağ ciyərlərin zədələnmələri. 8. Birləşdirici toxumanın sistem xəstəlikləri. 9. İonlaşdırıcı radiasiyanın təsiri.
2023-01-29 07:41:00
Öskürək traxeobronxial şaxələrin sensor stimulyasiyasından əmələ gələn impulslardan beyində yerləşən öskürək mərkəzinin qıcıqlanmasının nəticəsidir. Öskürək keçici və persistəedici ola bilir. Keçici öskürəyin əsas səbəbi traxeya və bronx şaxələrinin bakterial və virus infeksiyası ilə səthi iltihabi reaksiyasıdır. Bəzən atmosferdə olan qarışıqlar öskürəyə səbəb ola bilir. Bu qarışıqlara papiros tüstüsü, uçucu kimyəvi maddələr və s. daxildir. Persistəedici öskürəyin əsas səbəbləri astma ilə yanaşı olan allergik iltihabdır. Öskürək təngnəfəsliyin başlanğıc əlaməti də ola bilir. Traxeobronxial qıcıqlanmanın digər səbəblərindən biri yuxuda qastritik requrgitasiya kütləsinin traxeobronxial şaxələrə düşməsi də ola bilər. Bu zaman qastroezofageal sfinkterin müxtəlif patologiyası ilə bağlı ola bilir. Öskürəyin səbəb olan ekstrabronxial zədələnmələrə aşağıdakı xəstəlikləri də aid etmək olar: - bronxları sıxan divararalığı şişləri - qida borusu şişləri - aorta anevrizması - sol bronxu sıxan sol qulaqcıq böyüməsi. Bəzən tənəffüs yollarına daima sekresiya edən burun axıntısı və sinusitlər də xroniki öskürəyə səbəb ola bilirlər. Öskürək bəlğəmli və bəlğəmsiz ola bilir. Hər xəstəliyin özünəməxsus öskürək forması var və müalicə zamanı həkimdən bunu ayırd etmək tələb olunur. Öskürəyi müalicə etmək üçün ilk növbədə onu əmələ gətirən səbəb tapılmalı və aradan qaldırılmalıdır. Öskürəyə diaqnoz qoymaq üçün rentgenoqrafiyadan istifadə edilir.
2023-01-29 07:31:00
Mayalanmanın 5-7 -ci günü döl endometritin səthi ilə kontakta girərək, sonrakı iki gündə onun dərinliyinə keçir. Döl hüceyrələrinin xarici qatı - trofoblast uşaqlıq divarının dərinliyinə keçir və xovlar əmələ gətirir. Xovlarda damar sistemi əmələ gəlir və göbək ciyəsi vasitəsilə döl qan sistemi ilə birləşir. Eyni zamanda trofoblastın təsiri altında uşaqlığın spiral arteriyasının strukturu dəyişir. Arteriyaların divarında əzələ - birləşdirici toxuma qatı itir və bu səbəbdən onların diametri itə bilmir, əksinə genişlənir. Buna görə də xovətrafı sahəyə intensiv qan dövranı təmin olunur. Bütün bu dəyişikliklər hamiləliyin 18-22 -ci həftəliyinə qədər davam edir. Hestoz zamanı xarakterik struktur dəyişikliklər uşaqlığın spinal arteriyalarında baş verir. Morfoloji tədqiqtlar hestoz zamanı uşaqlıq arteriyalarının mənfəzinin dar olması, daxilində makrofaqlar, mikrotrobların olması ilə qeyd olunur. Spinal arteriyaların zədələnməsi uşaqlıq-plasentar qan dövranının pozulmasına səbəb olur, odur ki, dölün zədələnməsi baş verir. Bu səbəbdən də döl bətndaxili inkişafdan qalır, ciftin vaxtından qabaq ayrılması baş verir. DİAQNOZU: Dölün və ciftin müayinəsini USM vasitəsilə müəyyənləşdirilir. USM-lə yoxlamada dölün ölçülərinin normadan az olması onun inkişafdan qalmasını göstərir. Doplerometriya zamanı uşaqlıq və göbək ciyəsi arteriyasında qan dövranının pisləşməsi də dölün vəziyyətinin qənaətbəxş olmadığını göstərir. Patoloji halda döldə plasentar çatmazlıq inkişaf edir. Onun kəskin forması ciftin vaxtından əvvəl ayrılması, xroniki forması isə dölün inkişafdan qalmasıdır. Plasentar çatmazlığı vaxtında aşkar etmək üçün dölün ölçülərini və hərəki aktivliyini müşahidə altında saxlamaq lazımdır.
