Beynin "zəif nöqtəsi" tapıldı


Digərləri 13 Tem 2025 00:48:00 82 0

Beynin "zəif nöqtəsi" tapıldı

ABŞ-də aparılan yeni elmi araşdırma beynin gerçəklə xəyalı ayırmaqda necə işlədiyini ortaya qoyub.

Son.az xəbər verir ki, alimlər müəyyən ediblər: beyin həm gördüyümüz, həm də sadəcə təsəvvür etdiyimiz zaman eyni sahələri - xüsusilə fusiform girus adlı hissəni aktivləşdirir. Bu o deməkdir ki, beyin üçün təsəvvürlə reallıq arasında fərq çox da aydın deyil.

Əsas fərq siqnalın gücündədir: əgər fusiform girusa zəif impuls göndərilirsə, beyin bunu xəyal kimi qəbul edir. Siqnal güclü olduqda isə həmin görüntü real hesab olunur.

Təcrübə zamanı iştirakçılara bəzən real xətlər göstərilib, bəzən isə onlardan bu xətləri təsəvvür etmələri istənilib. Proses fMRI cihazı ilə izlənilib. Alimlər həm real, həm də xəyal şəkillərində beyindəki eyni bölgənin aktiv olduğunu görüb.

Maraqlı məqamlardan biri də odur ki, anterior insula adlı başqa bir beyin sahəsi bu siqnalları təhlil edərək görüntünün real olub-olmadığına qərar verir.