Cənnət əhlinin xüsusiyyətləri
Digərləri 28 Yan 2023 21:55:00 119 0
"Ey Əhməd! And olsun izzət və cəlalıma! Bəndəm dörd əməli mənə görə etsə onu cənnətə daxil edəcəyəm: Dilini hifz edib yalnız lazım olan yerdə danışsın, qəlbini Şeytanın vəsvəsələrindən qorusun, hər yerdə Məni üstündə nazir bilsin. Oruc tutduğu zaman acılığı onun gözünün nuru olsun."
Bu xəbəri də oxu: Çəhrayı rəngli eynək taxmağın SƏBƏBİ
"Merac" hədisinin bu hissəsində kamala çatmaq üçün lazım olan dörd şərti Allah insanlara çatdırır və kim bunları özündə cəmləşdirə bilsə, onları Cənnətlə müjdələmişdir. Dörd şərtin ikisi insanın bədəniylə əlaqəlidir - dil və mədə. Digər ikisi də qəlb və insanın batini ilə əlaqədardır. Bunlardan biri mənfi, digəri də müsbətdir. Yəni, birincisi qəlbi şeytanın vəsvəsə və hiylələrindən qorumalı, ikincisi isə insan qəlbən davamlı şəkildə Allahı yanında hiss etməli, Onun bütün əməlləri gördüyü düşüncəsində olmalıdır. İlk iki şərt nisbətən asandır, amma son iki şərt həqiqətən çox çətindir, bunun üçün çox çalışmaq lazımdır. İmam Sadiq (ə) də Şeytanın insanda sevmədiyi xüsusiyyətlər barədə belə deyir: "İblis dedi: "Beş nəfs var ki, onlara qarşı heç bir çarəm yoxdur. Bunlar xalis niyyətlə Allaha sığınan və bütün işlərində Ona arxalanan, gecə-gündüz Allaha çox təsbih deyən, özü üçün bəyəndiyi şeyi mömin qardaşına da bəyənən, başına müsibət gələndə səbrsizlik etməyən, Allahın ona qismət etdiyinə razı olan və ruzi qəmi çəkməyənlərdir. Ancaq qalan bütün insanlar mənim ovcumun içindədir.""
Şeytanla mübarizənin yollarından biri də insanın dilinə hakim olması və qarnını çox yeməkdən qorumasıdır. Təbii ki şeytanın insanı öz tələsinə salması üçün müraciət etdiyi yollar yalnız bu ikisiylə məhdud deyil, onun hiylələri çox çoxdur, amma ən əhəmiyyətli və müvəffəq olduğu üsul bu ikisidir. Çünki əgər insan mədəyə düşkün olmazsa, şəhvətinin qarşısını ala bilər, dili ilə çox danışmağın qarşısını ala bilsə, gözünü və qulağını da idarə edə bilər.
İnsandakı şüurun, anlama qabiliyyətinin və qəlbdəki rahatlıq və aramlığın itməsinin ən böyük səbəbi çox yeməkdir. Qarnını doldurmuş şəxs, fikirlərini cəmləyib dərs oxuya bilməz, namazda zehnini yalnız Allaha yönəldə bilməz və buna bənzər diqqət istəyən işləri düzgün bir şəkildə icra etməkdən məhrum olar.
Namazı gözəl şəkildə qılmaq və namazda yalnız Allahı düşünə bilmə

İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük prosesini mü

"Almaniyanın Ukraynaya tanklar göndərməsi almanları münaqişədə bir

Yerusəlimdə arxeoloji abidəyə hücum nəticəsində iki nəfər yaralanıb.

İslamın gəlişi ilə yüksək səviyyədə inkişaf etmiş elm sahələrində

Həkim Aleksandr Myasnikov hava damcı yolu ilə keçən qızılca xəstəliyind

Təhlükəli alkaloid kartofu zəhərləyən maddədir. Bu maddə insan orqanizm

Sauna, isti hamam, isti vanna qəbul etmək kimi vərdiş kişi fertilliyinə, c

Afinada Xüsusi Əməliyyat Qüvvələri və Ordunun Xüsusi Təyinatlı Qüvvə

Xalq artisti Nazpəri Dostəliyevanın müğənni bacısı Zeynəb Dostəliyeva

Türkiyənin bir çox vilayətində vətəndaşların telefonlarına müxtəlif

Həm Nyuton, həm də Kvant fizikləri deyir ki, kiçik zərrəciklər, yəni mi

Azərbaycan Müdafiə Nazirliyinin polkovnik-leytenantı Samirə Kərimzadə NAT

"- Ey Əhməd! Cənnətdə əziz bəndələrim üçün ən ali cəvahiratda
