Birgə kapitalları 5 trilyon dollardan çoxdur


Digərləri 03 Nov 2025 14:08:00 84 0

Birgə kapitalları 5 trilyon dollardan çoxdur

Cənubi Koreyanın paytaxtı Seulda texnologiya və avtomobil sənayesinin üç nəhəng şirkətinin rəhbərləri - Samsung, Hyundai və Nvidia-nın baş direktorları bir araya gəlib.

Son.az xarici mətbuata istinadən xəbər verir ki, qlobal miqyasda tanınan bu şirkətlərin rəhbərləri Seuldakı məşhur restoranlardan birində birlikdə axşam yeməyi ediblər.

Görüş yarımkeçiricilər, avtomobil və istehlakçı elektronikası kimi fərqli sənaye sahələrinin liderlərini eyni masada toplayaraq beynəlxalq mediada böyük maraq doğurub.

Məlumata görə, bu üç nəhəng şirkətin birgə bazar kapitallaşması 5,425 trilyon dollar təşkil edir. Ekspertlərə görə, bu rəqəm bir daha Samsung, Hyundai və Nvidia-nın qlobal iqtisadiyyatda nə qədər mühüm rol oynadığını təsdiqləyir.

Hüseyn Son.az