Dostuna zarafat etdi, polisə çağırıldı Açıqlama
Digərləri 10 Fev 2025 11:45:00 101 0
Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.
Bu xəbəri də oxu: Fevralda 4 bürcün bütün arzuları gerçəkləşəcək
Son.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Belə ki, bir nəfər başqa bir nömrədən səsini dəyişdirərək, dostuna zəng edib və özünü polis əməkdaşı kimi təqdim edib. Zarafat edən şəxs qarşı tərəfə tarix deyərək onun polis bölməsinə çağırıldığını söyləyib.
Aldadılan şəxs isə vəziyyətdən xəbərsiz olduğundan ona zəng edən dostunu Daxili İşlər Nazirliyi zəng mərkəzi 102-yə şikayət edib. Nəticədə hər iki şəxs polis bölməsinə çağırılıb.
Paylaşım edən şəxs zarafat edənin hüquqi baxımdan məsuliyyət daşıyıb-daşımadığını sual edib.
Mövzu ilə bağlı ölkə.az-a danışan hüquqşünas Səməd Vəkilov məsələyə aydınlıq gətirib.
"Həmin şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 310-cu maddəsinin yəni vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə cinayətinin tərkib əlamətləri vardır. Maddəyə əsasən, özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə nəzərdə tutulur. Bu cinayətə görə şəxslər 1500(min beş yüz) 3000(üç min) manatadək miqdarda cərimə və ya 240(iki yüz qırx) saatdan 400 (dörd yüz) saatadək müddətə ictimai işlər və ya 2 (iki) ilədək müddətə islah işləri, eləcə də 3(üç) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Lakin CM-in 14.2.-ci maddəsinə əsasən, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, az əhəmiyyətli olduğuna görə, ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Bu maddənin tələblərini nəzərə alsaq, həmin şəxs polis xəbərdarlığı ilə cinayət məsuliyyətindən azad oluna bilər", - deyə o əlavə edib.
İlon Mask - özünü texnoloji inqilabçı və messiya kimi təqdim edən milya
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənilərin məşhur "Ana Ermənistan" heykəli Azərbaycanla sərh
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüza
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Vaşinqtonda baş vermiş "Black Hawk" tipli hərbi helikopterin sər
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yol verilən s�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyas
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Ən böyük arzum Göyçə mahalına qayıtmaqdır".
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 35
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Nərgiz Rövşən qızı Mustafayeva "Bakı Metropoliteni" QSC-nin St
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyə televiziya tarixində iz qoyan "Doktorlar" serialının mə�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini b
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası H�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)