2023-01-29 07:21:00
Endokrin sonsuzluq hormon çatışmazlığı zamanı baş verir. Endokrin sonsuzluq qadınlar arasında baş verən sonsuzluğun 15-20%-ini təşkil edir. Xəstəliyin diaqnozu sonsuz qadınlarda aparılan müayinələr zamanı meydana çıxır. Aparılan analizlərin nəticələrində qadınlarda ovulyasiyanln pozulması meydana çıxır. Bunun səbəbini araşdırdıqda isə xəstənin qan zərdabında prolaktin və tireotrop hormonlarınnın çatışmazlığı olduğu meydana çıxır. Xəstəliyə diaqnozun qoyulması laktoreya zamanı tamamlanır. Eləcə də kəllənin rentgenoqrafiyası, beynin maqnit rezonans tomoqrafiyası, göz dibinin və görmə sahəsinin müayinəsi, qalxanabənzər, böyrəküstü vəzlərin müayinəsi, USM müayinəsi xəstəliyə diaqnozun qoyulmasında böyük rol oynayır. Neyroendokrin sindromun olması ehtimalı daha əsaslı müayinələrin aparılmasını tələb etsə də, xəstəliyin müalicəsində hormonların iştirak edəcəyi öz təsdiqini tapır. Müalicə zamanı xəstələrə lazım olan hormonlar təyin edilir. Qanda hormonların miqdarı nəzarət altında qalmaq şərti ilə hormonal müalicə kurslarla aparılır.
2023-01-29 07:11:00
Xroniki pnevmoniyanın bronxoektatik forması aşağıdakı əlamətlərlə özünü göstərir: * xəstədən çoxlu miqdar pis qoxulu bəlğəm ifrazı (gün ərzində 200-300 mq) * öskürək * tez-tez rast gələn qanhayxırma * aktiv iltihabı prosesin fasiləsiz gedişi * bədən hərarətinin həddindən artıq yüksəlməsi * iştahanın azalması və xəstələrin kəskin arıqlaması * dırnaqların saat şüşəsi şəklini alması * barmaqların uc falanqalarının baraban çubuğuna oxşaması * konservativ müalicənin az effektliyi * bronxoqrafik və tomoqrafik müayinələrdə bronxhektazların aşkar edilməsi. Xəstəliyə nadir hallarda rast gəlir. Bronxoetakik formalı pnevmoniya zamanı aşağıdakı əlamətlər aşkar edilir. - Xəstəlik uzun gedişə malik olur. - Kəskin pnevmoniya əlamətləri müşahidə edilir. - Ağciyərlərdə residivləşən iltihablaşmalar baş verir. - Patoloji proses ocaqlı xarakter daşıyır. - Lokal irinli və kataral bronxitin əlamətləri olur. Xəstliyə diaqnoz qoymaq üçün ağciyər xərçənginin müayinəsində istifadə olunan bütün müayinə metodlarından istifadə edilir. Xəstəliyin ağırlıq dərəcəsi ağciyər xərçənginin ağırlıq dərəcəsi ilə eynidir. Diaqnoz qoyulan zaman rentgenoqrafiyanın, tomoqrafiyanın nəticələri əsas götürülür. Bundan başqa qanın ümumi və biokimyəvi analizləri, bəlğəmin analizi diaqnozun düzgünlüyünü təsdiq edir. Xəstəliyin hansı bakteriyalar tərəfindən törədildiyi araşdırıldıqdan sonra həmin mikroba qarşı antibiotiklərdən istifadə edilir. Xəstənin bəlğəmi vaxtaşırı əkilir və onun əsasında müalicə davam etdirilir. Xəstə sağaldıqdan sonra ona profilaktika məqsədilə sağlam həyat tərzi sürmək, keyfiyyətli qidalardan istifadə etmək, zərərli vərdişlərdən uzaq durmaq tövsiyə edilir.
