Bu məlumat saxtadır RƏSMİ


Digərləri 12 Tem 2025 20:00:00 78 0

Bu məlumat saxtadır  RƏSMİ

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Respublikasının müdafiə naziri və Azərbaycan Respublikasının xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına dair "deep fake" texnologiyaları ilə hazırlanmış, heç bir reallığı əks etdirməyən açıqlama yayılıb.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi açıqlama yayıb.

Qeyd edirik ki, süni intellektin tətbiqi ilə yaradılmış bu saxta videogörüntülər ictimai rəyi çaşdırmağa yönəlmiş kobud informasiya manipulyasiyası nümunəsidir.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi informasiyaya inanmağa, dövlətin rəsmi mövqeyini ifadə edən məlumatları ölkənin informasiya agentlikləri və digər peşəkar media subyektlərindən əldə etməyə çağırırıq.