İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədi


Digərləri 28 Yan 2023 23:40:00 328 0

İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədi

İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədiVəhabi iradı: Zəhmət olmasa elimli şiələr bu suallara dəqiq cavab yazsın. 1. Ümmətin 1-ci İmamı Rasulullah ﷺ olduğu halda, niyə görə ilk İmam Əli radiAllahu anhudur? Deyirəm: Ümumiyyətlə bu sual çox cahilcəsinə verilmiş bir sualdır. İmam Əli (ə) Peyğəmbərdən (s) sonra ilk imamdır. Onun davamçısı və canişinidir. Necə ki, Buxari və Müslimdə Peyğəmbərdən (s) sabit olmuş bir hədisdə "özündən sonra" on iki xəlifə gələcəyini bəyan etmişdir. Bizdə etiqad edirik ki, ilk xəlifə və imam möminlərin əmiri Əli ibn Əbu Talibdir! Bu sualı verən şəxsə sualının nə qədər absurd olduğu bildirmək üçün bu sualı elə özünə yönləndirərək soruşa bilərik ki, bəs yaxşı siz ümmətin ilk imamı Allah Rəsulu (s) olduğu halda niyə görə Əbu Bəkri ilk imam kimi görürsünüz?! Vəhabi iradı: 2. Əlinin Fatimə anamızdan olan nigahından 2 oğlu olduğu halda, niyə görə İmamət böyük oglu Həsənlə deyil, kiçik oglu Hüseynlə davam edir? Bəyəm Həsən radiAllahu anhunun övladları əhli beytdən deyil? Və ya Həsənin övladları İmamlığa layiq olmayıblar? Deyirəm: Bu Allahın təqdiri və iradəsidir. Allahın hikməti barədə sorğu-sual olunmaz. Əslində bu sual niyə görə Yəqub Peyğəmbərin (ə) on oğlu olduğu halda yalnız Yusif (ə) risalətə layiq görülüb sualı kimi cahilcəsinə verilmiş bir sualdır. Bu beyinə məxsus insanlara bizdə sual verə bilərik ki, məgər Yəqub Peyğəmbərin (ə) övladları onun Əhli-Beyti deyildi? Və ya onlar risalətə layiq olmayıblar?! Vəhabi iradı: 3. Niyə görə Hüseyn radiAllahu anhunun ilk 3 zövcəsindən olan oglan övladları İmaməti davam etdirmir? Niyə görə İmamət Hüseynin 4-cü zövcəsi olan fars qızı o Şəhrabani anamızın oglu Zeynəlabidin ilə davam edir? Bəyəm Hüseynin ilk oglan övladları əhli beytdən deyildi? Deyirəm: Bu sual, ikinci punkda olan sual ilə eynidir və biz artıq bu sualı cavablamışıq. Amma bu sualın əsas məğzi farslara dayanır. Bu məqalənin sahibi elə təsərrüfat yaratmaq istəyir ki, guya şiələri farslar yaradıb. Ona görədə imamətin fars qızı o Şəhrabani xanımdan olan İmam Səccad (ə) ilə davam etdiyinə etiqad edirlər. Əgər həqiqətən belədirsə o zaman farslar ən üstün səhabə və imam kimi "ərəb" olan İmam Əlini (ə) yox "fars" olan Salman Farisini (r.a) qəbul etməli idilər. Ümumiyyətlə, İmamətin İmam Hüseyn (ə) soyundan davam etməsinin farsların farslığına nə kimi xeyri olub ki? Bununla farslar hansısa bir imtiyaz əldə etdilər? Allah istəyər peyğəmbəri ərəblərdən seçər, istəyər anası ərəb olan şəxsi peyğəmbər seçər. İstəyər imamı farslardan seçər, istəyər anası fars olan şəxsi imam seçər. Allah imaməti Hüseynin (ə) övladlarından davam etdirməməli, anası fars olan imam Səccadı (ə) imam təyin etməməli idi ki, birdən qərəzli müxaliflər ortaya belə bir şübhə atar?! Həqiqətən Şeyximiz bunu gözəl izah edir: Əgər imamların (ə) İmam Hüseynin (s) övladlarının soyundan gəldiyi məsələsini farslar özlərindən uydurmuşdularsa nəyə görə farsların böyük əksəriyyəti bu inancı yox sünniliyi seçmişdilər? Farsların böyük əksəriyyəti əsrlər boyu, Ömər ibn əl-Xəttabın İranı işğal etməsindən sonra təqribən 850 il sünni olublar. Ta ki, Şah İsmayıl Xətai bu torpaqlara həqiqi İslamı gətirənə qədər! Buna görə də: Birincisi: Nəyinki Həsəneynin (Həsənin və Hüseynin) (ə), heç ataları Əlinin də (ə) imamətinə inanmırdılar. Onu yalnız qeyri-məsum dördüncü xəlifə kimi qəbul edirdilər, o da seçki yoluyla. Düşmənləri haqqında da "Allah onlardan razı olsun!" deyirdilər. İkincisi: Həsəneynin (ə) də imamətini qəbul etmirdilər. Üçüncüsü: Hüseynin (ə) və övladları olan digər imamların (ə) da imamətini qəbul etmirdilər. Dördüncüsü: Heç bir imamın (ə) Allah tərəfindən seçildiyinə və məsum olduğuna inanmırdılar. Beşincisi: Ümumiyyətlə, bu ardıcıllığı qəbul etmirdilər. Altıncısı: Onlarda olan məşhur nəzərə görə axır-zamanda zühur edəcək Mehdi (ə) İmam Həsənin (ə) nəslindəndir və hələ doğulmamışdı, axır zamanda doğulacaqdı. Yeddincisi: Onlara görə Əbu Bəkr, Ömər, Osman Əlidən (s) və bütün imamlardan (s) üstün idi. Səkkizincisi: Onlara görə Müaviyyə belə Əlinin (ı) imam övladlarından (eləcə də imam olmayan övladlarından) üstün idi. Çünki, təbəqə etibarilə Müaviyyə "səhabə" idi. Ağıl nemətinə görə Allaha həmd olsun! Vəhabi iradı: 1. Şiələrin Abu Bəkr radiAllahu anhuya olan nifrətlərindən birinin də səbəbi guya ki, Fədək xurma bağlarının zornan Fatimə anamızın əlindən alınıb beytül mala qatılmasıdır. Bu uydurma fərziyəni danişan şiələrə sualım budur. •Bəs niyə Hz. Ali Abu Bəkrin zorla əldə etdiyi Fədək xurma bağlarını Öz xəlifəliyi dövründə varislik haqqı olan Həsən və Hüseynə qaytarmadı? Niyə Hz. Ali Allah Rasulunun əhli beytinin vərəsəlik haqqına girdi və Öz xəlifəliyi dövründə bu haqqları bərpa eləmədi? Deyirəm: Bu irada cavab olaraq bir neçə il öncə aşağıdakı videoçarxı hazırlamışdıq izləyə bilərsiniz:

