Nikolay Valuyevin Azərbaycana girişinə QADAĞA QOYULDU
Siyasət 10 Fev 2025 14:33:00 69 0
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub.
Son.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya Federasiyasının Dövlət Dumasının deputatının Azərbaycan əleyhinə fikirləri və ona qarşı atılacaq addımlar ilə bağlı şərhində bildirib.
"Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyevin Azərbaycan və xalqımız əleyhinə işlətdiyi təhqiramiz ifadələr, ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.
Qeyd edilən deputatın ölkəmiz əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və onun ölkəmizə girişinə qadağa qoyulub.
Ümumilikdə, bildirmək istərdik ki, bu, Rusiya Dövlət Dumasının deputatlarının "arzuolunmaz şəxslər" siyahısına daxil edilməsi üzrə ilk hal deyil. Misal üçün qeyd edək ki, bundan əvvəl, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərən Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının MDB ilə iş Komitəsinin birinci müavini Konstantin Zatulin və Ailənin müdafiəsi komitəsinin sədrinin müavini Vitaliy Milonov da Azərbaycanda "arzuolunmaz şəxs" kimi müvafiq siyahıya daxil edilib", - o bildirib.
Birləşmiş Ştatlar Qəzza zolağını satın ala, onun üzərində nəzarət
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sos
Son illərdə dünya əhalisinin sürətlə artması, sənaye inqilabları və i
Avokado ürək sağlamlığını qorumağa kömək edən güclü bir qidadır.
Bakıda polis maskalanıb oğurluq edən şübhəliləri ifşa edib.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin sülhə və insan hüquqla
Hasan Can Kayanın "Konuşanlar" verilişinə qatılan "İnci Ta
Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara mü
"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolunday�
ABŞ-nin Oklend hava limanında təyyarədə böyük çaxnaşma yaşanıb.
Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən tə
Şri-Lankada elektrik şəbəkəsi stansiyasına girən meymunun adada elektrik
Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə �
"Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə
Hindistanın Madhya Pradeş əyalətində keçirilən toy mərasimi faciə ilə