2023-01-29 07:01:00
Hər bir hamilə qadının gündəlik rasionunda protein, minerallar (kalsium, fosfor, dəmir, sink, yod, maqnezium və s.) A, D, E, K, C, B qrup vitaminlər və fol turşusu olmalıdır.Bu vitaminlərin hansı qidalarda olduğu aşağıdakı siyahıda verilmişdir: Protein - yeni toxumaların əmələ gəlməsi və hüceyrələrin yaranmasında faydası böyükdür. Hamiləlik zamanı gün ərzində 60 mq, uşaqəmizdirmə zamanı 65 mq qəbul edilməlidir. Ət, balıq, toyuq, yumurta, süd, pendir, quru lobya, fındıq, taxıl məhsullarında daha çox olur. Minerallar: Kalsium - sümük və dişlərin əmələ gəlməsi və möhkəmlənməsi üçün lazımdır. Süd, pendir, yumurta sarısı, tərəvəzlərin, paxlaların tərkibində daha çoxdur. Hamiləlik və südəmizdirmə zamanı gün ərzində 1200 mq qəbul edilmədir. Fosfor - sümük toxumasının inkişafı üçün hər gün qəbul edilməlidir. Hamiləlik və südəmizdirmə zamanı gündəlik qəbulu 1200 mq-dır. Süd və dəniz məhsullarında daha çox olur. Dəmir - proteinlə birlikdə hemoqlobilinin əmələ gəlməsi və qanyaranmada böyük rol oynayır. Dəmir ən çox ciyər, ət, fındıq, paxla, yumurta sarısı, tərəvəzlərdə olur. Hamiləlik zamanı orqanizmin dəmirə olan təlabatı 30 mq, südəmizdirmə zamanı isə 15 mq-dır. Sink - sümük və sinir sisteminin möhkəmlənməsi üçün ehtiyac duyulan mineraldır. Ət, ciyər və dəniz məhsulların tərkibində daha çox olur. Hamiləlik vaxtı orqanizmin sinkə gündəlik ehtiyacı 19 mq, südəmizdirmə zamanı isə 15 mq-dır. Yod - qalxanvari vəzin hormonal funksiyasının normallaşdırmaq üçün lazımdır. Dəniz məhsullarında və yodlu duzda daha çox olur. Hamiləlik zamanı orqanizmin gündəlik ehtiyacı 175 mq, südəmizdirmə zamanı 200 mq olur. A - vitamini sümük və toxumaların böyüməsində faydalıdır. Kərə yağında, kürüdə və sarı rəngli meyvə-tərəvəzlərdə daha çox olur. Hamiləlik zamanı gündəlik ehtiyac 800 mq, südəmizdirmə zamanı isə 1200 mq-dır. D vitamini kalsium və fosfor mübadiləsində iştirak edir, diş və sümüklərin mineral balansını təmin edir. Hamilələrin gündəlik ehtiyacı 10 mq, südəmizdirən anaların isə gündəlik ehtiyacı 12 mq-dır. K vitamini qanın tərkibinin formalaşmasında böyük rol oynayır. Orqanizmdə bağırsaqlarda əmələ gəlir. Hamiləlik və südəmizdirmə zamanı gündəlik təlabat 65 mq-dir.
2023-01-29 06:48:00
Çin alimləri bərk haldan mayeyə və yenidən öz ilkin halına qayıda bilən robot yaradıblar.
2023-01-29 06:05:00
Ürək çatışmazlığı - ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı.
2023-01-29 05:04:00
Ümumi məlumat: Nevrasteniya - yüksək oyanıqlıq, həssaslıq halları ilə yanaşı, astenik, depressiv sindrom və zəifləməkdən ibarətdir. Simptomları: Xəstə, çox kiçik, əhəmiyyətsiz bir şeydən hirslənir. Ucadan danışmaq, qapının çırpılması, yazı qələminin səsi, su kranının şırıltısı, ətrafdakıların az və ya çox danışması xəstəyə pis təsir edir. Belə şəxslər ümumi yorğunluqdan, zəiflikdən, iş qabiliyyətinin azalmasından şikayətlənirlər, tez kövrəlir, başı ağrıyır. Ən çox yuxu pozğunluğı olur, xəstə yata bilmir. Bəzən xəstənin yaddaşı zəifləyir, fikrini cəmləşdirə bilmir. Siz nə edə bilərsiniz: Əgər siz yuxarıdakı əlamətlərlə rastlaşırsınızsa, mütləq həkimə müraciət edin. Həkim nə edə bilər: Həkim-nevropapatoloq xəstədə heç bir üzvi pozğunluq əlaməti tapılmadığı halda, reflekslərin yüksəlməsi, dərinin tərli, soyuq olması, əl barmaqların və göz qapaqlarının titrəməsi, qırmızı yaxud ağ dermoqrafizmin olması və bir sıra funksional pozulma əlamətlərini aşkar edir. Həkim xəstənin vəziyyətindən asılı olaraq sakitləşdirici prepratlar, vitaminlər və s. təyin edir.