"Hz.Əli (ə) Fədəyi niyə geri almadı?" Əhli-Xilafın ortaya atdığı şübhələrdən biridə "Əgər Fədək Hz.Fatimənin (ə) mülkü olub hökumət tərəfindən qəsb edilmişdirsə o zaman niyə Hz.Əli (ə) xəlifə olduğu zaman Fədəy'i geri amadı?" şübhəsidir. Biz İnşəAllah bu şübhəyə səhih hədislərlə cavab verəcəyik. Rəsimdə gördüyünüz Şeyx Səduq r.ə. 'nin "İləluş Şərai" adlı kitabıdır, işarələdiyimiz yerdə bu ifadələr var: حدثنا أحمد بن علي بن إبراهيم بن هاشم رحمه الله قال حدثنا أبي، عن أبيه إبراهيم بن هاشم، عن محمد بن أبي عمير، عن إبراهيم الكرخي قال: سألت أبا عبد الله " ع " فقلت له لأي علة ترك علي بن أبي طالب " ع " فدك لما ولى الناس فقال: للاقتداء برسول الله صلى الله عليه وآله لما فتح مكة وقد باععقيل بن أبي طالب داره فقيل له يا رسول الله ألا ترجع إلى دارك؟ فقالصلى الله عليه وآله وهل ترك عقيل لنا دارا إنا أهل بيت لا نسترجع شيئايؤخذ منا ظلما. فلذلك لم يسترجع فدك لما ولى Mənə Əhməd ibn Əli ibn İbrahim rəvayət etdi, dedi ki: atam mənə atası İbrahim ibn Haşim'dən, o Məhəmməd ibn Əbu Umeyr'dən, o da İbrahim əl-Kərhi'dən rəvayət etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s.) 'dan soruşdum və dedim ki : Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy'i geri almadı ? İmam ə.s. dedi ki: "o bu mövzuda Rəsulullah s.ə.ə. 'ə iqtida etmişdir. Rəsulullah s.ə.ə. Məkkə'ni Fəth etdiyi zaman Aqil ibn Əbu Talib onun evini satmışdı, deyildi ki: "ya Rəsulullah s.ə.ə. evinə dönməyəcəksən ?" Rəsulullah s.ə.ə. dedi ki: "Aqil bizə ev qoydu ki?" Biz Əhli Beyt bizdən zülm ilə alınanları geri almarıq, buna görə Əli ə.s. xəlifə olduğu zaman Fədəy'i almadı" حدثنا أحمد بن الحسن القطان، قال: حدثنا أحمد بن محمد بن سعيد الهمداني، قال: حدثنا علي بن الحسن بن علي بن فضال عن أبيه عن أبي الحسن الرضا عليه السلام قال: سألته عن أمير المؤمنين عليه السلام لم لم يسترجع فدك لما ولي أمر الناس؟ فقال: لأنا أهل بيت إذا ولينا الله عز وجل لا يأخذ لناحقوقنا ممن ظلمنا إلا هو ونحن أولياء المؤمنين إنما نحكم لهم ونأخذ لهم حقوقهم ممن يظلمهم ولا نأخذ لأنفسنا Mənə Əhməd ibn Həsən əl-Kəttan rəvayət etdi, dedi ki: Mənə Əhməd ibn Məhəmməd ibn Səid əl-Həmədani rəvayət etdi, dedi ki: Əli ibn Həsən ibn Əli ibn Fəzzəl mənə atasından rəvayət etdi, dedi ki: Əbul Həsən ər-Riza ə.s.'a dedim ki: "Möminlərin Əmiri (imam Əli ə.s.) millətin hakimi olduqdan sonra niyə Fədəy'i geri almadı ?" İmam ə.s. belə buyurdu: "Biz elə bir Əhli Beyt'ik ki, Allah Təala'nın özü bizi vəli qılmışdır və bizim haqqımızı da ondan başqası zalimlərdən ala bilməz. Bizlər də, möminlərin vəlisiyik. Onlar üçün hökm edən və onların haqlarını zalimlərdən alanıq; amma öz haqqımızı zalimlərdən almarıq." Şeyx Səduq r.ə, "İləluş Şərai", 1/155, 124-cü bab, hədis 2-3

