“Qərbi Azərbaycana qayıdış könüllü olacaq”
Siyasət 28 Yan 2023 22:38:00 307 0
Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Ramil Həsənin APA-ya müsahibəsi
Bu xəbəri də oxu: Prezident İlham Əliyevə başsağlığı məktubları gəlməkdə davam edir
- Ramil müəllim, öncəliklə Qərbi Azərbaycana Qayıdış Konsepsiyanın təsdiq edilməsi münasibətilə sizi təbrik edirəm. Söhbətimizə də elə buradan başlayaq: Qayıdış Konsepsiyası nə vəd edir?
- Çox təşəkkür edirəm. Mən də hər birimizi təbrik edirəm.
Bildiyiniz kimi, cənab Prezidentin Qərbi Azərbaycan İcmasının binasının açılış mərasimindəki tarixi nitqindən sonra bir aydan çox müddətdir ki, biz Qayıdış Konsepsiyasının hazırlanması ilə bağlı mütəxəssislərə və Azərbaycan ictimaiyyətinə müraciət edərək və verilən təklifləri dəyərləndirərək ortaq müzakirələr əsasında Qayıdış Konsepsiyasını hazırlamışıq. Təhlükəsiz formada qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı ilə bağlı bütün prosedurları hüquqi cəhətdən özündə ehtiva edən bu konsepsiya yeddi istiqamətli hədəflərdən ibarətdir. Konsepsiyanın hazırlanmasında əsas məqsədlərdən biri beynəlxalq təhlükəsizliyin təmin edilməsidir. Bilirsiniz, qərbi azərbaycanlılar 1905-1906, 1918-1923, 1948-1953 və nəhayət, 1988-1991-ci illərdə öz yurdlarından qovulublar. Konsepsiya bu proseslər nəticəsində yurd-yuvalarından qovulmuş azərbaycanlıların və onların hüquqi varislərinin geri qayıtmasının təmin edilməsi, onların təhlükəsiz şəkildə yaşayışının təmin edilməsi, eyni zamanda, lazım olan iqtisadi-sosial təminatlarının həyata keçirilməsi, həmçinin Ermənistan hökumətindən tələb etmiş olduğumuz haqlı tələblərimizin yerinə yetirilməsi ilə bağlı beynəlxalq zəmanətin alına bilməsi ilə əlaqədar müddəaları özündə ehtiva edir.
- Qayıdış Konsepsiyası beynəlxalq hüquqdakı hansı qanunları əsas götürür?
- Beynəlxalq Qaçqınlar Konvensiyasında yer alan qaçqınların geri qayıdışına dair müddəalar, Mülki və Siyasi Hüququn Təminatı ilə bağlı Beynəlxalq Pakt, BMT-nin qəbul etmiş olduğu İnsan Hüquqları ilə bağlı Beynəlxalq Konvensiya, eyni zamanda, digər bu kimi insan hüquqları və azadlıqları, sərbəst və azad yaşayışın təminatı, həmçinin qaçqınların öz evlərinə qayıdışını təmin edən sənədlər burada əsas götürülüb.
- Ramil müəllim, illər boyu düşmənçilik şəraitində yaşamış iki xalqın - söhbət azərbaycanlılarla ermənilərdən gedir - birgə yaşayışı ilə bağlı müəyyən problemlər çıxa bilər, bu, aydındır. Bununla bağlı nə düşünürsünüz?
- Haqlısınız. Düzü, birinci mərhələdə Ermənistan hökumətinə güvənmirik. Bu baxımdan, prosesin yekunlaşacağı dövrə qədər icma hüquqi varis olduğu üçün qayıdış həyata keçirildiyi müddətdə, həm də qayıdış həyata keçirildikdən sonra belə Ermənistan hökuməti, beynəlxalq təşkilatlar, eyni zamanda, bizə qucaq açan Ana Vətənimiz olan Azərbaycan hökuməti və digər strukturlar qarşısında rəsmi, hüquqi zəmanətimizin təmsilçisi olaraq, Qərbi Azərbaycan İcması öz fəaliyyətini davam etdirəcək. Yəni hər hansısa bir problem olacağı təqdirdə, icma rəsmi və hüquqi təmsilçilik missiyasını yerinə yetirəcək.
Biz tarixi ata-baba torpaqlarımızda bilavasitə reinteqrasiyanın, reabilitasiyanın tərkib hissəsi olacağıqsa, həm Ermənistan hökuməti BMT tərəfindən və BMT-yə üzv olan bütün dövlətlər tərəfindən tanınan öhdəlikləri, eyni zamanda, milli azlıqlarla bağlı üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsi ilə bağlı məsuliyyət daşımaqdadır. Bu məsuliyyəti dərk edib həyata keçirməsindən ötrü Qərbi Azərbaycan İcması qərbi azərbaycanlıların hüquqlarını və müdafiəsini qoruyan rəsmi bir struktur kimi çalışma planını özünə hədəf seçib.
- Aydındır. Konsepsiyada Beynəlxalq Təhlükəsizlik missiyası öz əksini tapıb. Ümumiyyətlə, bu anlayış barədə danışmağınızı istəyirəm.