2023-01-29 04:04:00
Ağciyərlərin eozinofiliyaları keçici ağciyər infiltratları və qanda 1,5 X 109- dən çox olan eozinofillərin olması ilə xarakterizə olunur. Ağciyər eozinofiliyası aşağıdakı qruplara ayrılır: 1. Lokal ağciyər eozinofiliyası. 2. Sistemli təzahürlərlə ağ ciyər eozinofiliyası. Xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların rolu böyükdür: * çiçək tozunun allergeninə qarşı sensibilizasiya * göbələklərin, aspergillərin allergenlərinə qarşı olan sensibilizasiya * qurd xəstəliklərində helmintozuzun törədicisinin ağciyər toxumasına düşdüyü zaman. Xəstəlyin əmələ gəlməsinə yuxarıda sadalanan antigenlərin təsirinə cavab olaraq ağciyər toxumasında eozinofillərin toplanmasıdır. Ağciyər toxumasına düşən eozinofillər həm müdafiə, həm də immunapatoloji təsir göstərir. Eozinofillərin təsir mexanizmi iltihab və allergik reaksiyaların inkişafında iştirak edən mediatorları inaktivləşdirən ferment ifraz etməkdən ibarətdir. Bundan başa ezoinofillər eozinofil peroksidazası ifraz edir ki, bu da fermentlərin təsiri altında hidrogen peroksidin əmələ gəlməsinə səbəb olur. Müdafiə effekti ilə yanaşı eozinofillər böyük əsas zülal və eozinofil kation zülalı ifraz edərək həmçicinin patoloji təsir göstərirlər. Klinikası: Xəstələr quru öskürək, zəiflik, əmək qabiliyyətinin itməsi, titrətmə, temperaturun qalxması və döş qəfəsində olan ağrıdan şikayət edirlər. Dəri qaşınması, ödem, dəridə övrə görmək mümkündür. Əksər hallarda xəstəlik simptomsuz kecir. Diaqnostikası: Xəstəliyin diaqnozunun qoyulmasında rentgenoloji müayinə, bəlğəmin müayinəsi və qan analizi mühüm əhəmiyyət kəsb edir. Xəstəliyin gedişatı xoşxassəlidir, vaxtında və düzgün müalicə olunarsa tam sağalma əldə etmək mümkündür.
2023-01-29 03:03:00
Bu böyrəküstü vəzlərin anadangəlmə ferment sisteminin çatışmazlığı ilə şərtləndirilən xəstəlikdir. Xəstəlik zamanı androgenlərin sintezində iştirak edən C21-hidroksilaza fermentinin defisiti baş verir. Bu fermentin normal sintezini 6-cı cüt xromosomun (autosom) qısa qolunda yerləşən gen təmin edir. Yalnız bu xromosomların patoloji geni daşıması zamanı bu xəstəlik qeyd edilmir. 6-cı xromosomun hər 2 cütündə deffekt genlərin olması nəticəsində androgenlərin artıq sintez olunması baş verir və beləliklə, adrogenital sindrom inkişaf edir. Kliniki praktikada C21- hidroksilaza fermentinin defisiti və buna uyğun olaraq hiperandrogeniyanın ağırlıq dərəcələrindən asılı olaraq, adenogenetik sindromun 2 forması olur: - klassik - qeyri-klassik. Hamiləliyin 9-10 həftəliyindən etibarən bətindaxili döldə androgenlərin sintezi başlanır. Bu döldə qonadlar artıq cinsi mənsubiyyətə malık olur və daxili cinsiyyət orqanları qadın tipində inkişaf edir, lakin xarici cinsiyyət üzvləri penisə bənzəyir. Bu yalançı qadın hermafroditizmi adlanır. Vaxtında aparılan cərrahi korreksiya uşağın gələcəkdə qadın tipində böyüməsinə səbəb olur.
2023-01-29 02:02:00
Asmatik status bronxial astma xəstəliyinin həyat üçün təhlükəli dərəcədə ağırlaşması halıdır. Asmatik status dedikdə tutmalar zamanı xəstəyə yalnız klinika şəraitində yardım edilə bilinəcəyi nəzərdə tutulur. Xəstəliyin əmələ gəlmə səbəbi beta 2 adenomimetiklərin dozasının artması nəticəsində reseptorların blokadası səbəb olur. Bunun inkişaf etməsinə isə aşağıdakı faktorlar səbəb olur: 1. Simpatomimetiklər və kortikosteroidlərin nəzarətsiz qəbulu 2. Uzun müddət davam edən kortikosteroid terapiyasının qəfil dayandırılması 3. Bronx-ağciyər aparatında müalicə olunmayan xroniki xəstəliklərin kəskinləşməsi 4. Hiposensibilizasiyanın qeyri-müvafiq atanılması 5. Yuxugətirici və sedativ dərmanlardan çox istifadə etmə. Asmatik status xəstəliyinin əlamətləri bunlardır: * ekspirator təngnəfəslik * ölüm qorxusu və həyəcan hissi. Tutma zamanı xəstə önə doğru əyilir, çiyinlərini qaldırıb məcburi vəziyyət alır. Tənəffüs aktında çiyin qurşağı, döş qəfəsi və qarın presi əzələləri iştirak edir. Bu zaman nəfəs vermənin müddəti kəskin uzanır, quru, fitverici xırıltılar eşidilir. Asmatik statusun aşağıdakı metobolik kriteriyaları var: * bronxların drenaj funksiyasının pozulması * ağciyər abstruksiyası, hiposkemik koma * simpatomimetik və bronxolitik preparatlara qarşı rezistenlik * hiperkapniya * toxumaların hipoksiyası. Xəstəlik özünü uzunçəkən boğulma tutması, tənəffüs çatışmazlığının artması, hiperkapnik və hiposkemik koma əlamətləri ilə biruzə verir. Xəstədə avazımış-boz rəngli dəri örtüyü, tezləşmiş səthi tənəffüs, aritmiya, arterial təzyiqin enməsi baş verir. Asmatik status ağırlaşma verikdə isə xəstənin huşu itir, taxipnoe, qırmızı sianoz əmələ gəlir və bəzən kollaps baş verir. Müalicə vaxtında aparılarsa, asmatik stsusun proqnozu yaxşı ola bilir.
