Dizel və benzinlə bağlı


Digərləri 12 Tem 2025 17:41:00 62 0

Dizel və benzinlə bağlı

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə və 19 yanvar 2001-ci il qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib. Bəs, bu qərar yanacağın qiymətinə təsir edəcəkmi?

Mövzu ilə bağlı Manset.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda həm dizel, həm də 92 markalı benzinin qiyməti dövlət tərəfindən - Tarif Şurası vasitəsilə tənzimlənir.

O qeyd edib ki, buna görə də, bu yanacaq növlərinə tətbiq olunan aksiz və ya digər rüsumlardakı dəyişikliklər birbaşa qiymətlərə təsir etmir.


Habere ait video