Hər iki hədisin sənədində yer alan ravilər siqa (güvəniən) və isnadları müttəsildir. İlk hədis səhih, ikinci hədis isə sənədində yer alan Əhməd ibn Məhəmməd ibn Səid əl-Həmədani və Əli ibn Həsən ibn Əli əl-Fəddal səbəbindən müvəssəqdir. Çünki Əhməd ibn Məhəmmdə ibn Səid əl-Həmədani zeydi, Əli ibn Həsən ibn Əli əl-Fəddal isə fətəhi məzhəbinə mənsub amma siqa (güvənilən)ravilərdir. Əhli-Xilaf bu hədisi şiə mənbəsində gəldiyi üçün qəbul etməyə bilər. Amma hədisin özünü Buxari və Müslim ittifaqla, həmçinin Sünən müəllifləri olan İbn Macə, Əbu Davud və s, öz kitablarında rəvayət etmişlər. Rəvayət edilir ki, Üsamə ibn Zeyd (radıyallahu anhu) demişdir: "Ya Rəsulullah, harada qala­caqsan? Məkkədə öz evindəmi (qalacaqsan)?" Peyğəmbər rbuyurdu: "Məgər Əqil bir ev qoyub ki, (orada qalım)?!" Əqil və (qardaşı) Talib Əbu Talibin mirasını (özlərinə) götürmüşdülər. Cə­fər və Əli müsəlman olduqları üçün mirasdan onlara heç bir şey veril­məmişdi. Əqil və Talib kafir idilər.(Buxari 1588, Muslim 3360, 1351/439) Kamal Hüseyn, "Buxari və Muslimin ittifaq etdiyi hədislər", səh 361-362, hədis 857 Əlixan Musayev "Səhih Buxari Müxtəsəri", Həcc kitabı, 25-ci fəsil, hədis 802 Rafael Heydərov, "Səhih-Müslim", Həcc kitabı, 41-ci fəsil, hədis 54 Rafael Heydərov, "Səhih Sünən Əbu Davud", Həcc kitabı, 80-ci fəsil, hədis 247 Məqalələrimizdən anında xəbərdar olmaq və bizə dəstək olmaq üçün Telegram kanalımıza abunə ola bilərsiniz.

