Sərhəddə döyüş, Qarabağda əməliyyat...
Siyasət 28 Yan 2023 23:52:00 330 0
Rusiya Avropa İttifaqının 200 müşahidəçisinin Ermənistanda yerləşdirilməsi ilə bağlı İrəvana xəbərdarlıq göndərdi və əsas diqqətçəkən məqam mesajın kifayət qədər hədələyici olmasıdır.
Bu xəbəri də oxu: Sərdar Berdiməhəmmədov İlham Əliyevə başsağlığı ünvanlayıb
Birincisi, bunun bölgədə geosiyasi qarşıdurma yarada biləcəyi və mövcud münaqişələri daha da gərginləşdirəcəyi qeyd olunur;
İkincisi, Aİ-nin Ermənistanda mövqelənməsi Rusiyanın vasitəçilik missiyasına təhdid, eləcə də Bakı-İrəvan xəttində sülh prosesinə zərbə olaraq qiymətləndirilir;
Üçüncüsü, regionun təhlükəsizliyinin əsas amili kimi Qarabağdakı sülhməramlılar və Ermənistandakı rus sərhədçiləri göstərilir;
Dördüncüsü, Rusiya sərhədçilərinin, proseslərin inkişafına uyğun Aİ müşahidəçilərinə reaksiya verəcəyi açıq şəkildə bildirilir;
Son.az axar.az-a istinadən bildirir ki, bəyanatda KTMT-nin missiyasının bölgəyə göndərilməsi üçün Ermənistandan cavab gözlənildiyi qeydi, Moskvanın hələlik praktiki mərhələdə addım atmayacağı deməkdir, lakin İrəvanın Aİ missiyasında mövqeyindən geri çəkilməməsi və xəbərdarlığın tonu fonunda Rusiyanın Paşinyan hakimiyyətinə qarşı ata biləcəyi mümkün addımları da aktuallaşdırır.
Və mümkün ssenarilərin üç istiqamətdə tətbiq edilə biləcəyi gözləntisini önə çıxarır.
Ermənistan daxilində proseslərin inkişafı ssenariləşdirilə bilər:
- Rus sərhədçilərinin dayandığı İran və Türkiyə sərhədində qaçaqmalçılıq kimi insidentlərin intensiv baş verəcəyi istisna deyil və bu kimi hallarla Moskva ermənilərə mövcudluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirəcək;
- Aİ müşahidəçilərinin rus sərhədçilərinin işini təftiş edəcəyi haqda məlumatlar var və Moskvanın xəbərdarlığı da bu informasiyaların reallığını gücləndirir: rusların buna qarşı reaksiyası gərginliyin yaranması ilə nəticələnəcək və Moskva bu gərginliyi sərhəddə təhlükəsizliyə təhdid yarada biləcək "hadisələrlə" öz xeyrinə həll etməyə çalışacaq;
- Ermənistanda siyasi qüvvələrin hakimiyyətə təzyiq kartlarını aktivləşdirməklə yanaşı, erməni ordusu daxilində ruslara bağlı qüvvələrin hərəkətə gətirilməsi, eləcə də hərbi və ictimai təhlükəsizliyin pozulması kimi gedişlər edilə bilər;
Azərbaycan-Ermənistan sərhədində mümkün eskalasiya təşkil edilə bilər:
- Moskva xəbərdarlıq edir ki, Aİ missiyasının gətirilməsi "mövcud münaqişələri daha da gərginləşdirəcək" və istisna deyil ki, burada Azərbaycan və Ermənistan arasında baş vermiş sərhəd toqquşmaları nəzərdə tutulur: Rusiya erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər; bu ssenarinin baş verməsi Ermənistan üçün ağır nəticələr vəd edir;
- Xəbərdarlıqda İrəvana verilən əsas mesajlardan biri Ermənistanın Azərbaycan qarşısında yalnız buraxılmasıdır: İrəvanın üçtərəfli razılamlarda götürdüyü öhdəlikləri icra etməməsi, eyni zamanda, sərhədin Azərbaycanın tələblərinə uyğun delimitasiyası problematik olaraq qalır və hadisələr Bakının praktiki addımlar mərhələsinə keçidi istiqamətində də inkişaf edə bilər, misal üçün, son günlər xüsusilə gündəmə gələn Qazaxın 7 kəndi, Kərki kəndi və SSRİ dövründə ermənilərə bağışlanan ərazilərin azad edilməsi mümkün ssenarilərdən biridir və belə bir perspektivdə Rusiyanın neytral mövqeyi ilə İrəvanı cəzalandırması istisna deyil;
Qarabağda Azərbaycanın məcburetmə addımlarına şərait yarada bilər:
- Erməni qoşunların çıxarılması istiqamətində müəyyən gedişlər edilə bilər;
- Bununla həm də üçtərəfli razılaşmanın icrasında irəliləyiş edə və regional proseslərdə Bakının dəstəyini qazana bilər;
Mövcud vəziyyət, Moskva-İrəvan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək imkanı yaradır.
Şəkidə yeniyetmə özündən 12 yaş böyük şəxsi bıçaqlayıb.
İslam dinində ən çox təkid olunan məsələlərdən biri duadır. Mövzumuz
Hər gün milyonlarla insan baş ağrısından əziyyət çəkir. Başağrısın
İnsanlarda caşqınlıq yaradan suallara cavab gecikmədiVəhabi iradı: Zəhm�
Rusiya Səhiyyə nazirliyi potensial defisit olan dərmanların siyahısına 3 v
İnsanlarda şişkinliyə ən çox fermentləşdirilə bilən oliqosaxaridlər,
Rusiyanın Dağıstan Respublikasının Xəzər dənizi sahillərində yenidən
Dietoloq Qinzburq şəkər və qəndin depressiyaya səbəb olduğunu açıqlay�
Diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması vacibdir.
Hündürdaban ayaqqabıların qadın dünyasında özünəməxsus yeri var. Həm
İnsanın sahibi olduğu sifətlər həyatında iki formada əks olunur. Bəzil�
Son dönəm yayılan qripdən sonra orqanizm asan və qısa müddətə bərpa ol