2023-01-29 01:31:00
Qəddarlıq elə bir xüsusiyyətdir ki, əksəriyyət özünü ondan uzaq görür. Lakin maraqlar ona plana çıxanda bəzi insanlar digərlərinə qarşı hər cür pisliyi edə bilərlər. Bu, bir qədər də həyatda qalma mübarizəsindən doğan instinktiv özəllik hesab oluna bilər.
2023-01-29 01:01:00
Bronxların funksiyalarının pozulmasına aşağıdakı xəstəliklər səbəb olur: * bronxların iltihabi xəstəlikləri * allergik reaksiyalar zamanı. Bronxit xəstəliyi zamanı bronxiolların selikli qişasında iltihab mənşəli ödem əmələ gəlir. Bunun nəticəsində bronxiolların mənfəzi daralır, bronxlarda və bronxiollarda toplanan bəlğəm ağciyər ventilyasiyasını çətinləşdirir. Kiçik qan dövranında olan durğunluq da bronxiolların daralmasına səbəb olur. Bu ağciyər ödeminin inkişafı ilə əlaqədar olur. Bronxial astma xəstəliyinin tutmaları zamanı bronxiallarda selik ifrazı artır və onların əzələ liflərində spazm baş verir. Bu zaman bronxlarda qatı bəlğəm toplanır, tənəffüs yollarının selikli qişasında hiperemiya və ödem əmələ gəlir. Xəstəlik tutmaları zamanı havanın hərəkətinə qarşı bronxiolların müqaviməti kəskin surətdə artır. Bunun nəticəsində tənəffüs əzələlərinin gərginliyi yüksəlir. Bu zaman ağciyər alveolları yaxınlıqda olan bronxiollara təzyiq etmək, onların daha artıq sıxılmasına səbəb olur. Bu zaman ağciyərdən hava cıxdıqca onun həcmi kiçilir. Nəfəs vermənin müəyyən bir mərhələsində bronxiollar tamamilə büzüşür və alveollarda toplanan havanın bir hissəsini geriyə buraxmır. Bronxial astma tutmaları ağciyərlərin elastikliyinin azalmasına və emfizemanın inkişafına səbəb olur.
2023-01-29 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2023-01-28 23:55:00
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə ibadət edənlər üç dəstəyə bölünür: Bir dəstə Allaha qorxudan ibadət edər, bu, qulların ibadətidir; Bir dəstə Allah-təalaya savab üçün ibadət edər, bu, muzd alanların ibadətidir; Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu da azad insanların ibadəti və ən üstün ibadətdir. (Əl-Kafi)
2023-01-28 23:51:00
Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
2023-01-28 23:50:00
İslam dinində ən çox təkid olunan məsələlərdən biri duadır. Mövzumuz iki əsas hissədən ibarətdir: Birincisi, müqəddimə, ikincisi, Allah-Təala, Peyğəmbərlər (ə) və İmamlardan (ə) nəql olunan ayə və hədislər. Əslində dua etmək bir vəzifədir. Onun qəbul olunub-olunmaması ikinci, üçüncü, bəlkə də neçənci məsələdir.
2023-01-28 23:45:00
Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısının ən çox bilinən səbəbləri stres və miqrendir.