- Burada beynəlxalq qüvvələrdən ibarət olan missiyanın qərbi azərbaycanlıların qayıdacağı ərazilərə öncədən yerləşdirilməsi və reinteqrasiya prosesi başa çatana qədər, xalqların bir-biri ilə normal qonşuluq münasibətində yaşaması prosesi baş tutana qədər o missiyanın özfəaliyyətinin davam etdirilməsi nəzərdə tutulur. Biz bu prosesdə Azərbaycan hökuməti və onun müvafiq qurumları ilə daimi məsləhətləşmələr aparırıq, köməyindən və dəstəyindən beynəlxalq təhlükəsizlik missiyasının formalaşması, eyni zamanda, vurulmuş maddi-mənəvi zərərin Ermənistan tərəfindən ödənilməsi ilə bağlı qarşıya çıxa biləcək bütün proseslərin beynəlxalq məhkəmələr qarşısında qaldırılması və Ermənistan hökumətindən tələb olunması ilə bağlı Qərbi Azərbaycan İcmasının qaldıracağı məsələlərin də hökumət və dövlət strukturu kimi Azərbaycan tərəfindən xahiş edəcəyik. Çünki bu məsələdə daim Azərbaycan hökumətinin dəstəyinə inamımızı ifadə edirik. Əminəm ki, qayıdış planımız normallaşma prosesini də özündə ehtiva edəcək. Düşünürəm ki, Ermənistan tərəfi bizim qayıdışımızın təminatını həyata keçirməklə bağlı öz məsuliyyətini dərk etməklə bərabər, həmçinin sərbəst şəkildə ana dilində təhsil, məhkəmə orqanlarında və icra strukturlarında Azərbaycan dilində öz fikirlərini, problemlərini ifadə eləməklə bağlı məsələlər də Ermənistan tərəfindən də təmin olunmalıdır.
- Ramil müəllim, qayıdışın neçə mərhələdən ibarət olması nəzərdə tutulub?
- Bu, bir neçə mərhələdən ibarət olacaq. Bu mərhələlərdən birincisi, sənədlər paketinin Azərbaycan ictimaiyyətinə və dünya ictimaiyyətinə təqdim edilməsidir. İkincisi, Ermənistan Respublikası və BMT-nin Qaçqınlar Ali Komissarlığı ilə birlikdə digər mərhələlərin həllinə start verməkdir. Biz məhz BMT-nin Qaçqınlar Ali Komissarlığının sözügedən prosesdə vasitəçi olmasını istəyirik.
Onu da deyim ki, qayıdış könüllü formada həyata keçiriləcək, məcburi yox. Həmçinin artıq insanların siyahıya alınması da başlayıb. Yaxın gələcəkdə bununla bağlı elektron sistem də tətbiq edəcəyik. Çünki bilirsiniz, dünyanın bir çox ölkəsinə səpələnmiş və kökü qərbi azərbaycanlılara bağlı olan və öz torpağına qayıtmağa həvəsli olanlar üçün bu sistem əlverişli olacaq. Növbəti mərhələdə iqtisadi və sosial cəhətdən o insanların təmin edilməsi nəzərdə tutulub. Eyni zamanda, kompakt şəkildə yaşayışlarını təmin etmək əsas məqsədimizdir. Əvvəllər də azərbaycanlılar orada kompakt formada yaşayıblar. O prosesin təmin olunması da əsas məqsədimizdir. Bilirsiniz, Qərbi Azərbaycanda kəndlərin əksəriyyətində azərbaycanlılar kompakt formada yaşayıb. Çox az sayda kənd var ki, orada hər iki millətin nümayəndəsi birlikdə yaşayıb. Mən həmçinin oraya qayıdan soydaşlarımızın təhlükəsizlik zəmanətinin verilməsini də qeyd eləmək istəyirəm. Evlərinin təmiri, yaxud inşası, iş yerlərinin tikilməsi, işlə təmin olunması məsələsini də Ermənistan hökumətindən tələb etməkdəyik. Yəni bu özü də mərhələli formada həyata keçiriləcək müddəalardan biridir.
Bilirsiniz ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar prosesi gedir. Bəzən bu Ermənistan tərəfinin məsuliyyətsizliyinə görə, dalana dirənir, ləngiyir, amma Azərbaycan qayıdış prosesinin sülh yolu ilə əldə etmək istədiyini davamlı formada vurğulayır. Biz arzu edirik ki, yaxın gələcəkdə imzalanması gözlənilən böyük sülh sazişinə qərbi azərbaycanlıların yurdlarına qayıtmaları ilə bağlı müvafiq bir müddəa da salınsın.
"İrandakı səfirliyimizin əməkdaşı əliyalın şəkildə terrorçunun
Kürək, bel ağrılarının 80%-i əzələ sistemi spazmı, miaffasial ağrıla
Tibb elmləri namizədi, rusiyalı uroloq-androloq Sergey Fesenko cibdəki telef
Azərbaycan Prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar Prez
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentin
İranda həlak olmuş şəhidimiz Orxan Əsgərovun Azərbaycana gətirilməsi �
Pakistanın Kəraçi şəhərində son 2 həftədə tənəffüs çatışmazlığ
Yanvarın 28-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respu
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin hey
Vahabiyyət zahiri bir din və məzhəb kimi tanınan amma batini İslam birliyi
"Ey Əhməd! And olsun izzət və cəlalıma! Bəndəm dörd əməli mənə
Namazı gözəl şəkildə qılmaq və namazda yalnız Allahı düşünə bilmə
İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesini mü