Allah dostlarının fərqliliyi
Digərləri 28 Yan 2023 20:55:00 277 0
"- Ey Əhməd! Cənnətdə əziz bəndələrim üçün ən ali cəvahiratdan qəsr hazırlamışam. Hər gün onlara yetmiş dəfə rəhmət nəzərimlə baxıb danışaram. Hər dəfə onlara baxanda onların mülkünü yetmiş dəfə artıracağam. Cənnət əhli Cənnətdəki nemətlərdən ləzzət alanda Mənim adımı və kəlamlarımı zikr etməklə ləzzət alacaqlar.
Bu xəbəri də oxu: Su belə içilməlidir Rus alimlər açıqladı
- İlahi! Onların əlamətləri nədir? - Onlar dünyada dillərini bihudə danışmaqdan və qarınlarını çox yeməkdən hifz edirlər. Ey Əhməd! Allahı sevmək kasıbları sevib onlarla dostluq etməkdir. Allahın dostluğunu qazanmış insanlar bu böyük məqama boş-boş danışmayaraq və lazım olduğundan çox yeməyərək çatıblar. Allahın xüsusi bəndələri, yalnız Allah rizası, bədənlərinin Allaha itaət edə bilməsi üçün qidalanırlar və lazım olan həddən artığından çəkinərlər."
Merac hədisinin bu hissəsində, ilk olaraq cənnətdəki saraylardan birinin xüsusiyyətləri izah edilir. Buradan anlaşılır ki, axirət nemətlərinin xüsusiyyətlərini əsla qavraya bilmərik. Cənnətdəki nemətləri və oradakı həyatı bizim ağılımız dərk edə bilməz, çünki bu dünyanın xüsusiyyətləri ilə axirətin xüsusiyyətləri çox fərqlidir, bu səbəbdən də oranın yaşayış formasını xəyalımızda canlandıra bilmərik. Ümumiyyətlə, bir şeyi tanıyıb, onun varlığının xüsusiyyətlərini biliriksə, bu beş duyğu orqanımız sayəsindədir, beş duyğu orqanın da bir şeyi tanıya bilməsi yalnız bu dünyadakı varlıqlar üçün etibarlıdır. Axirət aləmi bu dünyadan fərqli olduğu və beş duyğu orqanı da oranı qəbul edə bilmədiyi üçün, axirəti insan tam mənasıyla, bütün xüsusiyyətləri ilə anlaya bilməz, hətta xəyalda edə bilməz.
Ayə və hədislərin axirəti dünyadakı nemətlər şəklində izah etməsində məqsəd, oranı azca da olsa düşünüb, xəyal edə bilməyimiz üçündür. Yoxsa, insan bu maddi xüsusiyyətləri ilə axirət həyatını qətiyyən olduğu kimi anlaya bilməz.
Yuxarıdakı hədisdə, ağılımızın qavraya bilməyəcəyi gözəllikdə cənnət saraylarından biri tanıdılır bizə. O bir saraydır ki, zümrüd, inci və müxtəlif qiymətli daşlardan inşa edilib. Bəzi hədislərdə, cənnətdəki sarayların qızıldan, gümüşdən inşa edildiyi və başqa hədislərdə də sarayın içinin bayırdan görünəcək şəkildə tikildiyi bildirilir. Nəhayət cənnətdəki saraylar qiyamətə qədər dünyada inşa edilə bilməyəcək növdəndir. Oradakı ən pis ev, dünyadakı ən gözəl saraylardan min dəfələrlə daha mükəmməldir.
Cismani əməllərdən biri böyük günahları tərk etməkdir. İnsan böyük
Aparılan tədqiqatlara əsasən, gecə corabla yatmaq daha tez yuxuya getməyə
Tutaq ki, dünya dəyişib, ölüm ki dəyişməyib, ədəb-ərkan dəyişməyib
Diqqətsizlik, qarşılıqlı anlaşmazlıq, sevgi və hörmətin yoxa çıxmas�
Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyünd�
NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.
"Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həm
Türkiyənin Niğde vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsind
Mükəmməllik haqqında düşünün. Xəstəlik ahəngdar fikirləri olan insan
Naxçıvan Muxtar Respublikasında daha bir rəis təqaüdə göndərilib.
Nəyə görə qaranlıq şəraitdə televizor, telefonun mavi ekranına baxmaq o
İslam dini uşaqların tərbiyəsinə mühüm əhəmiyyət verir. Dinimiz tərb
Yüksək təzyiq, daha çox sinə, kürək, baş tərəflərdə tərləmə, tən