2023-01-28 23:40:00
İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədiVəhabi iradı: Zəhmət olmasa elimli şiələr bu suallara dəqiq cavab yazsın. 1. Ümmətin 1-ci İmamı Rasulullah ﷺ olduğu halda, niyə görə ilk İmam Əli radiAllahu anhudur? Deyirəm: Ümumiyyətlə bu sual çox cahilcəsinə verilmiş bir sualdır. İmam Əli (ə) Peyğəmbərdən (s) sonra ilk imamdır. Onun davamçısı və canişinidir. Necə ki, Buxari və Müslimdə Peyğəmbərdən (s) sabit olmuş bir hədisdə "özündən sonra" on iki xəlifə gələcəyini bəyan etmişdir. Bizdə etiqad edirik ki, ilk xəlifə və imam möminlərin əmiri Əli ibn Əbu Talibdir! Bu sualı verən şəxsə sualının nə qədər absurd olduğu bildirmək üçün bu sualı elə özünə yönləndirərək soruşa bilərik ki, bəs yaxşı siz ümmətin ilk imamı Allah Rəsulu (s) olduğu halda niyə görə Əbu Bəkri ilk imam kimi görürsünüz?! Vəhabi iradı: 2. Əlinin Fatimə anamızdan olan nigahından 2 oğlu olduğu halda, niyə görə İmamət böyük oglu Həsənlə deyil, kiçik oglu Hüseynlə davam edir? Bəyəm Həsən radiAllahu anhunun övladları əhli beytdən deyil? Və ya Həsənin övladları İmamlığa layiq olmayıblar? Deyirəm: Bu Allahın təqdiri və iradəsidir. Allahın hikməti barədə sorğu-sual olunmaz. Əslində bu sual niyə görə Yəqub Peyğəmbərin (ə) on oğlu olduğu halda yalnız Yusif (ə) risalətə layiq görülüb sualı kimi cahilcəsinə verilmiş bir sualdır. Bu beyinə məxsus insanlara bizdə sual verə bilərik ki, məgər Yəqub Peyğəmbərin (ə) övladları onun Əhli-Beyti deyildi? Və ya onlar risalətə layiq olmayıblar?! Vəhabi iradı: 3. Niyə görə Hüseyn radiAllahu anhunun ilk 3 zövcəsindən olan oglan övladları İmaməti davam etdirmir? Niyə görə İmamət Hüseynin 4-cü zövcəsi olan fars qızı o Şəhrabani anamızın oglu Zeynəlabidin ilə davam edir? Bəyəm Hüseynin ilk oglan övladları əhli beytdən deyildi? Deyirəm: Bu sual, ikinci punkda olan sual ilə eynidir və biz artıq bu sualı cavablamışıq. Amma bu sualın əsas məğzi farslara dayanır. Bu məqalənin sahibi elə təsərrüfat yaratmaq istəyir ki, guya şiələri farslar yaradıb. Ona görədə imamətin fars qızı o Şəhrabani xanımdan olan İmam Səccad (ə) ilə davam etdiyinə etiqad edirlər. Əgər həqiqətən belədirsə o zaman farslar ən üstün səhabə və imam kimi "ərəb" olan İmam Əlini (ə) yox "fars" olan Salman Farisini (r.a) qəbul etməli idilər. Ümumiyyətlə, İmamətin İmam Hüseyn (ə) soyundan davam etməsinin farsların farslığına nə kimi xeyri olub ki? Bununla farslar hansısa bir imtiyaz əldə etdilər? Allah istəyər peyğəmbəri ərəblərdən seçər, istəyər anası ərəb olan şəxsi peyğəmbər seçər. İstəyər imamı farslardan seçər, istəyər anası fars olan şəxsi imam seçər. Allah imaməti Hüseynin (ə) övladlarından davam etdirməməli, anası fars olan imam Səccadı (ə) imam təyin etməməli idi ki, birdən qərəzli müxaliflər ortaya belə bir şübhə atar?! Həqiqətən Şeyximiz bunu gözəl izah edir: Əgər imamların (ə) İmam Hüseynin (s) övladlarının soyundan gəldiyi məsələsini farslar özlərindən uydurmuşdularsa nəyə görə farsların böyük əksəriyyəti bu inancı yox sünniliyi seçmişdilər? Farsların böyük əksəriyyəti əsrlər boyu, Ömər ibn əl-Xəttabın İranı işğal etməsindən sonra təqribən 850 il sünni olublar. Ta ki, Şah İsmayıl Xətai bu torpaqlara həqiqi İslamı gətirənə qədər! Buna görə də: Birincisi: Nəyinki Həsəneynin (Həsənin və Hüseynin) (ə), heç ataları Əlinin də (ə) imamətinə inanmırdılar. Onu yalnız qeyri-məsum dördüncü xəlifə kimi qəbul edirdilər, o da seçki yoluyla. Düşmənləri haqqında da "Allah onlardan razı