Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı


Digərləri 12 Tem 2025 21:52:00 73 0

Azərbaycanda iki il əvvəl itkin düşən yeniyetmənin qalıqları tapıldı

2023-cü il dekabrın 26-da İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun qalıqları tapılıb.

Son.az xəbər verir ki, bu barədə globalinfo.az-a İmişli rayon sakinlərindən məlumat daxil olub.

Məlumata görə, Rasim qətlə yetirilib:

"Rasimi öldürüb, qonşuluqda basdırıblar. Bunu orada olan mühafizəçi görüb. Lakin iki ildir onu təhdid etdikləri üçün susurmuş. Bu gün deyib ki, məni öldürsələr də, polisə hər şeyi etiraf edəcəm. Adamın dediyi yerdən Rasimin qalıqları çıxarılıb, hazırda sümükləri ekspertiza üçün aparıblar. Cinayəti törətməkdə şübhəli bilinən şəxslər isə polis tərəfindən saxlanılıb".