İki qurumdan elektron siqaretlərin zərəri barədə XƏBƏRDARLIQ
Digərləri 10 Fev 2025 13:38:00 87 0
Səhiyyə Nazirliyi və AQTA elektron siqaretlərlə bağlı vətəndaşlara müraciət edib.
Bu xəbəri də oxu: İrandan Azərbaycana gətirilən 47 ton kartof zay çıxdı
Son.az APA-ya istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, son illərdə elektron siqaretlər (veyplər) dünya miqyasında milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Qeyd edilib ki, ənənəvi siqaretlərə alternativ olaraq təqdim edilən bu cihazlar xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb: "Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı effekti, marketinq strategiyaları və sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəf auditoriyası ilkin mərhələdə siqareti tərgitmək istəyən insanlar olsa da, son illərin statistikaları göstərir ki, veypdən istifadə daha çox əvvəllər siqaret çəkməyən şəxslər, xüsusən yeniyetmələr və gənclər arasında sürətlə yayılmağa başlayıb.
Veyplərin sağlamlıq üçün riskləri barədə araşdırmalar artdıqca, onların heç də zərərsiz olmadığı, əksinə, müəyyən hallarda ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli ola biləcəyi ortaya çıxıb. Veyp mayelərinin tərkibində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olduğu düşünülür, lakin bu, yanıldıcı təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib".
Vurğulanıb ki, elektron siqaretlərin istifadəsi zamanı havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlar üçün də təhlükə yaradır. Passiv veyp istifadəsi nəticəsində ətrafda olan şəxslər də nikotin və digər kimyəvi maddələri inhalyasiya edirlər. Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır:
"Bundan əlavə, elektron siqaretlərin tüstüsünün olmaması və dumanının xoş qoxuya malik olması onların qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu qadağan olunmuş məkanlarda dərhal hiss edilirsə, veyp aerozolları daha az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər veypləri nəqliyyatda, restoranlarda və digər ictimai yerlərdə rahatlıqla istifadə edirlər. Bu isə cəmiyyət üçün daha geniş sağlamlıq problemi yaradır və bu cihazların diqqətdə saxlanılmasının vacibliyini ön plana çıxarır".
"Hazırda biz təhsil sistemində mühüm dəyişikliklər etmək yolunday�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ-nin Oklend hava limanında təyyarədə böyük çaxnaşma yaşanıb.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən tə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Şri-Lankada elektrik şəbəkəsi stansiyasına girən meymunun adada elektrik
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə �
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
"Sovetlər zamanında Nisə Türkiyəyə getmişdi. İbrahim Tatlısəslə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Hindistanın Madhya Pradeş əyalətində keçirilən toy mərasimi faciə ilə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Bir müddət əvvəl həbs edilən tanınmış hərbi ekspert Ədalət Verdiyevi
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ Prezidenti Donald Tramp İrana qarşı siyasini dəyişir.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
ABŞ Konqresinin erməni məsələləri üzrə ikipartiyalı, yəni demokratlard
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanlı jurnalistlər Anar Tağıyev və Tural Tağıyevin atası rəhmə
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Azərbaycanda kosmetologiya sahəsində fəaliyyət göstərən şəxslərin pe�
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)
Opera və vokal ifaçısı Lətifə Soyuözün səhhətində problem yaranıb.
![arrow](https://son.az/assets/site/images/news/icon/arrow.png)