Əsgərlərin maaşı ilə bağlı yenilik
Digərləri 03 Nov 2025 13:32:00 84 0
Azərbaycanda əsgərlərin maaşlarının ödəniş mexanizmi yenilənir. Əsgərlərə verilən məvaciblər artıq bank kartları vasitəsilə ödəniləcək.
Read this news too: Kirayə evlər bahalaşacaq
Son.az xəbər verir ki, bu məqsədlə xüsusi "əsgər kartları" hazırlanıb və onların hərbi qulluqçulara paylanmasına başlanılıb.
Məsələ ilə bağlı danışan hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli bildirib ki, bu yenilik orduda şəffaflığın artırılmasına xidmət edir:
"Əvvəllər əsgərlərə maaş cədvəllə verilirdi və onlar qol çəkib alırdılar. İndi isə bu proses "əsgər kartı" ilə həyata keçiriləcək. Bu sistem həm şəffaflığı təmin edəcək, həm də rüşvət və sui-istifadə hallarının qarşısını müəyyən qədər alacaq."
Yeni sistemin yaxın vaxtlarda bütün hərbi hissələrdə tam tətbiq ediləcəyi gözlənilir./modern.az
