Azərbaycanda gözəllik salonlarının aqibəti necə olacaq? Bu proseduru gizlicə həyata keçirərlərsə...


Digərləri 10 Fev 2025 12:10:00 93 0

Azərbaycanda gözəllik salonlarının aqibəti necə olacaq?  Bu proseduru gizlicə həyata keçirərlərsə...

Azərbaycanda kosmetologiya sahəsində fəaliyyət göstərən şəxslərin peşəkar hazırlığı və sertifikasiyası ilə bağlı müəyyən tələblər mövcuddur. Son illərdə özünü həkim-kosmetoloq kimi təqdim edənlərin sayının artması müşahidə olunur. Bu səbəbdən əhalinin sağlamlığını qorumaq məqsədilə kosmetoloji xidmətlər göstərən şəxslərin müvafiq təhsil və sertifikasiyaya malik olmaları tələb edilir.

Son.az xəbər verir ki, bəzi kosmetoloji prosedurların icrası yalnız tibbi təhsilli mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Bu prosedurlara inyeksiya vasitəsilə edilən müdaxilələr, lazerlə müalicə və digər invaziv metodlar daxildir.

Qanunvericiliyə əsasən, kosmetoloji xidmətlər göstərən müəssisələr və şəxslər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qaydalara riayət etməli və müvafiq lisenziyalara sahib olmalıdırlar. Bu tələblərə əməl etməyənlər inzibati və ya cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var?

Analitik Ekspertiza Mərkəzindən verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nda "kosmetoloji" iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksion üsullar daxildir. Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar "kosmetoloji" işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur. Bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər. 

"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər.

Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.

Qeyd edək ki,  gözəllik salonlarında tibbi kosmetoloji xidmət ilə qarşılaşdıqda Analitik Ekspertiza Mərkəzinin "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRCİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlamanın keçirilməsi barədə qərar qəbul edilir.  Aysel Əkbər Son.az

Tanınmış müğənninin səhhətində problem yarandı like
  • 10 Fev 12:06  
Şou-biznes Tanınmış müğənninin səhhətində problem yarandı

Opera və vokal ifaçısı Lətifə Soyuözün səhhətində problem yaranıb. 

arrow Ətraflı
Azərbaycanda təhsilin keyfiyyət göstəriciləri aşağıdır?  Nazir AÇIQLADI like
  • 10 Fev 11:57  
Digərləri Azərbaycanda təhsilin keyfiyyət göstəriciləri aşağıdır? Nazir AÇIQLADI

Azərbaycan kontekstində ümumi təhsilin əhatə dairəsi problemi, demək ola

arrow Ətraflı
Bakıda iş saatları dəyişəcək  Qrafik AÇIQLANDI like
  • 10 Fev 11:52  
Digərləri Bakıda iş saatları dəyişəcək Qrafik AÇIQLANDI

Bakı və ətraf ərazilərdə nəqliyyat yükünü azaltmaq və ictimai nəqliy

arrow Ətraflı
Azərbaycan Rusiya üçün vacib tranzitdir: La Gazette du Caucase ŞimalCənub dəhlizi haqda like
  • 10 Fev 11:48  
Siyasət Azərbaycan Rusiya üçün vacib tranzitdir: La Gazette du Caucase ŞimalCənub dəhlizi haqda

Azərbaycan Rusiyanın iqtisadi strategiyasında, xüsusilə ticarət və tranzi

arrow Ətraflı
Dostuna zarafat etdi, polisə çağırıldı  Açıqlama like
  • 10 Fev 11:45  
Digərləri Dostuna zarafat etdi, polisə çağırıldı Açıqlama

Azərbaycanda dostuna zarafat edən şəxs polisə çağırılıb.

arrow Ətraflı
MASKasız siyasət: Ən varlı insandan ən güclü oliqarxa doğru like
  • 10 Fev 11:41  
Siyasət MASKasız siyasət: Ən varlı insandan ən güclü oliqarxa doğru

İlon Mask - özünü texnoloji inqilabçı və messiya kimi təqdim edən milya

arrow Ətraflı
Bank kartından pul oğurlandıqda kim cavabdehdir?  Hüquqşünas açıqladı like
  • 10 Fev 11:36  
Digərləri Bank kartından pul oğurlandıqda kim cavabdehdir? Hüquqşünas açıqladı

"Təcrübədə bəzən bank kartlarına qanunsuz daxil olmalar şəxslərin

arrow Ətraflı
Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı like
  • 10 Fev 11:30  
Digərləri Ermənilərin sərhədə gətirdiyi naməlum heykəl: 49 illik plan ortaya çıxdı

Ermənilərin məşhur "Ana Ermənistan" heykəli Azərbaycanla sərh

arrow Ətraflı
Paşinyan Parisə getdi like
  • 10 Fev 11:25  
Dünya Paşinyan Parisə getdi

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 10-11-də Fransada işgüza

arrow Ətraflı
Qəzaya uğrayan təyyarənin qalıqları çaydan çıxarıldı like
  • 10 Fev 11:21  
Dünya Qəzaya uğrayan təyyarənin qalıqları çaydan çıxarıldı

Vaşinqtonda baş vermiş "Black Hawk" tipli hərbi helikopterin sər

arrow Ətraflı
Bu qurumun fəaliyyəti ifşa edildi  Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək... like
  • 10 Fev 11:17  
Digərləri Bu qurumun fəaliyyəti ifşa edildi Saxta sənədlə torpaq satmaq, əmlakı mənimsəmək...

2024-cü il ərzində yerli özünüidarəetmə fəaliyyətində yol verilən s�

arrow Ətraflı
Əfv və ya amnistiya olacaq?  Komissiya üzvləri toplanır like
  • 10 Fev 11:13  
Digərləri Əfv və ya amnistiya olacaq? Komissiya üzvləri toplanır

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyas

arrow Ətraflı
"Ən böyük arzum Göyçəyə qayıtmaqdır"  Elməddin like
  • 10 Fev 11:07  
Şou-biznes "Ən böyük arzum Göyçəyə qayıtmaqdır" Elməddin

"Ən böyük arzum Göyçə mahalına qayıtmaqdır".

arrow Ətraflı
Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur... like
  • 10 Fev 11:03  
Digərləri Bu kənddə məktəb, həkim, heç tibb bacısı da yoxdur...

1800 metr yüksəklikdə yerləşən Qaxın Sarıbaş kəndində bir zamanlar 35

arrow Ətraflı