Nərimanovda avtomobildən meyit tapıldı


Digərləri 03 Nov 2025 13:26:00 81 0

Nərimanovda avtomobildən meyit tapıldı

Bakıda avtomobildən meyit tapılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 1-i saat 17 radələrində Nərimanov rayonu Ziya Bünyadov prospektində qeydə alınıb.

"Renault" markalı avtomobildə 55-60 yaşlı şəxsin meyiti aşkarlanıb.

Ölən şəxsin paytaxt sakini 1960-cı il təvəllüdlü Fikrət Hüseynov olması müəyyən edilib.

Mərhumun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.