"İslam Respublikası bununla Vaşinqtonun üzünə "şillə vurdu""


Digərləri 12 Tem 2025 15:25:00 68 0

"İslam Respublikası bununla Vaşinqtonun üzünə "şillə vurdu""

İranın Ali Rəhbəri Əli Xamenei bildirib ki, Tehran regiondakı ABŞ hərbi obyektlərinə çatmaq və zərbə endirmək imkanına malikdir.

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə o, özünün "X" hesabındakı paylaşımında qeyd edib.

"İslam Respublikası Əl-Udeyd aviabazasına hücum edərək Vaşinqtonun üzünə şillə vurdu. İranın regiondakı ABŞ-nin mühüm mərkəzlərinə çıxışının olması və lazım gəldikdə hərəkətə keçə bilməsi sadəcə kiçik hadisə deyil, ciddi və təkrarlana biləcək məsələdir", - deyə Xamenei vurğulayıb.