Çiyələyi necə saxlayaq ki, dadı qaçmasın?
Digərləri 12 Tem 2025 19:48:00 86 0
Çiyələyin acılaşmaması və uzun müddət təzə qalması üçün saxlama qaydaları açıqlanıb.
Bu haberi de oku: Çimərliyə gedən yolda "Range Rover" aşdı 2 yaralı var FOTO
Son.az xəbər verir ki, çiyələyi yuyaraq saxlamaq olmaz. Bu halda meyvə tez yumşalır və dadını itirir. Əgər yumaq zəruridirsə, bir hissə sirkə və dörd hissə su ilə hazırlanmış qarışımda saxlanılması, daha sonra isə tam qurudulması tövsiyə olunur.
Saxlama zamanı çiyələklərin alt və üstünə mətbəx kağızı yerləşdirilməsi, qabın isə hava keçirməsinə imkan verən şəkildə qapadılması məsləhətdir. Bundan əlavə, çürümüş və ya yumşalmış meyvələr ayırılmalıdır. Əks halda sağlam meyvələr də tez bir zamanda xarab ola bilər.
Soyuducuda çiyələk meyvə və tərəvəz üçün nəzərdə tutulan bölmədə saxlanmalıdır. Qeyd olunur ki, aşağı temperaturda çiyələyin dadı dəyişə və acılaşa bilər.