Bir milyonluq yeyintiyə görə hökm oxundu
Digərləri 03 Nov 2025 13:40:00 71 0
"Rifah Qrup" MMC-nin 1 milyonluq yeyintidə ittiham olunan baş mühasibi 8 il azadlıqdan məhrum edilib.
Read this news too: Bakıda avtobuslar toqquşdu Yaralananlar var VİDEO
Son.az xəbər verir ki, "Rifah Qrup" MMC-nin baş mühasibi Samirə Zeynalova barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm elan olunub. Məhkəmənin qərarına əsasən, Samirə Zeynalova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Zeynalova ona qarşı irəli sürülən 1 milyon manatlıq yeyinti ittihamlarını qəbul etməyib. O, ifadəsində bildirib ki, cəzalandırılmasının səbəbi "Rifah Qrup"un qeyri-rəsmi rəhbəri Elnur Təvəkkül oğlu Əliyevin qanunsuz fəaliyyətindən xəbərdar olmasıdır.
