Azərbaycan Rusiya üçün vacib tranzitdir: La Gazette du Caucase ŞimalCənub dəhlizi haqda


Siyasət 10 Fev 2025 11:48:00 65 0

Azərbaycan Rusiya üçün vacib tranzitdir: La Gazette du Caucase ŞimalCənub dəhlizi haqda

Azərbaycan Rusiyanın iqtisadi strategiyasında, xüsusilə ticarət və tranzit məsələlərində getdikcə daha vacib rol oynayır.

Trend xəbər verir ki, bu barədə Fransanın "La Gazette du Caucase" onlayn nəşrində məqalə dərc olunub.

Məqalədə Rusiyanın iqtisadi və geosiyası hesablamalarındakı, xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində artan əhəmiyyəti vurğulanıb. Azərbaycan ərazisindən keçən Şimal-Cənub dəhlizi Rusiya, İran və İran körfəzi ölkələri arasında ticarət üçün əsas marşrut kimi qeyd olunub.

Məqalədə o da qeyd olunur ki, bu dəhliz Rusiya ticarəti üçün mühüm alternativə çevrilib, çünki ölkə Qərbin sanksiyaları səbəbindən ənənəvi dəniz marşrutlarında məhdudiyyətlərlə üzləşir. "La Gazette du Caucase" yazır ki, "Dəhliz Rusiyanın Qərbin sanksiyaları fonunda getdikcə daha düşməncəsinə olmuş ənənəvi ticarət marşrutlarından yan keçməsinə imkan verir.

Rusiya üçün Azərbaycan sadəcə tranzit qovşağı deyil, həm də "əsas bazarlara çıxışı təmin edən həyati əhəmiyyətli tərəfdaşdır". Bu dəhliz rus mallarının o cümlədən, "enerjiresurları, avadanlıq və xammalın" İrana və Yaxın Şərq regionuna tədarükünü təmin edir və onu regionun ən vacib bazarlarına çıxışı baxımından xilasedici bir halqaya çevirir.

Bununla yanaşı, nəşr xəbərdarlıq edir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin korlanması ciddi fəsadlara yol aça bilər.

"İki ölkə arasında münasibətlər pisləşsə, Rusiya iqtisadiyyatı bunun ağır fəsadlarını hiss edəcək, xüsusilə ən vacib ticarət marşrutlarına çıxış, enerjidaşıyıcılarının tədarükü və regionda geosiyasi təsirlər nöqteyi-nəzərindən", - məqalədə qeyd olunur.

La Gazette du Caucase həmçinin qeyd edir ki, "əgər Azərbaycan Rusiyanın nəqliyyat infrastrukturundan istifadə imkanlarını azaltsa və ya bloklasa, Rusiya ilə İran arasındakı ticarət axını ciddi şəkildə pozulacaq". Bu isə Moskvanı "daha bahalı və daha az səmərəli alternativlər" axtarmağa məcbur edəcək ki, bu da xərclərin artımına və iqtisadi inkişafın ləngiməsinə gətirib çıxaracaq.

Bundan əlavə, münasibətlərin pisləşməsi Rusiyanın regiondakı mövqelərini zəiflədə bilər.

"Rusiyanın Cənubi Qafqazdakı mövqeləri sarsılacaq və bu, Qərb və Çin də daxil olmaqla, digər qlobal güclərin təsirinin artması üçün imkanlar açacaq", - nəşr qeyd edir. Azərbaycanın nəqliyyat marşrutlarına məhdud çıxış Rusiyanı "daha uzun, bahalı və etibarsız" alternativlərdən istifadə etməyə vadar edəcək ki, bu da gələcəkdə Rusiyanın ixracını "beynəlxalq bazarda daha az rəqabətədavamlı" edəcək.

Məqalədə eyni zamanda, Azərbaycanın Rusiya və regionun digər oyunçuları, məsələn Qazaxıstan və Türkmənistanla birləşdirən zəncir kimi oynadığı rol vurğulanır. Bakı ilə əlaqələrin zəifləməsi Moskvanın regionda strateji təsirini itirməsinə səbəb ola bilər.

