Azərbaycanda keçmiş nazir vəfat etdi – FOTO
Digərləri 12 Tem 2025 13:59:00 62 0
Azərbaycanın sabiq rabitə naziri Şamil Musayev vəfat edib.
Bu haberi de oku: FHN əhaliyə xəbərdarlıq etdi
Son.az xəbər verir ki, bu barədə onun həmkarı, sabiq rabitə naziri Sirus Abasbəyli bildirib. Ş.Musayev 82 yaşında dnyasını dəyişib. O, 1990-1992-ci illərdə rabitə naziri vəzifəsini tutub. Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olub. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir. Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlayıb. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləyib. Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olub. 1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilib. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışıb. /Bakupost.az Allah rəhmət eləsin!