Komaya düşən polkovnik vəfat etdi FOTO
Digərləri 03 Nov 2025 21:02:00 73 0
Ehtiyatda olan polis polkovniki Fazil Hüseynov vəfat edib.
Read this news too: “Tikəmizi də tapmayacaqlar, yavaş sür!” Atasının maşınını qaçırıbmış
Bu barədə "Yeni Sabah"a onun yaxınları məlumat verib.
Polkovnik xərçəng xəstəliyindən əziyyət çəkirmiş. O, bir müddətdir komada idi.
Qeyd edək ki, Hüseynov Fazil Kamil oğlu 1950-ci ildə Laçın şəhərində anadan olub. İndiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Əvvəlcə Türkmənistan SSR-də işləyib. Azərbaycana qayıtdıqdan sonra Bakı və Sumqayıt polis sistemində çalışıb.
Mərhumun iki oğlu, bir qızı var. Oğlu Azər Hüseynov Daxili İşlər Nazirliyində çalışır. Polkovnik-leytenantdır. Son.az
