Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü
Digərləri 12 Tem 2025 18:12:00 80 0
Tehranda dünən baş vermiş partlayışın əsas hədəfinin nə olduğu hələlik rəsmi olaraq açıqlanmasa da, İran İslam Respublikasının təhlükəsizlik və təbliğat aparatında mühüm fiqur olan, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat Təşkilatının keçmiş rəhbərinin qardaşı Əli Taebin ölümü bu hadisəyə diqqəti yenidən cəlb edib.
Bu haberi de oku: “Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Bildirilir ki, Əli Taeb rejimin güc strukturlarında əsas vəzifələrdə çalışıb, xalq etirazlarını yatırmaq üçün paytaxt Tehranda əsas güc mərkəzi sayılan "Sarəllah" Qərargahında İranın ali rəhbərinin nümayəndəsi, SEPAH-ın Birləşmiş Qərargah rəisinin müşaviri, Beynəlxalq Əl-Mustafa Universiteti, Əl-Ğədir Mərkəzi, Qum şəhərində yerləşən Şəhid Məhəllati İnstitutu kimi ideoloji mərkəzlərin qurucusu və rəhbəri kimi mühüm mövqeləri tutub.