Vəhabi iradı: Şiələrin Osman radiAllahu anhuya olan nifrətlərinin əsas səbəblərindən biri də, guya ki Osmanın Quranı təhrif etməsidir. •Belə ki, şiələrin alimləri icma ilə deyirlər ki, Osman Öz xəlifəliyi dövründə 15 mindən çox ayəsi olan Müqəddəs Kitabı təhrif edərək mövcüd olan Quranı tərtib etmişdir. Deyirəm: Bu elə əzəmətli bir yalandır ki, adamın əlləri üzündə qalır. İftira atmaq Allahdan qorxmayanların və batil əqidə mənsublarının rəmzidir! Bu məqalənin sahibinə səslənirəm! On iki imam şiələrin icma ilə bütün alimlərinin Quranın təhrif olunmasına dair rəyini gətirməyənə yerin göyün lənəti olsun! Vəhabi iradı: Bu halda çox maraqlı sual ortaya çıxır. Bəs niyə Hz. Ali radiAllahu anhu, Quranı əzbər bildiyi halda, Allahın Aslanı ola ola, Öz xəlifəliyi dövründə Allahın dinini təhrif elədi və həmən ayələri, Allahın haqq kəlamlarını Kitaba daxil etmədi? Yəni təhrif olunmuş kitabı yerinə qaytarmadı? Qeyd: Bəzi şiələr iddia edirlər ki, Quranın təhrif olunma məsələsini heç bir şiə alimi deməyib Məhşur şiə alimi və şiəlikdə ən çox hədis toplamış alim Yaqub əl Kuleyni özünün Hədis adlanan kitabında bu barədə bir neçə hədislə çıxış etmiş və hədislərin mutəvatir olduğunu təsdiqləmişdir. Deyirəm: Bu sual yuxarı qeyd olunan sual əsasında yaradılan sualdır. Həmin qeyd olunan sualın içində olan irad şiəliyə atılmış iftiradır və heç bir əsası yoxdur! Quranın təhrifi barədə şiə alimləri ümümi görüşü budur ki, Peyğəmbərin (s) təbliğ etdiyi Quran elə əlimizdə olan Qurandır və təhrif edilməmişdir. Bir iki şiə aliminin Quranın təhrif olunduğunu deməsini fərz etsək belə, bu ümumi görüşü təmsil etmir və ümumi görüşə müxalif olduğu üçün qəbul edilmir. Siz bizim kitablarımızdan dəlil gətirməzdən əvvəl, başda Buxari və Müslim olmaqda Quranın təhrifini bəyan edən hədislərinizi izah edin. Evi şüşədən olan insan başqasının pəncərəsinə daş atmaz!

