PKK silahları niyə basdırılmaq əvəzinə yandırıldı? Simvolik mənası var imiş...
Digərləri 12 Tem 2025 14:30:00 79 0
Xəbər verdiyimiz kimi, ilk PKK qrupu "Terrordan Azad Türkiyə" hədəfinə doğru silahı yerə qoyub. Təhvil verilən silahlar yandırılaraq məhv edilib.
Bu haberi de oku: Durov buna görə uğurlu olub: "Alkoqol, qəhvə və narkotikdən..."
Son.az türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyə və İraqdan çoxsaylı mətbuat mənsubları, yazıçılar və siyasətçilər təşkilatın tərksilah prosesini izləmək üçün KYB-nin nəzarətində olan Dukan rayonunda toplaşıb. Süleymaniyyənin Surdaş məhəlləsinin sərhədlərindəki mağarada toplaşan PKK qruplaşması əllərindəki silahlarla ortaya çıxaraq qrupun yerləşdiyi əraziyə gəliblər. 15-i qadın olmaqla 30 PKK-lıdan ibarət qrup silahlarını böyük, alovlu qazana ataraq məhv edib.
Təhvil verilən silahların basdırılmaq əvəzinə yandırılması detayı da müzakirə mpvzusu olub və əhalidə maraq yaradıb. Məlumata görə, bu simvolik addım dəmirin əriməsi keçmişin ağrılı xatirələrini pisləmək və rayon əhalisi ilə birlikdə silmək deməkdir.