Bank kartından pul oğurlandıqda kim cavabdehdir? Hüquqşünas açıqladı


Digərləri 10 Fev 2025 11:36:00 90 0

Bank kartından pul oğurlandıqda kim cavabdehdir?  Hüquqşünas açıqladı

"Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin komputerlərinə kiberhücumlar təşkil etməklə də törədilə bilir".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında hüquqşünas Yunis Xəlilov deyib.

Onun sözlərinə görə, bir sıra ölkələrdə bank kartı ilə bağlı pozuntular kibercinayətlər və maliyyə fırıldaqları kimi cinayət əməlləri hesab edilir və buna görə qanunvericilikdə sərt cəzalar nəzərdə tutulur:

"Məsələn, Türkiyənin Cinayət Məcəlləsinin 245-ci maddəsinə (bank və ya kredit kartlarından sui-istifadə) görə başqasına məxsus bank və ya kredit kartını hər hansı şəkildə əldə edən və ya saxlayan şəxs kart sahibinin və ya kartın verilməli olduğu şəxsin razılığı olmadan ondan hər hansı şəkildə istifadə etdikdə və ya ondan özünün və ya başqasının xeyrinə istifadə etməyə icazə verdikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə və beş min manatadək cərimə cəzası ilə cəzalandırılır.

Almaniyanın Cinayət Məcəlləsinin (Strafgesetzbuch) "202a" maddəsinə (məlumat casusluğu) əsasən özü və ya başqası üçün icazəsiz girişdən yayınaraq, onlar üçün nəzərdə tutulmayan və icazəsiz girişdən xüsusi olaraq qorunan məlumatlara giriş əldə edən şəxs üç ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə və ya cərimə ilə cəzalandırılır.

Qeyd edək ki, ABŞ-da "Electronic Fund Transfer Act" (EFTA) və "Computer Fraud and Abuse Act" (CFAA) qanunları elektron maliyyə fırıldaqlarını tənzimləyir. EFTA vətəndaşları bank kartı oğurluqlarına qarşı qoruyur və bankların məsuliyyətini müəyyən edir. Əgər kart sahibi oğurluğu vaxtında bildirsə, onun məsuliyyəti məhdudlaşdırılır.

Avropa İttifaqında "Payment Services Directive 2" (PSD2) çərçivəsində bankların və ödəniş xidməti provayderlərinin təhlükəsizlik tədbirləri və müştərilərin hüquqları qorunur. Müştəri xəbəri olmadan həyata keçirilən əməliyyatlara görə bankın məsuliyyəti nəzərdə tutulur".

Hüquqşünas  vurğulayıb ki,Azərbaycan Respublikasının qanunvericiliyində bank kartı oğurluğu və fırıldaqları ilə bağlı müddəalar Cinayət Məcəlləsi və Mülki Məcəllə çərçivəsində tənzimlənir:

"Təsadüfi deyil ki, Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə görə oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin komputerlərinə kiberhücumlar təşkil etməklə də törədilə bilir. Bu zaman şəxsin komputerinə qanunsuz müdaxilə edən fırıldaqçılar komputerdə saxlanılan bank məlumatlarını ələ keçirə bilirlər. Əgər bu yolla cinayət törədilərsə, belə əməllərə yol vermiş şəxslər Cinayət Məcəlləsinin 272-ci maddəsi (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) ilə də məsuliyyətə cəlb edilə bilər. Həmin maddədə deyilir ki, "Kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistem daxilində ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarının, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının, buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdən istifadə etməklə qəsdən ələ keçirilməsi iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edək ki, ağırlaşdırıcı hallarda bu əməlin törədilməsinə görə sözügedən maddədə daha sərt cəza nəzərdə tutulmuşdur".

Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı like
  • 10 Fev 11:30  
Digərləri Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı

Ermənilərin məşhur "Ana Ermənistan" heykəli Azərbaycanla sərh

arrow Ətraflı
Paşinyan Parisə getdi like
  • 10 Fev 11:25  
Dünya Paşinyan Parisə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüza

arrow Ətraflı
Qəzaya uğrayan təyyarənin qalıqları çaydan çıxarıldı like
  • 10 Fev 11:21  
Dünya Qəzaya uğrayan təyyarənin qalıqları çaydan çıxarıldı

Vaşinqtonda baş vermiş "Black Hawk" tipli hərbi helikopterin sər

arrow Ətraflı
Bu qurumun fəaliyyəti ifşa edildi  Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək... like
  • 10 Fev 11:17  
Digərləri Bu qurumun fəaliyyəti ifşa edildi Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək...

2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yol verilən s�

arrow Ətraflı
Əfv və ya amnistiya olacaq?  Komissiya üzvləri toplanır like
  • 10 Fev 11:13  
Digərləri Əfv və ya amnistiya olacaq? Komissiya üzvləri toplanır

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyas

arrow Ətraflı
"Ən böyük arzum Göyçəyə qayıtmaqdır"  Elməddin like
  • 10 Fev 11:07  
Şou-biznes "Ən böyük arzum Göyçəyə qayıtmaqdır" Elməddin

"Ən böyük arzum Göyçə mahalına qayıtmaqdır".

arrow Ətraflı
Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur... like
  • 10 Fev 11:03  
Digərləri Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur...

1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 35

arrow Ətraflı
Nərgiz Mustafayeva bu quruma departament rəisi təyin edildi like
  • 10 Fev 10:57  
Digərləri Nərgiz Mustafayeva bu quruma departament rəisi təyin edildi

Nərgiz Rövşən qızı Mustafayeva "Bakı Metropoliteni" QSC-nin St

arrow Ətraflı
"Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır" like
  • 10 Fev 10:50  
Digərləri "Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır"

Azərbaycan indi 54 orta gəlir təbəqəli ölkələr sırasındadır.

arrow Ətraflı
"Doktorlar" serialının unudulmaz ikilisi yenidən bir arada like
  • 10 Fev 10:45  
Şou-biznes "Doktorlar" serialının unudulmaz ikilisi yenidən bir arada

Türkiyə televiziya tarixində iz qoyan "Doktorlar" serialının mə�

arrow Ətraflı
LosAncelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi like
  • 10 Fev 10:38  
Siyasət LosAncelesdəki Baş Konsulluğumuz fəaliyyətini bərpa etdi

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu öz binasında fəaliyyətini b

arrow Ətraflı
Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ like
  • 10 Fev 10:34  
Siyasət Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası H�

arrow Ətraflı
KOBİAya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib like
  • 10 Fev 10:31  
Digərləri KOBİAya ISO 10002:2018 beynəlxalq standartı üzrə sertifikat təqdim edilib

Sertifikat KOBİA-da sahibkarların şikayətlərinə baxılması prosesinin key

arrow Ətraflı
Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub like
  • 10 Fev 10:28  
Digərləri Qəbələdə kamera musiqisi həvəskarlarına növbəti konsert proqramı təqdim olunub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən "

arrow Ətraflı