Evlilik təklifinə görə oğlanı polis idarəsinə apardılar FOTO
Digərləri 12 Tem 2025 23:15:00 55 0
Qeyri-adi evlilik təklifinə görə oğlanı polis bölməsinə aparıblar.
Bu haberi de oku: FHN əhaliyə xəbərdarlıq etdi
Son.az xəbər verir ki, Türkiyənin Adana vilayətində qeyri-adi evlilik təklifi polis bölməsində başa çatıb.
Şakir Karakaya (29) sevgilisi Nazlı Gümüşə (26) silahlı hücum ssenarisi ilə sürpriz evlilik təklifi hazırlayıb. Lakin ətrafdakılar bu hadisəni real sanaraq təcili yardıma və polisə məlumat verib. Nəticədə gənclər ifadə vermək üçün polis bölməsinə aparılıb.
Avtomobil təlim mərkəzində işləyən Karakaya, həm iş yoldaşı, həm də uşaqlıqdan sevdiyi Gümüş üçün unudulmaz bir an yaratmaq istəyib. Əvvəlcədən planlaşdırılmış ssenariyə görə, Topalak bölgəsində sevgilisi ilə görüşən Karakaya, avtomobildən düşdüyü anda motosikletdəki kasklı dostu silahla ona atəş açırmış kimi davranıb və eyni anda torpil partladılıb. Karakaya yerə yıxılaraq üstünə qırmızı qida boyası töküb və vurulmuş kimi davranıb.