olsun!" deyirdilər. İkincisi: Həsəneynin (ə) də imamətini qəbul etmirdilər. Üçüncüsü: Hüseynin (ə) və övladları olan digər imamların (ə) da imamətini qəbul etmirdilər. Dördüncüsü: Heç bir imamın (ə) Allah tərəfindən seçildiyinə və məsum olduğuna inanmırdılar. Beşincisi: Ümumiyyətlə, bu ardıcıllığı qəbul etmirdilər. Altıncısı: Onlarda olan məşhur nəzərə görə axır-zamanda zühur edəcək Mehdi (ə) İmam Həsənin (ə) nəslindəndir və hələ doğulmamışdı, axır zamanda doğulacaqdı. Yeddincisi: Onlara görə Əbu Bəkr, Ömər, Osman Əlidən (s) və bütün imamlardan (s) üstün idi. Səkkizincisi: Onlara görə Müaviyyə belə Əlinin (ı) imam övladlarından (eləcə də imam olmayan övladlarından) üstün idi. Çünki, təbəqə etibarilə Müaviyyə "səhabə" idi. Ağıl nemətinə görə Allaha həmd olsun! Vəhabi iradı: 1. Şiələrin Abu Bəkr radiAllahu anhuya olan nifrətlərindən birinin də səbəbi guya ki, Fədək xurma bağlarının zornan Fatimə anamızın əlindən alınıb beytül mala qatılmasıdır. Bu uydurma fərziyəni danişan şiələrə sualım budur. •Bəs niyə Hz. Ali Abu Bəkrin zorla əldə etdiyi Fədək xurma bağlarını Öz xəlifəliyi dövründə varislik haqqı olan Həsən və Hüseynə qaytarmadı? Niyə Hz. Ali Allah Rasulunun əhli beytinin vərəsəlik haqqına girdi və Öz xəlifəliyi dövründə bu haqqları bərpa eləmədi? Deyirəm: Bu irada cavab olaraq bir neçə il öncə aşağıdakı videoçarxı hazırlamışdıq izləyə bilərsiniz:
2023-01-28 23:35:00
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 vacib preparatı da daxil edir. "Medicina" xəbər verir ki, bura korvalol, yod, aspirin də əlavə edilib.
2023-01-28 23:30:00
İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər, disaxaridlər, monosaxaridlər və poliollar qida qrupu səbəb olur.
2023-01-28 23:25:00
Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlayıb.
2023-01-28 23:21:00
Naxçıvan şəhərində avtomobil velosipedçini vurub.
2023-01-28 23:20:00
"Ölüm"ü hamı başa düşür: Biz bu kiçik yazıda, oxucularla, "ölüm" haqqında qısa olaraq fəlsəfi, insanı oyadacaq, onu ciddi şəkildə düşünməyə vadar edəcək şəkildə danışmaq istəyirik.
2023-01-28 23:15:00
Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həmin ayaqqabıları geyinən xanımlarda özünə inam hissi daha yüksək olur.
2023-01-28 23:10:00
İnsanın sahibi olduğu sifətlər həyatında iki formada əks olunur. Bəziləri sadəcə insanın şəxsi həyatına, bir başqaları isə şəxsi həyatından əlavə ətrafındakılarla münasibətinədə təsir bağışlayır.Bu sifətlərdən biri insanın doğru danışan və yalançılıqdan uzaq olmasıdır. Çünki bu sifət bizim insanlarla münasibətmizə, onlar tərəfindən necə qəbul olunmağmıza və hətta öz şəxsi həyatımıza müsbət və mənfi təsirləri vardır. Bu kiçik yazıda siz dəyərli oxuculara yalançılıq haqqında, onun səbəbi və təsirləri bağlı danışacayıq. Yalançılıq dedikdə insanın danışığında və davranışında həqiqəti olduğu kimi deyil, hansısa həqiqətdən uzaq olanları həqiqət və doğru kimi qələmə vermək başa düşülür. İnsanın həqiqəti gizlədib yalan danışmağının əsas səbəblərindən biri özünə olan inamsızlığıdır. Öz gücünə, nələrəsə qadir olmağmıza olan inamsızlığmız, bizi həyatın hər bir sahəsində uğursuzluğa sürükləyən əsas amildir. Bir çox insanlar həqiqətdən qorxurlar. Buna səbəb onların özlərinə olan inamsızlığı, qorxu hissidir. Onlar daima özlərinin çatışmayan cəhətlərini düzəltmək əvəzinə, yalanlarla gizlətməyə üstünlük veirlər. İnamsızlığı aradan qaldırmağın ən gözəl yollarından biri, insan özünün nələrə qadir olduğunu kəşf edərək bunlara dəyər verməsidir. Bir başqa səbəb insan etdiyi səhvlər və uğursuz addımlarıdır. Bir çox hallarda insanlar öz uğursuz və səhv addımlarını gizlətmək məqsədiylə yalan danışırlar. