İli 2019dan köhnə olan maşınlar bahalaşacaq Yeni QƏRAR
Digərləri 03 Nov 2025 16:48:00 92 0
Yəni, ili 2019-cu ildən aşağı olan maşınları ölkəyə gətirmək baha başa gələcək
Read this news too: Oğurladığı pulla xaricə istirahətə gedən şəxs tutulub
Amerika, Kanada, Koreya, Dubay və başqa ölkələrin hərraclarından alınaraq ölkəyə gətirilən ikinci əl maşınların qiyməti bahalaşacaq.
Son.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə əlaqəli olacaq.
Belə ki, gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsinin artırılması təklif olunur.
Hazırda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi benzin mühərrikli minik avtomobillərinə 1,2, dizel mühərrikli minik avtomobillərinə isə 1,5 yüksəldici əmsal tətbiq edilməklə hesablanır.
Layihəyə əsasən, 2026-cı il yanvarın 1-dən Azərbaycana idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, aksiz dərəcəsi hesablanmış məbləğə benzin mühərrikli minik avtomobillərinə 1,5, dizel mühərrikli minik avtomobillərinə isə 2 yüksəldici əmsal tətbiq edilməklə hesablanacaq.