"La Gazette du Caucase" Şimal-Cənub dəhlizini sıradan bir tranzit marşrutu kimi yox, "enerjidaşıyıcılarının ixracı üçün əsas kanal və geosiyasi təsir baxımından strateji aktiv" kimi nəzərdən keçirir. Nəşr məqaləni xəbərdarlıqla yekunlaşdırır:

"Rusiya Azərbaycanla münasibətlərə xələl gətirsə və əlaqələri kəssə, bunun iqtisadi fəsadlarını dərhal və ciddi şəkildə hiss edəcək".

Dostuna zarafat etdi, polisə çağırıldı  Açıqlama like
  • 10 Fev 11:45  
Digərləri Dostuna zarafat etdi, polisə çağırıldı Açıqlama

Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.

arrow Ətraflı
MASKasız siyasət: Ən varlı insandan ən güclü oliqarxa doğru like
  • 10 Fev 11:41  
Siyasət MASKasız siyasət: Ən varlı insandan ən güclü oliqarxa doğru

İlon Mask - özünü texnoloji inqilabçı və messiya kimi təqdim edən milya

arrow Ətraflı
Bank kartından pul oğurlandıqda kim cavabdehdir?  Hüquqşünas açıqladı like
  • 10 Fev 11:36  
Digərləri Bank kartından pul oğurlandıqda kim cavabdehdir? Hüquqşünas açıqladı

"Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin

arrow Ətraflı
Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı like
  • 10 Fev 11:30  
Digərləri Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı

Ermənilərin məşhur "Ana Ermənistan" heykəli Azərbaycanla sərh

arrow Ətraflı
Paşinyan Parisə getdi like
  • 10 Fev 11:25  
Dünya Paşinyan Parisə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüza

arrow Ətraflı
Qəzaya uğrayan təyyarənin qalıqları çaydan çıxarıldı like
  • 10 Fev 11:21  
Dünya Qəzaya uğrayan təyyarənin qalıqları çaydan çıxarıldı

Vaşinqtonda baş vermiş "Black Hawk" tipli hərbi helikopterin sər

arrow Ətraflı
Bu qurumun fəaliyyəti ifşa edildi  Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək... like
  • 10 Fev 11:17  
Digərləri Bu qurumun fəaliyyəti ifşa edildi Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək...

2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yol verilən s�

arrow Ətraflı
Əfv və ya amnistiya olacaq?  Komissiya üzvləri toplanır like
  • 10 Fev 11:13  
Digərləri Əfv və ya amnistiya olacaq? Komissiya üzvləri toplanır

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyas

arrow Ətraflı
"Ən böyük arzum Göyçəyə qayıtmaqdır"  Elməddin like
  • 10 Fev 11:07  
Şou-biznes "Ən böyük arzum Göyçəyə qayıtmaqdır" Elməddin

"Ən böyük arzum Göyçə mahalına qayıtmaqdır".

arrow Ətraflı
Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur... like
  • 10 Fev 11:03  
Digərləri Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur...

1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 35

arrow Ətraflı
Nərgiz Mustafayeva bu quruma departament rəisi təyin edildi like
  • 10 Fev 10:57  
Digərləri Nərgiz Mustafayeva bu quruma departament rəisi təyin edildi

Nərgiz Rövşən qızı Mustafayeva "Bakı Metropoliteni" QSC-nin St

arrow Ətraflı
"Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır" like
  • 10 Fev 10:50  
Digərləri "Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır"

Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır.

arrow Ətraflı
"Doktorlar" serialının unudulmaz ikilisi yenidən bir arada like
  • 10 Fev 10:45  
Şou-biznes "Doktorlar" serialının unudulmaz ikilisi yenidən bir arada

Türkiyə televiziya tarixində iz qoyan "Doktorlar" serialının mə�

arrow Ətraflı
LosAncelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi like
  • 10 Fev 10:38  
Siyasət LosAncelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini b

arrow Ətraflı