Ukraynalı sənətçilərə Anna Netrebko ilə bağlı
Şou-biznes 28 Yan 2023 22:59:00 389 0
Ukraynalı musiqiçilərə, aktyorlara Almaniyada keçiriləcək festivalda Rusiyanın Xalq artisti Anna Netrebko ilə birlikdə çıxış etmək qadağan olunub.
Bu xəbəri də oxu: Əfsanəvi aktyorla bağlı heyrətamiz fakt
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Frankfurter Allgemeine Zeitung" nəşri məlumat yayıb. Bildirilib ki, bunu Ukraynanın Hessedəki baş konsulu Vadim Kostyuk deyib. Belə ki, ukraynalı sənətçilərə Anna ilə bağlı qoyulan qadağa Visbadendə keçiriləcək Beynəlxalq May Festivalını əhatə edəcək.
Bildirilib ki, Ukrayna tərəfi rusiyalı opera müğənnisinin Almaniyadakı çıxışının ləğv edilməsini istəsə də, təşkilatçılar bundan imtina ediblər. Kostyuk bundan sonra açıqlama verərək vurğulayıb ki, ukraynalı sənətçilər Visbadendə çıxış edə bilməyəcəklər və bu, onlara qadağandır. Baş konsulun sözlərinə görə, qadağa Netrebkonun Ukraynanın sanksiya siyahısında olması ilə bağlıdır.
Qeyd edək ki, Anna Azərbaycanın Xalq artisti Yusif Eyvazovla ailəlidir. Ötən ilin fevralından Ukraynaya qarşı aparılan müharibə fonunda Rusiyanı dəstəkləyən ifaçı, sanksiyalardan sonra geri addım atmışdı. Buna baxmayaraq onunla bağlı qadağalar hələ də qüvvədə qalır.
"Aygün Kazımova illərin sınağından keçmiş dostumdur. Onun illər ə
90-ların seks simvolu Pamela Andersonun keçmiş həyat yoldaşından ona 10 mi
İmam Cəfəri Sadiq (ə) bir rəvayətdə ibadət edənlərin, Allaha nə üç�
Fiziki, emosional, kimyəvi və zehni səbəblərdən yaranan stres, bu gün bir
Səmavi dinlərdə Məhəmməd peyğəmbər (s)Müqəddəs İslam dininin elçis
Qərbi Azərbaycana Qayıdış böyük bir prosesdir. Buna beynəlxalq zəmanət
Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi
Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin
"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun
Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrıla
Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telef
Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prez