Pensiyalarla bağlı mühüm MƏLUMAT


Digərləri 11 Tem 2025 17:04:00 103 0

Pensiyalarla bağlı mühüm MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyul ayının pensiyaları ödənilib.

Son.az xəbər verir ki, bu barədə DSMF məlumat yayıb.

Bildirilib ki, habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.