"MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra KOMAYA DÜŞDÜ FOTO
Digərləri 03 Nov 2025 14:05:00 78 0
Bakıda "MedAura" klinikasında gənc qız əməliyyat zamanı komaya düşüb.
Read this news too: Burada maşın saxlamaq 80 manata başa gəlir
Son.az xəbər verir ki, bu barədə xəstənin yaxınları moderator.az-a şikayət ediblər.
Məlumata görə, Budaqlı Nigar İlham qızı 30.04.2025-ci il tarixində Bakıdakı "MedAura" klinikasında burun nahiyəsindən cərrahiyyə-plastik əməliyyat (rinoplastika) olunub. Əməliyyat zamanı həkimlərin səhlənkarlığı nəticəsində Nigar koma (kliniki ölüm) vəziyyətinə düşüb. Əməliyyat cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib.
Şikayətçinin sözlərinə görə, faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılsa da, 6 aydan artıq müddət keçməsinə baxmayaraq, həkimlər barəsində qanuni tədbir görülməyib. Xəstənin ailə yaxınları bildirir ki, ekspert rəyinə əsasən, xanımın ağır vəziyyətə düşməsi məhz həkimlərin səhvi ucbatından baş verib. Mövzu ilə bağlı qarşı tərəfin fikirlərini də dərc etməyə hazırıq.