2023cü ildə qıt olacaq dərmanlar like
  • 28 Yan 23:35  
Digərləri 2023cü ildə qıt olacaq dərmanlar

Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 v

arrow Ətraflı
Köp yaradan qidalar hansılardır? like
  • 28 Yan 23:30  
Digərləri Köp yaradan qidalar hansılardır?

İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər,

arrow Ətraflı
Xəzər dənizinin sahillərində yenidən like
  • 28 Yan 23:27  
Dünya Xəzər dənizinin sahillərində yenidən

Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən

arrow Ətraflı
Şirniyyat yemək depressiyanı artırır – like
  • 28 Yan 23:25  
Digərləri Şirniyyat yemək depressiyanı artırır –

Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlay�

arrow Ətraflı
Gəncədə zəlzələ olub like
  • 28 Yan 23:23  
Digərləri Gəncədə zəlzələ olub

Gəncə şəhərində zəlzələ olub.

arrow Ətraflı
Naxçıvanda avtomobil velosipedçini like
  • 28 Yan 23:21  
Digərləri Naxçıvanda avtomobil velosipedçini

Naxçıvan şəhərində avtomobil velosipedçini vurub.

arrow Ətraflı
Ölümə fəlsəfi baxış like
  • 28 Yan 23:20  
Digərləri Ölümə fəlsəfi baxış

"Ölüm"ü hamı başa düşür: Biz bu kiçik yazıda, oxucularla, &q

arrow Ətraflı
Hündürdaban ayaqqabıların qadın orqanizminə like
  • 28 Yan 23:15  
Digərləri Hündürdaban ayaqqabıların qadın orqanizminə

Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həm

arrow Ətraflı
Öz gücünə, nələrəsə qadir olmağmıza olan inamsızlığmız... like
  • 28 Yan 23:10  
Digərləri Öz gücünə, nələrəsə qadir olmağmıza olan inamsızlığmız...

İnsanın sahibi olduğu sifətlər həyatında iki formada əks olunur. Bəzil�

arrow Ətraflı
Bu qriplərdən sonra bədən 46 aya bərpa olur – like
  • 28 Yan 23:05  
Digərləri Bu qriplərdən sonra bədən 46 aya bərpa olur –

Son dönəm yayılan qripdən sonra orqanizm asan və qısa müddətə bərpa ol

arrow Ətraflı
Yeni doğulan oğluna otaq hazırlamaq üçün like
  • 28 Yan 23:02  
Şou-biznes Yeni doğulan oğluna otaq hazırlamaq üçün

Xəbər verdiyimiz kimi, "Hilton" hotellər şəbəkəsinin varisi, m�

arrow Ətraflı
Hər səhər yeməyiniz zamanı yeyin... like
  • 28 Yan 23:01  
Digərləri Hər səhər yeməyiniz zamanı yeyin...

Səhər yeməyi orqanizm üçün ən vacib sayılan qida hesab edilir. Biz orqan

arrow Ətraflı
Ukraynalı sənətçilərə Anna Netrebko ilə bağlı like
  • 28 Yan 22:59  
Şou-biznes Ukraynalı sənətçilərə Anna Netrebko ilə bağlı

Ukraynalı musiqiçilərə, aktyorlara Almaniyada keçiriləcək festivalda Rusi

arrow Ətraflı
"Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi" like
  • 28 Yan 22:57  
Şou-biznes "Zeynəb Xanlarovadan sonra bunu Aygün Kazımova etdi"

"Aygün Kazımova illərin sınağından keçmiş dostumdur. Onun illər ə

arrow Ətraflı