Sevgilisinin maşınını sürdü, Özbəkistan vətəndaşının üstündən keçdi TƏFƏRRÜAT
Digərləri 03 Nov 2025 14:50:00 80 0
Abşeronda Özbəkistan vətəndaşının ölümündə təqsirləndirilən qadın sürücüyə hökm oxunub.
Read this news too: Türkiyədə zəlzələ oldu
Son.az-ın oxu.az-a istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxs Zümrüd Paşayeva 5 il azadlıqdan məhrum edilib.
Məhkəmə onun himayəsində 6 yaşlı övladının olmasını nəzərə alaraq, məhkəmə qərarının icrasını təxirə salıb. Azyaşlı uşaq 14 yaşına çatandan sonra qadının barəsində olan hökmün icrasına başlanacaq.
İttihama görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF Park" yaşayış kompleksinin yaxınlığında baş verib.
Həmin yaşayış kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Zümrüd Paşayeva qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı şəxslə birlikdə Xırdalan şəhərindəki marketlərdən birinə daxil olub, bazarlıq ediblər. Marketdən çıxandan sonra Z.Paşayeva həmin şəxsə məxsus "Mercedes" markalı avtomobili idarə etmək istəyib. Z.Paşayevanın sürücülük hüququ olmasa da, sevgilisi ona avtomobili idarə etməyə icazə verib. Qadın sükan arxasına əyləşərək, avtomobili hərəkətə gətirib. O, bir neçə dəqiqə avtomobili idarə etdikdən sonra Özbəkistan vətəndaşı Viktoriya Qroxotova maşının qarşısına çıxıb və Z.Paşayeva özünü itirərək onu vurub, üstündən keçib.
Piyada aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilsə də 11 gün sonra dünyasını dəyişib.