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər edilən səhv üçün danışılan yalançılıq yeni bir səhvin başlanğıcıdır. Səhvlərə həll yolu tapmaq əvəzinə onları gizlətmək yaranan problemdən çıxış yolu deyil, əksinə nəvaxtsa səhvi gizlətdiyin bilinsə həm insanın özündə ümidsizlik yaradacaq və həmçinin başqalarının onu lazımsız bir şəxsiyyət kimi dəyərləndirməsinə gətirib çıxaracaq. Məsələn ailə həyatında ailə üzvlərinin səhvlərə həll yolu tapmaq əvəzinə yalanlarla biri birindən gizlətməsi , yalanın üstü açılan zaman yaranacaq bir çox ailə problemlərinin əsas amilidir. Həmçinin başqaraıyla münasibətdə. Yalançılıqa səbəb olan bir başqa amil insanın savadsızlığı və cahilliyidir. Elm və savad bir çırağ kimi daima hər bir şeyin görünməyən tərəflərini bizlərə işiqlandırır. Savad və elmdən uzaq olan insan yalançılıqın nəticələrini heç vaxt nəzərə almır. Onun üçün əsas olan məsələnin görünən tərəfidirir. Yəni yalan danışaraq məqsədinə çatmaq. Amma o artıq yalançılıqın onun şəxsiyyətinə və ətrafındakılarla olan münasibətinə vuracaq ziyanlarından bixəbərdir. Buna səbəb onun yalançılıqın həqiqətinə və vuracağı ziyanlara qarşı olan savadsılığı və cahilliyidir. İnsanın imansızlığıda onun üçün yalançılıqı sadələşdirən bir başqa amildir. Yaranışın Xaliqinə imanı olan insan heç vaxt yalançılıqa addım atmaz . Çünki o bilir ki, həqiqəti məxluqdan gizlətsədə xaliqdən gizlədə bilməz. İmanlı insan üçün hər bir şeyin Xaliqə məlum olduğuna inanar və hər zaman bu inanca əsasən yaşayar. Amma yalançılıqında hər bir başqa bəyənilməmiş xüsusiyətlər kimi, insan həyatına mənfi təsirləri vardır. Ən pis nəticələrindən insanın etibarsız bir insan kimi tanınmasıdır. İnsanlar içində etibar qazanmaq onlarla quracağmız münasibətin səmərəli olması üçün çox mühüm amildir. İnsanlar içində etibar qazanmaq üçün, bəzən bir ömür belə kifayət etmir. Amma yalançılıq bir ömürlük etibarı yox edir. Yalan danışan insanın yalançılıqının üstü açılan zaman hətta öz ailəsi, dostları və yaxınları artıq o insana etibarsız və güvənilməz bir şəxsiyyət gözüylə baxarlar. Onun dediklərinin artıq onlar üçün əhəmiyyəti olmaz. Nəticədə artıq ətrafındakılar onun ətrafından uzaqlaşarlar ki, bu addımda bir çox psixoloji problemlərə səbəb olar. Yalançılıqın bir başqa nəticəsi insanın psixoloji sıxıntılar keçirməsidir. Yalançı insan yalanın üstü açılmaması səbəbiylə daima qorxu içində yaşayar. Onun qorxu içində yaşaması psixoloji sıxıntılara gətirib çıxarar. Psixoloji sıxıntı içində yaşayan insan heç vaxt sağlam münasibət qura bilməz. O daima hər bir kəsə və hər şeyə şübhəylə yanaşar. Bir başqa mənfi təsirlərdən insan üçün layiq olmayan xüsusiyətlərin yalançılıq vasitəsiylə adi bir hala çevrilməsidir. İnsanın bir neçə dəfə yalan danışması artıq yalançılıqı adət halına çevirər və onun şəxsiyyətini sual altına aparan bu sifəti gözündə sadələşdirər. Bir insan üçün şəxsiyyətini sual altına aparan hər hansı davranış, yaxud sifətin adiləşməsi, artıq onun üçün insanlığa layiq olmayan başqa məsələləridə adiləşdirir. Çalışıb həyatmızı yalandan uzaq pirinsiplər üzərində qurmalıyıq. Çünki adından başa düşüldüyü kimi, Yalanın əsası yoxdur.
2023-01-28 23:05:00
Son dönəm yayılan qripdən sonra orqanizm asan və qısa müddətə bərpa ola bilmir.