“Diglas”ın keçmiş rəhbərindən yeni addım 4,6 mln. manat kapital geri çəkildi
Digərləri 03 Nov 2025 11:58:00 96 0
Bakı Ticarət Mərkəzi nizamnamə kapitalını kəskin azaldır.
Read this news too: Fermerləri aldadan saxta dabaq dərmanı istehsalçıları ifşa olundu
Son.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul edilib.
Qərara əsasən, mərkəz noyabrın 13-dən etibarən nizamnamə kapitalını 7 100 110 manatdan 2 500 000 manat azaldıldığını elan edir. Yəni gələn həftədən Bakı Ticarət Mərkəzi nizamnamə kapitalı 4 600 110 manat olacaq.
Qeyd olunub ki, kreditorlar bir ay ərzində öz tələblərini bildirə bilərlər.
Xatırladaq ki, Bakı Ticarət Mərkəzi MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Araz Rəhimovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 30 m 67 ünvanında yerləşir.
