Kişilərin DİQQƏTİNƏ! Qadınların xəyanət etdiyini göstərən
Digərləri 28 Yan 2023 20:32:00 324 0
Diqqətsizlik, qarşılıqlı anlaşmazlıq, sevgi və hörmətin yoxa çıxması cütlükləri xəyanətə aparan səbəblərdəndir. Xəyanət deyərkən ən çox kişilər ağıla gəlsə də, bu yola baş vuran qadınlar da az deyil. Cinsindən asılı olmayaraq xəyanət edən insanlar gec-tez, istəməsələr belə bunu biruzə verirlər. Qarşı tərəfin xəyanət edib-etmədiyini bilmək üçün onun hərəkət və davranışlarına diqqət etmək yetərlidir.
Bu xəbəri də oxu: Psixiatr "qəfil ölüm səbəbi" dedi: Məlum oldu ki, ən şirin zəhərdir
Son.az buta.tv-yə istinadən xəyanət edən qadınların 9 əlamətini təqdim edir.
Münasibətlərdə HÖRMƏT, SEVGİ VƏ YAXINLIĞIN AZALMASI
Sizinlə heç bir şeylə bağlı ünsiyyət qurmur, dərdlərini bölüşmürsə, siz ünsiyyət qurmağa çalışdıqda hər vasitə ilə danışıqlardan yayınırsa, bu, onu göstərir ki, artıq siz ona maraqlı gəlmirsiniz. Sizə qarşı soyuq davranır, yaxınlıq etməkdən, toxunmaqdan qaçırsa, şübhələnməyə əsas vardır. Çünki o həm əqli, həm də emosional olaraq sizdən uzaqlaşıb...
SİRLİ HALLAR və HƏRƏKƏTLƏR
Həyatınızdakı qadın gün ərzində rastlaşdığı, başına gələn hadisələri sizinlə bölüşmürsə, dərdini, onu narahat edən məsələləri sizə danışmırsa, bu, artıq həyəcan siqnalıdır. Sizinlə danışarkən gözlərini qaçırır, üzünüzə baxmırsa, özünü günahkar hiss edir deməkdir. Lakin xəyanət ehtimalını ağıla gətirməzdən öncə problemi olub-olmadığını ciddi cəhdlə maraqlanmalısınız. Problemlərinin olması da bir ehtimaldır. Lakin sonra bu cür sirli davranışlar üçün heç bir əsas olmadığı qənaətinə gəlmisinizsə, xəyanət artıq ehtimal yox, reallıqdır...
GÖRÜNÜŞ VƏ DAVRANIŞININ DƏYİŞMƏSİ
Birdən-birə xarici görünüşünə daha çox diqqət yetirməyə başlayır, geyiminə daha çox fikir verir. Sizin sevmədiyiniz geyim tərzinə üstünlük verir, gözəllik salonlarına, fitnesə daha tez-tez gedir.
AİLƏYƏ QARŞI VECSİZLİK
İşdən gələndə sizi qarşılamır, sizi görəndə xoş davranmırsa, nəsə yolunda getmir, deməkdir.Əgər xanımınız və ya sevdiyiniz qadın birdən-birə harasa getmək istədiyini deyir və buna görə də müxtəlif bəhanələr uydurursa, təklif etdiyinizdə sizinlə getməyi qətiyyətlə rədd edirsə, bu, çox ciddi problemdir. Həmin an ona suallar verin, sizin onunla getmək istəyinizdən narahat olub-olmadığını müşahidə edin.
AZ MÜZAKİRƏ VƏ DAVALAR
Etdiyiniz heç bir şey onu narahat etmir. Əvəlkindən fərqli olaraq sizin dostlarınızla tez-tez görüşməyinizə, içki məclislərinizə qarışmır. Evə gec gəlməyiniz onun maraqlandırmır. Deməli, bir müddətdir nələrsə ciddi olaraq dəyişib və siz bunun fərqinə varmamısınız.
GİZLİ TELEFON DANIŞIQLARI APARIR VƏ İNTERNETDƏ DAHA ÇOX VAXT KEÇİRİRSƏ
Həyatınızdakı xanım işi, ailəsi və dostları ilə bağlı olmadığı halda internetdə çox vaxt keçirir, telefonla çox və gizli, pıçıltı ilə danışırsa, sizi görən kimi telefonu bağlayırsa, şübhələnə bilərsiniz.
Bu zaman onu izləyin. Sizdən gizli aldığı ikinci telefonu və ya nömrəsi ola bilər. Şübhələrinizin əsaslı olduğuna inanırsınızsa, onu sorğu-suala tutun, haqsız olduğu halda təkidlə sizi günahkar çıxarırsa, artıq ciddi qərar verməyinizin vaxtı çatmışdır.
EVƏ GEC GƏLİRSƏ
Əvvəlkindən fərqli olaraq evə davamlı olaraq gec gəlir. Səbəbi soruşanda isə bunu ofisdə işinin çox olması ilə əlaqələndirir. Yaxud,mağazaya getmək adı ilə evdən çıxıb çox gec qayıdır.
SİZİ TAMAMƏN SƏRBƏST BURAXIBSA
Qadınlar həyatlarındakı kişilərin tək səyahət etməsinə, evli olmayan dostları ilə qadınların çox olduğu məkanlara getməsinə hər zaman qarşıdırlar. Lakin artıq bu məsələlərlə bağlı problem yaşamırsınızsa, xanımınız və ya sevgiliniz sizi tamamilə sərbəst buraxıbsa, sizin "kitabınızı bağlayıb" deməkdir.
DUYĞU BAXIMINDAN XƏYANƏT
Həyatlarındakı kişidən diqqət, qayğı, sevgi, hörmət görməyən qadınlar, ətrafdakı və ya iş yerindəki biri ilə duyğu və mənəvi baxımdan yaxınlıq qurmuş ola bilər. Onlar həmin şəxsləri dost, sirdaş biri kimi görürlər, aralarında cinsi münasibət yoxdur. Kişilər bu məsələdə xüsusi diqqətli olmalıdır. Çünki həmin qadınlar həyatlarındakı əks cinsin diqqətini çəkmək istəyib bacarmadıqda bir müddət sonra mübahisələr zamanı ətrafdan və ya iş yerindən birini misal gətirərək onun anlayışlı, yaxşı insan olduğunu söyləyirlər. Bu da onu göstərir ki, qadın artıq diqqət, anlayış ehtiyacını sizinlə deyil, başqa kişi ilə kompensasiya edir.
Ultrabənövşəyi şüaların təsiri altında insan orqanizmində özlüyünd�
NATO Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumu pisləyib.
"Azərbaycanın Tehrandakı səfirliyinə qorxaqcasına hücuma görə həm
Türkiyənin Niğde vilayətində mikroavtobusun qəzaya uğraması nəticəsind
Mükəmməllik haqqında düşünün. Xəstəlik ahəngdar fikirləri olan insan
Naxçıvan Muxtar Respublikasında daha bir rəis təqaüdə göndərilib.
Nəyə görə qaranlıq şəraitdə televizor, telefonun mavi ekranına baxmaq o
İslam dini uşaqların tərbiyəsinə mühüm əhəmiyyət verir. Dinimiz tərb
Yüksək təzyiq, daha çox sinə, kürək, baş tərəflərdə tərləmə, tən
Yumurta ən qiymətli qida vasitələrindən biri sayılır. Onun tərkibi dəmi
Bolqarıstan Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qınayıb.
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı #iranianterror