İcma: "Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq"


Siyasət 10 Fev 2025 13:51:00 73 0

İcma: "Ermənistanın sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatıq"

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır.   Son.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.   Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin "Armenpress" xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib.   "İlk olaraq vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir. Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik.   Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqların qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir", - bəyanatda vurğulanıb.   Bildirilib ki, baş nazirin iddiasının əksinə olaraq, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhvali-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar:   "Baş nazir Paşinyanın məqaləsində Qərbi Azərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamilə qəbuledilməzdir. Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanın əsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əks olunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxt İrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamış olduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarını xatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə, sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıtması uğrunda mübarizə aparır.   Qərbi Azərbaycan İcması olaraq biz, Ermənistan hökumətindən sülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramını dayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geri qaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik".

İki qurumdan elektron siqaretlərin zərəri barədə XƏBƏRDARLIQ like
  • 10 Fev 13:38  
Digərləri İki qurumdan elektron siqaretlərin zərəri barədə XƏBƏRDARLIQ

Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara mü

arrow Ətraflı
Müəllimlərə ŞAD XƏBƏR  Maaşlar artırılır  RƏSMİ like
  • 10 Fev 13:24  
Digərləri Müəllimlərə ŞAD XƏBƏR Maaşlar artırılır RƏSMİ

"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolunday�

arrow Ətraflı
Psixoloji problemləri olan sərnişin təyyarədə hamını ayağa qaldırdı  Uçuş ləğv edildi like
  • 10 Fev 13:19  
Dünya Psixoloji problemləri olan sərnişin təyyarədə hamını ayağa qaldırdı Uçuş ləğv edildi

ABŞ-nin Oklend hava limanında təyyarədə böyük çaxnaşma yaşanıb.  

arrow Ətraflı
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir like
  • 10 Fev 13:12  
Digərləri Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən tə

arrow Ətraflı
Meymuna görə bütün ölkə işıqsız qaldı like
  • 10 Fev 13:05  
Dünya Meymuna görə bütün ölkə işıqsız qaldı

Şri-Lankada elektrik şəbəkəsi stansiyasına girən meymunun adada elektrik

arrow Ətraflı
Dövlət idarələrində çalışanların sayı niyə azalır? like
  • 10 Fev 12:58  
Digərləri Dövlət idarələrində çalışanların sayı niyə azalır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə �

arrow Ətraflı
“İbrahim Nisəyə deyib ki, gəl evlənək” like
  • 10 Fev 12:53  
Şou-biznes “İbrahim Nisəyə deyib ki, gəl evlənək”

"Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə

arrow Ətraflı
Toy yasa döndü  Gəlinin əmisi qızı rəqs vaxtı like
  • 10 Fev 12:45  
Dünya Toy yasa döndü Gəlinin əmisi qızı rəqs vaxtı

Hindistanın Madhya Pradeş əyalətində keçirilən toy mərasimi faciə ilə

arrow Ətraflı
Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü like
  • 10 Fev 12:42  
Digərləri Bu ittiham Ədalət Verdiyevin üzərindən götürüldü

Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevi

arrow Ətraflı
ABŞ İrana qarşı siyasətini dəyişir like
  • 10 Fev 12:39  
Digərləri ABŞ İrana qarşı siyasətini dəyişir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı siyasini dəyişir.

arrow Ətraflı
Sabah 18 dərəcə şaxta olacaq like
  • 10 Fev 12:32  
Digərləri Sabah 18 dərəcə şaxta olacaq

Fevralın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Tramp ermənilərə satılmışları dinləyəcəkmi? like
  • 10 Fev 12:30  
Siyasət Tramp ermənilərə satılmışları dinləyəcəkmi?

ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı, yəni demokratlard

arrow Ətraflı
Türk qadın Almaniyada bıçaqlanaraq öldürüldü like
  • 10 Fev 12:24  
Dünya Türk qadın Almaniyada bıçaqlanaraq öldürüldü

Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib. 

arrow Ətraflı
Azərbaycanda jurnalist qardaşların atası vəfat etdi like
  • 10 Fev 12:15  
Digərləri Azərbaycanda jurnalist qardaşların atası vəfat etdi

Azərbaycanlı jurnalistlər Anar Tağıyev və Tural Tağıyevin atası rəhmə

arrow Ətraflı