Maşını qadına sürməyə verdi, o da dənizə saldı VİDEO
Digərləri 13 Tem 2025 01:05:00 70 0
Sumqayıt şəhərində dəniz sahilində avtomobillə təhlükəli hərəkət edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Bu haberi de oku: Azərbaycan təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərlinin lent.az-a verdiyi məlumata görə, insanların istirahət etdiyi ərazidə idarəetmə hüququ olmadan "Hundai" markalı, 77-LT-810 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən qadın və onun həyat yoldaşı polis şöbəsinə dəvət olunub.
Məlum olub ki, avtomobil qadına sürücülük öyrədilməsi məqsədilə verilib.
Onlar izahatlarında etdiyi bu qanun pozuntusundan peşman olduqlarını bildiriblər.
Hər iki şəxs barəsində qanunvericiliyə uyğun inzibati protokollar tərtib olunub.