Bəs siz hansı dəstədənsiniz?
Digərləri 28 Yan 2023 23:55:00 346 0
İmam Sadiqdən (ə) nəql olunmuş bir rəvayətdə ibadət edənlər üç dəstəyə bölünür: Bir dəstə Allaha qorxudan ibadət edər, bu, qulların ibadətidir; Bir dəstə Allah-təalaya savab üçün ibadət edər, bu, muzd alanların ibadətidir; Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu da azad insanların ibadəti və ən üstün ibadətdir. (Əl-Kafi)
Bəli, Allaha cəhənnəm qorxusundan ibadət edənlər şallaq qorxusundan sahibinə itaət edən qula bənzəyirlər. Mükafat məqsədi ilə ibadət edənlər isə daim qazanc güdən tacirlərə oxşayırlar. İmam Sadiq (ə) əvvəlki iki dəstənin ibadəti haqqında danışdıqdan sonra buyurur: ``Amma mən Allaha məhəbbət səbəbindən ibadət edirəm.``
Qeyd etməliyik ki, Allaha əzab qorxusundan və ya behişt tamahından ibadət etmək pis iş deyil. Qurani-Kərimdə İlahi əzabdan qorxaraq təqva yolunu seçənlər haqqında təriflər söylənilir. Əlbəttə ki, bu insanlar Allaha məhəbbət səbəbindən ibadət edənlərlə müqayisədə aşağı mərtəbədə dayanırlar. Amma onlar da Axirətə imanlıdırlar. Qış üçün yanacaq, isti paltar hazırlayan insan soyuqların düşəcəyinə əmindir. Behişt və cəhənnəmin mövcudluğuna inanan insan da hökmən bir hazırlıq görər. Əgər bir şəxs cəhənnəm əzabına və ya behişt nemətlərinə görə ibadət edirsə demək, onda axirət həyatına heç bir şübhə yoxdur. Əslində axirət həyatı üçün heç bir hazırlıq görməyənlər məzəmmət olunmalıdır. Qurani-Kərimdə axirət əzabından qorxanların dilindən deyilir: ``Biz Allahın qəhrindən, insanların rəngini dəyişəcək, onları qəmləndirəcək günün çətinliyindən qorxuruq``.
Əlbəttə ki, ən üstün ibadət Allahı ibadətə layiq bilib, Ona pərəstiş edənlərin ibadətidir. Belə insanlar üçün Allahın razılığı behişt nemətlərindən çox-çox üstündür. Kimlərinsə Allahla bir anlıq görüşü min illər behişt nemətlərindən faydalanmaqdan üstün tutmasını təsəvvür etmək bizlər üçün çətindir.
İlahi maariflə tanış olmayan bəzi insanlar öz yazılarında və danışıqlarında cəhənnəm əzabından qorxunu və ya behişt nemətlərinə həvəsi alçaq iş sayır, eqoistlik təzahürü kimi qiymətləndirirlər. Onlar deyirlər ki, həqiqi insan mənəvi dəyərlər ardınca getməli və rahatlığa qul olmamaladır. Bu sözlərdə həqiqət var. Amma axirət inancına malik insanlar haqqında belə danışmaq mümkün deyil. Sözsüz ki, Allahın razılığını axirət nemətlərindən üstün tutmaq ali bir keyfiyyətdir. Amma behişt nemətlərinə görə və ya cəhənnəm əzabından qorxaraq ibadət edilməsi pisdir deyə, axirətə etinasız yanaşmaq, daim dünya ləzzətləri ardınca qaçmaq olduqca əsassız bir düşüncədir. Cəhənnəm qorxusunu və behişt tamahını bəyənməyən insan daha üstün məqama çatdıqda haqlı sayıla bilər. Amma Allah qanunlarını ayaq altına atıb, hansısa işrət məclisində axirətə inanan möminləri qınamaq etiqadsızlıqdan başqa bir şey deyil.
Bu sayaq məsuliyyətsiz söz danışanlar əslində azadələrin bəndəliyinin nə olduğundan xəbərsizdirlər. Onlar bilmirlər ki, Həzrət Əli (ə) və sair övliyalar behişt nemətinə və cəhənnəm əzabına zərrəcə şübhə etmirdilər. Bu insanlar sadacə, Allahın razılığını daha üstün tuturdular. Həzrət Əli (ə) Allah-Təalaya belə ərz edir: ``Pərvərdigara, tutaq ki, Sənin əzabına dözdüm, bəs ayrılığına necə səbr edim?`` (Nəhcül-Bəlağə)
Bəli, Allahdan ayrılığın acısını dərk edən insan üçün cəhənnəm əzabı əhəmiyyətsizdir. Onları behiştdə hurul-eynlə olmaq yox, Allahın razılığını qazanmaq maraqlandırır. Əlbəttə ki, bizlər Allahın mərhəmətindən məyus olmamalıyıq. Allah günahdan uzaq olmaq istəyən və bu yolda çalışan bəndələri nemətlərindən məhrum etmir.
Ruslar işğal altındakı Mariupolda (Donetsk vilayəti) helikoper bazası yara
Rusiya Avropa İttifaqının 200 müşahidəçisinin Ermənistanda yerləşdiril
Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
İslam dinində ən çox təkid olunan məsələlərdən biri duadır. Mövzumuz
Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısın
İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədiVəhabi iradı: Zəhm�
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 v
İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər,
Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən
Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlay�
Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir.
Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həm