Hestoz zamanı uşaqlıqplasentadöl kompleksi
Digərləri 29 Yan 2023 07:31:00 307 0
Mayalanmanın 5-7 -ci günü döl endometritin səthi ilə kontakta girərək, sonrakı iki gündə onun dərinliyinə keçir. Döl hüceyrələrinin xarici qatı - trofoblast uşaqlıq divarının dərinliyinə keçir və xovlar əmələ gətirir. Xovlarda damar sistemi əmələ gəlir və göbək ciyəsi vasitəsilə döl qan sistemi ilə birləşir. Eyni zamanda trofoblastın təsiri altında uşaqlığın spiral arteriyasının strukturu dəyişir. Arteriyaların divarında əzələ - birləşdirici toxuma qatı itir və bu səbəbdən onların diametri itə bilmir, əksinə genişlənir. Buna görə də xovətrafı sahəyə intensiv qan dövranı təmin olunur. Bütün bu dəyişikliklər hamiləliyin 18-22 -ci həftəliyinə qədər davam edir. Hestoz zamanı xarakterik struktur dəyişikliklər uşaqlığın spinal arteriyalarında baş verir. Morfoloji tədqiqtlar hestoz zamanı uşaqlıq arteriyalarının mənfəzinin dar olması, daxilində makrofaqlar, mikrotrobların olması ilə qeyd olunur. Spinal arteriyaların zədələnməsi uşaqlıq-plasentar qan dövranının pozulmasına səbəb olur, odur ki, dölün zədələnməsi baş verir. Bu səbəbdən də döl bətndaxili inkişafdan qalır, ciftin vaxtından qabaq ayrılması baş verir. DİAQNOZU: Dölün və ciftin müayinəsini USM vasitəsilə müəyyənləşdirilir. USM-lə yoxlamada dölün ölçülərinin normadan az olması onun inkişafdan qalmasını göstərir. Doplerometriya zamanı uşaqlıq və göbək ciyəsi arteriyasında qan dövranının pisləşməsi də dölün vəziyyətinin qənaətbəxş olmadığını göstərir. Patoloji halda döldə plasentar çatmazlıq inkişaf edir. Onun kəskin forması ciftin vaxtından əvvəl ayrılması, xroniki forması isə dölün inkişafdan qalmasıdır. Plasentar çatmazlığı vaxtında aşkar etmək üçün dölün ölçülərini və hərəki aktivliyini müşahidə altında saxlamaq lazımdır.
Bu xəbəri də oxu: Sabah bəzi ərazilər işıqsız qalacaq
Endokrin sonsuzluq hormon çatışmazlığı zamanı baş verir. Endokrin sonsu
Xroniki pnevmoniyanın bronxoektatik forması aşağıdakı əlamətlərlə öz�
Hər bir hamilə qadının gündəlik rasionunda protein, minerallar (kalsium, f
Çin alimləri bərk haldan mayeyə və yenidən öz ilkin halına qayıda bilə
Türkiyənin məşhur cütlüyü aktrisa Ebru Şahinlə basketbolçu Cedi Osman
45 yaşlı ABŞ milyonçusu Brayan Conson bədəninin 18 yaşında görünməsi
"Salt bae" hərəkəti ilə bütün dünyada məşhurlaşan türkiyəl
Ağciyərlərin eozinofiliyaları keçici ağciyər infiltratları və qanda 1,5
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımova şou əhlini
Stilist Tatyana Bulqak qadınlarda kişilərin diqqətini çəkən amilləri aç
Qəddarlıq elə bir xüsusiyyətdir ki, əksəriyyət özünü ondan uzaq gör