Kişilərdə ən çox rast gəlinən ikinci xərçəng növü hansıdır?
Digərləri 03 Nov 2025 04:04:00 102 0
Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, prostat xərçəngi kişilər arasında ağciyər xərçəngindən sonra ən çox müşahidə edilən ikinci onkoloji xəstəlikdir.
Read this news too: Xalq artistinin kürəkəni HƏBS OLUNA BİLƏR: İş polisdədir DETALLAR
Son.az xəbər verir ki, İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasının Urologiya şöbəsinin müdiri Prof. Dr. Yiğit Akın bu xəstəliyin kişilər arasında geniş yayıldığını vurğulayıb. Onun sözlərinə görə, hər 100 min kişidən 2-3 nəfərində prostat xərçəngi aşkarlanır.
Prof. Akın bildirib ki, xəstəliyin yaranma səbəbləri tam müəyyən edilməsə də, irsi meyillilik, ətraf mühit faktorları və qidalanma vərdişləri əsas rol oynayır. Ailəsində prostat xərçəngi diaqnozu qoyulmuş kişilərdə riskin təxminən dörd dəfə yüksək olduğunu qeyd edən həkim, bu səbəbdən həmin şəxslərə 40 yaşdan, digər kişilərə isə 45 yaşdan etibarən hər il uroloji müayinədən keçməyi tövsiyə edib.
Mütəxəssisin sözlərinə görə, prostat xərçəngi ilk mərhələlərdə heç bir əlamət göstərmədən inkişaf edə bilər:
"İldə bir dəfə uroloqa müraciət edib PSA testindən keçmək çox vacibdir. Vaxtında aparılan müayinələr həyatı xilas edə bilər," - deyə Prof. Akın bildirib.
